Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / YAP Göygöl rayon təşkilatı üzrə Qızılqaya qəsəbə ərazi partiya təşkilatında seçki yığıncağı keçirilmişdir

YAP Göygöl rayon təşkilatı üzrə Qızılqaya qəsəbə ərazi partiya təşkilatında seçki yığıncağı keçirilmişdir

08.01.2026 [17:35]

Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatı üzrə Qızılqaya qəsəbə ərazi partiya təşkilatında keçirilən yığıncaqda YAP rayon təşkilatının sədr müavini Zamir Hüseynov və partiya fəalları iştirak ediblər.

Tədbir zamanı ilk öncə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Zamir Hüseynov iştirakçıları salamladıqdan sonra giriş nitqi ilə çıxış edərək, Partiyanın fəaliyyəti dövründə əldə etdiyi uğurlardan, dünya çapında özünəməxsus yerə malik olmasından və gələcək inkişaf perspektivlərindən danışmışdır. Ərazi partiya təşkilatının fəaliyyəti müzakirə olunmuş və hesabat məruzəsi dinlənilmişdir. Tədbirdə  Qərb Radio Televiziya Yayım Departamentinin rəisi  Fərid Yusifov,  partiya fəallarından Vüqar Hüseynov, Təranə Xasıyeva və digərləri çıxış edərək görülən işlərdən və qarşıda duran vəzifələrdən danışmışlar.

Sonra təşkilatı məsələyə baxılaraq  Əhmədov İlham Mübariz  oğlu Ərazi partiya təşkilatının sədri,  Əhmədov Elməddin Firəddin oğlu sədr müavini seçilmişlər.

YAP Göygöl rayon təşkilatının sədr müavini Zamir Hüseynov yeni seçilən şəxsləri təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb. Ərazi Partiya təşkilatına seçilmiş sədr və sədr müavini onlara göstərilən yüksək etimada görə minnətdarlıq ifadə edərək, üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəklərini bildiriblər.

Paylaş:
Baxılıb: 137 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Siyasət

Analitik

Dünya

Analitik

İranda gərginlik

13 Yanvar 09:11  

Sosial

Yeni ilin “köhnəsi”

13 Yanvar 08:38  

YAP xəbərləri

Enerji siyasəti

12 Yanvar 22:32

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31