Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / AQTA: Ölkədə quş qripi xəstəliyinə yoluxma halı aşkarlanmayıb

AQTA: Ölkədə quş qripi xəstəliyinə yoluxma halı aşkarlanmayıb

08.01.2026 [21:55]

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi respublika (Naxçıvan Muxtar Respublikası daxil) ərazisində 2025-ci il noyabrın 17-21-də və dekabrın 8-12-də aidiyyəti qurumların iştirakı ilə keçirilmiş epizootoloji monitorinqlərin nəticələrini açıqlayıb.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, monitorinqlər dövlət təbiət yasaqlıqlarının, ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə edib. Habelə su anbarları və çaysahili ərazilərdə ümumi müşahidələr aparılmaqla vəhşi quşlara klinik baxış keçirilib, müxtəlif növ vəhşi quşlardan diaqnostik nümunələr götürülüb. Bundan başqa, sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində, 34 rayonun (şəhər) ailə təsərrüfatlarında müxtəlif növ ev quşlarından qan və yaxma nümunələri götürülərək müayinələrə cəlb edilib.

Laborator müayinələr və ümumi epizootoloji müşahidələrin təhlili nəticəsində quş qripi xəstəliyinin törədicisinə və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib. Ev quşlarından götürülmüş diaqnostik nümunələr nyukasl xəstəliyinə görə də müayinə edilib və yoluxmaya şübhəli hal aşkarlanmayıb.

Paylaş:
Baxılıb: 110 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Siyasət

Analitik

Dünya

Analitik

İranda gərginlik

13 Yanvar 09:11  

Sosial

Yeni ilin “köhnəsi”

13 Yanvar 08:38  

YAP xəbərləri

Enerji siyasəti

12 Yanvar 22:32

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31