Azərbaycanın pravoslav icması İsa Məsihin mövludu gününü qeyd edir
07.01.2026 [13:50]
Yanvarın 7-də pravoslavlar xristianlığın əsas bayramlarından biri olan İsa Məsihin mövludu gününü qeyd edirlər.
Böyük bayram yanvarın 6-da Müqəddəs axşamdan başlayır. Pravoslavlar üçün bu, 40 günlük orucun son günü və İsa Məsihin mövludu gününün qeyd olunmasına gücləndirilmiş hazırlıq vaxtıdır.
AZƏRTAC xəbər verir ki, axşam saatlarında, günəş batdıqdan sonra bütün ailə masa arxasında toplaşır. Masanın üzərinə həvarilərin sayını simvolizə edən 12 növ oruc yeməyi qoyulur. Yeməklərin heç birinin toxunulmadan qalması vacib sayılır, hər birindən az da olsa dadılmalıdır. Masada yanan şamın olması yaxşı əlamət hesab olunur, bu, canlı alovu simvolizə edir.
Müqəddəs axşamın əsas ehsan xörəyi kutyadır. Kutya ənənəvi olaraq buğdadan hazırlanır, lakin digər bütöv dənli bitkilərdən istifadə olunmasına da yol verilir. Dənələr insanların birliyinin rəmzidir, bu təamda bağlayıcı element kimi isə bal və ya şəkər şərbəti əlavə olunur.
Bu şam yeməyi ilə Milad orucu başa çatır. Yanvarın 7-də bütün məhdudiyyətlər aradan qaldırılır və bundan sonra əsl bayram ziyafəti təşkil etmək mümkündür.
Azərbaycandakı pravoslav xristian icması İsa Məsihin mövludu gününü ənənəvi olaraq qeyd edir. Xristianlığın ölkəmizdə dərin tarixi kökləri vardır. Qafqazda ilk xristian məbədlərinin məhz burada yaranması təsadüfi deyil. Bu torpaqlarda dünya dinləri əsrlər boyu sülh şəraitində yanaşı mövcud olub, insanlar arasında dostluq və qardaşlıq münasibətlərinin qurulmasına töhfə verib. Azərbaycanda milli və ya dini dözümsüzlük təzahürləri heç vaxt müşahidə olunmayıb. Xristianlar, eləcə də digər inancların daşıyıcıları Azərbaycanda bütün hüquqlara malikdir və ictimai həyatda fəal iştirak edirlər. Ölkədə bir neçə pravoslav kilsəsi mövcuddur.
Prezident İlham Əliyev hər il Azərbaycanın pravoslav xristianlarını İsa Məsihin mövlud günü münasibətilə təbrik edir. Bu il pravoslav xristian icmasına ünvanlanan müraciətdə deyilir:
“Azərbaycanda əsrlər boyu müxtəlif xalqlar və konfessiyalar arasında qarşılıqlı hörmətə və etimada, səmimi dostluğa və qardaşlığa əsaslanan milli-mənəvi həmrəylik mühiti hökm sürür. Cəmiyyətimizdə birgəyaşayışın yüksək mədəniyyətinin, mənəvi-əxlaqi normaların, multikultural dəyərlərin və tolerantlıq prinsiplərinin təbliği və təşviqi həyata keçirdiyimiz dövlət siyasətinin prioritet istiqamətini təşkil edir. Zəngin tolerantlıq ənənələri ilə tanınan Azərbaycanda bu gün hər kəs üçün mədəni özünüifadə imkanları mövcuddur. Dilindən, dinindən və milli mənsubiyyətindən asılı olmayaraq, ölkəmizin bütün vətəndaşları, o cümlədən xristian icması üçün onların etnomədəni özünəməxsusluğunu qoruyub saxlamağa və daha da inkişaf etdirməyə imkan verən hərtərəfli demokratik-hüquqi şərait yaradılıb. Xristian həmvətənlərimizin ümumi evimiz olan Azərbaycanın tərəqqisi və çiçəklənməsi naminə bütün ictimai-siyasi, sosial-mədəni həyat sahələrində fəal iştirak etmələri təqdirəlayiqdir”.
Yanvarın 6-dan 7-nə keçən gecə Azərbaycanın bütün pravoslav kilsələrində təntənəli ibadətlər keçirilib. Azərbaycanın paytaxtında yerləşən Müqəddəs Mürr-daşıyan Zənənlər Kafedralı və ya “Jen Mironosits” pravoslav kafedral kilsəsində Milad bayramı xidmətinə başlamazdan əvvəl Bakı və Azərbaycan yepiskopu Aleksi jurnalistlərlə söhbətində deyib: “İlk növbədə ölkəmizin bütün sakinlərini Rəbbimiz İsa Məsihin mövludunun nurlu bayramı münasibətilə təbrik etmək istəyirəm. Bu bayram Rəbb İsa Məsihə inanan insanları birləşdirir. Lakin bu bayrama sülhə, rifaha və mehriban qonşuluq münasibətlərinə can atan bütün xeyirxah insanlar da biganə qalmır. Pravoslav xristianlar bayramı kilsə ənənəsində nəzərdə tutulduğu kimi qeyd edirlər. Bayram ərəfəsində Milad axşamı sərt oruc tutulur. Pravoslav xristianlar gecə yarısı keçirilən ibadətdə birlikdə olmaq üçün hazırlaşırlar. Məhz həmin vaxt, Müqəddəs Yazının kilsə rəvayətinə əsasən, Rəbb İsa Məsihin mövludu baş verib. Həmin gecə Beytüləhmdə ulduz parlayıb, mələklər peyda olub və onlar Rəbbimizin doğulduğu yerə həm tarlada olan sadə insanları, çobanları, həm də uzaq ölkələrdən gəlmiş müdrikləri gətiriblər ki, yer üzündə doğulan Tanrıya birlikdə səcdə etsinlər”.
Rus Pravoslav Kilsəsinin nümayəndəsi bildirib ki, adətən bu gün qaranlıq düşənədək heç nə yeyilmir və içilmir.
“Milad orucu başa çatdığı üçün bu gün məhz oruc yeməklərinin qəbuluna icazə verilir. Adətən bu, bal, kişmiş və digər meyvələrlə bişirilmiş buğda, yəni soçivo olur. Buna görə də bu bayramdan əvvəlki gün soçelnik adlanır. Bu, qədim bir ənənədir və hazırda o qədər də tez-tez rast gəlinmir, baxmayaraq ki, pravoslav kilsəsi həmişə xatırladır ki, İsa Məsihin mövludu gününün qarşılanmasına məhz bu cür hazırlaşmaq lazımdır”, - deyə yepiskop bildirib.
Milad gecəsi yepiskop Aleksi Müqəddəs Mürr-daşıyan Zənənlər Kafedralı və ya “Jen Mironosits” pravoslav kafedral kilsəsində İlahi liturgiyanı icra edib. Arxiyereyə kafedral ruhanilər xidmət göstəriblər.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22
YAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53
Xəbər lenti
13 Yanvar 13:52
Dünya
13 Yanvar 13:41
Gündəm
13 Yanvar 13:35
YAP xəbərləri
13 Yanvar 13:32
Dünya
13 Yanvar 13:16
Dünya
13 Yanvar 12:50
Dünya
13 Yanvar 12:29
Hadisə
13 Yanvar 12:24
Dünya
13 Yanvar 12:19
Dünya
13 Yanvar 11:48
Sosial
13 Yanvar 11:28
YAP xəbərləri
13 Yanvar 11:16
Siyasət
13 Yanvar 11:12
İqtisadiyyat
13 Yanvar 11:11
İqtisadiyyat
13 Yanvar 11:10
Sosial
13 Yanvar 11:09
Sosial
13 Yanvar 10:54
İqtisadiyyat
13 Yanvar 10:35
Siyasət
13 Yanvar 10:31
Hadisə
13 Yanvar 10:26
Analitik
13 Yanvar 10:17
Analitik
13 Yanvar 09:59
Dünya
13 Yanvar 09:50
Dünya
13 Yanvar 09:45
Analitik
13 Yanvar 09:36
Hadisə
13 Yanvar 09:21
Analitik
13 Yanvar 09:11
Sosial
13 Yanvar 08:51
Sosial
13 Yanvar 08:38
Gündəm
13 Yanvar 08:14
Dünya
13 Yanvar 07:10
Dünya
13 Yanvar 07:10
Dünya
12 Yanvar 23:47
YAP xəbərləri
12 Yanvar 23:25
Elm
12 Yanvar 23:12
YAP xəbərləri
12 Yanvar 23:07
Hadisə
12 Yanvar 22:58
YAP xəbərləri
12 Yanvar 22:32
Sosial
12 Yanvar 22:17
Dünya
12 Yanvar 21:46
Dünya
12 Yanvar 21:20
YAP xəbərləri
12 Yanvar 21:19
Dünya
12 Yanvar 20:52
YAP xəbərləri
12 Yanvar 20:46
YAP xəbərləri
12 Yanvar 20:37
Dünya
12 Yanvar 20:10
İqtisadiyyat
12 Yanvar 19:49
YAP xəbərləri
12 Yanvar 19:24
İqtisadiyyat
12 Yanvar 19:15

