Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / “Möhtəşəm Zəfərdən Böyük Qayıdışa aparan yol” mövzusunda tədbir keçirilib

“Möhtəşəm Zəfərdən Böyük Qayıdışa aparan yol” mövzusunda tədbir keçirilib

26.11.2025 [16:08]

Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatının təşkilatçılığı ilə 38 saylı ərazi partiya təşkilatında 1 dekabr – Laçın rayonunun işğaldan azad olunmasının 5-ci ildönümü münasibətilə “Möhtəşəm Zəfərdən Böyük Qayıdışa aparan yol” mövzusunda tədbir keçirilmişdir.
Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin, həmçinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirdə Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri İlqar İlyasov, Milli Məclisin deputatı Rövşən Muradov və digər iştirakçılar çıxış etmişlər.
Çıxışlarda qeyd olunmuşdur ki, Azərbaycan uzun illər ərzində ərazisinin 20 faizini işğal etmiş Ermənistanla danışıqlar apararaq Ermənistan–Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə çalışmışdır. Lakin danışıqlar heç bir nəticə verməmiş, əksinə Ermənistan tərəfinin vaxt udmağa, status-kvonu möhkəmləndirməyə cəhd göstərdiyi açıq şəkildə müşahidə olunmuşdur. Azərbaycan işğal faktı ilə barışmamış və bu istiqamətdə prinsipial mövqe nümayiş etdirmişdir.

Bildirilib ki, ulu öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarına qarşı əks-hücum əməliyyatlarına başlaması haqqında qərarı 44 gün davam edən Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ilə nəticələnmişdir. Bu müddət ərzində işğal altında olan ərazilər, şəhər və kəndlər azad edilmiş, ölkəmizin suverenliyi bərpa olunmuşdur. Dövlət başçısı həm döyüş meydanında, həm də diplomatik müstəvidə qazanılan qələbələrlə xalq–hakimiyyət–ordu birliyinin gücünü bütün dünyaya nümayiş etdirmişdir.

Diqqətə çatdırılıb ki, azad edilmiş ərazilərin bərpası və yenidən qurulması məqsədilə dövlət büdcəsindən 22 milyard manat həcmində vəsait ayrılmışdır. Bu çərçivədə genişmiqyaslı yol-nəqliyyat, enerji təminatı və digər mühüm infrastruktur layihələri icra edilmişdir. Onlarla yaşayış məntəqəsinin əsası qoyulmuş, artıq bir sıra şəhər, qəsəbə və kəndlərdə 50 mindən çox sakin yaşayır, çalışır və təhsil alır. “Böyük Qayıdış” proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı uğurla həyata keçirilir. Bu günədək 955 ailə – 3577 nəfər Laçın şəhərinə, Zabux, Sus və Bəylik kəndlərinə köçürülmüşdür.

Tədbirin sonunda yubiley münasibətilə YAP veteranına fəxri fərman və qiymətli hədiyyələr, həmçinin Yeni Azərbaycan Partiyasının sıralarına yeni qoşulan gənclərə üzvlük vəsiqələri təqdim edilmişdir.

Paylaş:
Baxılıb: 118 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Həmrəylik forumu...

27 Noyabr 10:54  

Siyasət

Ədəbiyyat

Maraqlı

MEDİA

Uğurlu vəhdət!

27 Noyabr 08:53

Sosial

İkiqat sevinc...

27 Noyabr 08:30

İqtisadiyyat

Siyasət

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

Regionda ilk Mərkəz

26 Noyabr 10:36  

Analitik

Siyasət

Ədəbiyyat

Mədəniyyət

Bakıda ilk dəfə

26 Noyabr 09:11

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30