Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Görmə məhdudiyyətli gənc İtaliyada vokal bacarıqlarını təkmilləşdirib

Görmə məhdudiyyətli gənc İtaliyada vokal bacarıqlarını təkmilləşdirib

26.11.2025 [23:17]

Heydər Əliyev Fondu daha bir əlilliyi olan gəncin yaradıcı potensialının inkişafına dəstək göstərib.

Fondun layihəsi çərçivəsində istedadlı müğənni, orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə (II dərəcə) gözdən əlilliyi olan Səməd Novruzov bu il avqust ayının sonundan noyabrın əvvəlinədək İtaliyanın Florensiya şəhərindəki Avropa Akademiyasında vokal bacarıqlarını təkmilləşdirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin təlimçisi olan Səməd Novruzov səs imkanları və vokal texnikası ilə Akademiyanın pedaqoji heyətinin diqqətini cəlb edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ifaçı həmin təhsil ocağının tarixində ilk dəfə olaraq İtaliyanın tarixi memarlıq binası - Santo Stefano al Ponte Muzeyində iki dəfə konsert proqramı ilə çıxış edib.

O, İtaliyanın tanınmış opera müğənnisi Kiarra Panacci ilə eyni səhnəni paylaşaraq, solo və duet şəklində italyan bəstəkarlarının əsərlərindən klassik ariyaları səsləndirib. Akademiyanın digər tələbələri ilə birlikdə hesabat konsertində də yüksək peşəkarlıq və istedad nümayiş etdirib.

Uşaq yaşlarından musiqiyə həvəsi ilə seçilən Səməd Novruzov hazırda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 4-cü kurs tələbəsidir. O, 2023-cü ildə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş gənc ifaçıların IV Respublika müsabiqəsinin qalibi olub.

Həmçinin ötən dövrdə bir sıra respublika və beynəlxalq yarışlarda, müsabiqələrdə dəfələrlə uğurla çıxış edərək laureat adını qazanıb. COP29 çərçivəsində Yaşıl Zonanın “İncəsənət pavilyonu”nda “İnklüzivlik Günü” ilə əlaqədar DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi tərəfindən təqdim edilən tədbirin bədii hissəsində də öz çıxışı ilə fərqlənib.

Səməd Novruzov 2024-cü ildən mərkəzdə təlimçi vəzifəsində çalışır və mərkəzin konsert proqramlarında, müxtəlif tədbir və layihələrində fəal iştirak edir.

Paylaş:
Baxılıb: 74 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Həmrəylik forumu...

27 Noyabr 10:54  

Siyasət

Ədəbiyyat

Maraqlı

MEDİA

Uğurlu vəhdət!

27 Noyabr 08:53

Sosial

İkiqat sevinc...

27 Noyabr 08:30

İqtisadiyyat

Siyasət

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

Regionda ilk Mərkəz

26 Noyabr 10:36  

Analitik

Siyasət

Ədəbiyyat

Mədəniyyət

Bakıda ilk dəfə

26 Noyabr 09:11

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30