Materiyanın çürük zənciri
26.11.2025 [09:39]
Saday Budaqlının “Fevral” povesti haqqında
əvvəli ötən sayımızda...
“Fevral” povesti bir ailənin iflası haqqında elegiya, bir nəslin tənəzzül tarixçəsidir. Bu tarixçənin Balzakın Qorio atasından tutmuş Markesin Buendia soyundan olan personajlarına qədər dünya ədəbiyyatının bir çox məşhur obrazlarının bioqrafiyasıyla səsləşən məqamları var, ancaq əsərin məzmunu, mövzusu heç bir klassikin yaradıcılığından əxz olunmayıb, ədəbiyyatdan götürülməyib. Buradakı personajların prototiplərini tanımasam da, əminəm ki, onların orijinalları çox da uzaq olmayan keçmişimizdə bizdən çox da uzaq olmayan bir məsafədə yaşayıblar, müəllif onların bir qismini şəxsən görüb, tanıyıb. Yoxsa realist nağılçılıqdan fərqli bir üslubda qələmə alınmış ailə salnaməsi bunca real, inandırıcı görünməzdi.
Ümumiyyətlə, Saday Budaqlı nəsrində düzxətli, birqatlı, hamar, ütülü təhkiyə tərzinə çox az rast gəlinir, onun təhkiyəsi adətən dağınıq zamanların calağından yaranır, anaxronik olmadığı hallarda belə başlanğıcla sonun arası müxtəlif zaman layları, ömrün dəyişik fəsilləri, qarışıq xatirələri, bulaşıq təəssüratlarıyla doldurulur. Əksər əsərlərində olduğu kimi “Fevral” povestində də müəllif bizə əhvalat söyləmir, dastan danışmır, nəslin tarixçəsini, obrazların keçmişini sayrışan xatirələrin, psixoloji çevrilmələrin fonunda “yeri gəlmişkən” yada salır.
Müəllif bu əsərində də adəti üzrə qəhrəmanının adını bizdən gizlədir. Cümlə-cümlə, abzas-abzas irəlilədikcə aydın olur ki, o, atasından qalma, daha doğrusu, atasının uzun illər öncə evin böyük oğlu, qəhrəmanın böyük qardaşı Vəli üçün tikdirdiyi evdə yaşayır. Özü də tək yaşamır, otaqların birində onun kiçik qardaşı qalır - məhz “qalır”, çünki gəzərgi qardaşın bu evdə, bu yurdda həmişəlikmi, yoxsa müvəqqətimi məskunlaşdığı axıracan tam bəlli olmur.
Ortancıl qardaşın, yəni əsərin üçüncü şəxsin təkində təqdim olunan qəhrəmanının baxış bucağından kiçik qardaş oxucuya belə tanıdılır: “Otuz il gedib haralardasa küllənmişdi, vecinə almamışdı kimin başına nə gəldi, kim öldü, kim qaldı, indi peyda olub ki, guya onlar təqsirkardı bunun evdən didərgin düşməyində. Axı kimiydi deyən başını götürüb get, bu yaşa qədər bambılı kimi gəz, ailə qurma, bir yerə kül salıb oturma? Kimin nə günahı?! Hərdən şlyapasını başına keçirib seyrə çıxır, tanış-bilişə dəyir, orda da yəqin ağzını boş qoyub artıq-əskik danışır, gileylənir, onların ucbatından evsiz-eşiksiz qaldığını necəsə çatdırır. Başqa əlacı yoxdu, gərək danışsın, heç kimə ağzını açmağa aman verməsin, birdən dədəsinin qəbrinin yerini soruşarlar - çaşıb qalar...”
***
Analarını qardaşlar uşaqkən itiriblər, ataları ondan sonra yenidən evlənib. İkinci arvaddan da kişinin bir qızı dünyaya gəlib: “Atalarının təzədən evlənməyi də heç yaddaşlarında iz salmamışdı, necə oldu, necə gəldi, necə öyrəşdilər yad qadına, ayaqqabılarını təmizləməyinə, paltarlarını yumağına, başlarını sığallamağına - xatırlayammır. Bir dəfə xətirlərinə dəymədi, üstlərinə hirslənmədi. Ancaq böyüyəndə fikirləşdi ki, bu elə yadlıq imiş, yad olduğuna görə ərk eləmirmiş, hər şıltaqlıqlarına dözürmüş. Qəribədi, böyüdükcə adam doğmalarda yadlıq axtarır, yadlarda doğmalıq. Bacılarının başına fırlanırdılar, çor deyəndə can deyirdilər, di gəl, elə ki böyüdülər, başladılar burunlamağa, hər sözünün başına ip salmağa, özü də heç nədən, elə bil şeytan qulaqlarına pıçıldayırdı ki, o, ögeydi, o sizi istəmir, yalandan özünü mehriban göstərir. Əvvəllər bunu hiss elətdirəndə bacısı pisikirdi, yazıqlaşırdı, sonra öyrəşdi, hətta yad olmadığına hamını inandırmaq istəyirmiş kimi başladı lap mehribançılıq eləməyə. İndi də hay deyəndə yanlarını kəsdirir, xeyirdə-şərdə əldən-ayaqdan gedir, hələ durub burdan Vitebskə, Vəlinin oğlunun toyuna da yollandı”.
Böyük qardaşları Vəli böyük savaşda itkin düşüb, nə yeri-yurdu bilinib, nə meyidi ələ gəlib: “Nə yaşadı, nə gördü, heç bilmədilər qəbri hardadı, bəlkə də heç yoxdu. Vur-tut 18 yaşı vardı, elə yaşına görə də, sir-sifətinə, görüb-götürdüyünə görə də uşaq idi. Ancaq son şəkillərində tam bambaşqadı - bığlı, sərt, hətta bir az zəhmli. Oxuyub rütbə alıbmış, təyyarəçi olubmuş, evlənibmiş, boy-buxunlu, ailə qayğısı çəkən kişiymiş...”
Vəli müharibəyə gedəndən sonra arvadı Lüdmila qucağında bir uşaq onun verdiyi ünvanla gəlib qayınatasıgili tapır, ancaq gəlin yerini isitməmiş ərinin qara xəbəri çıxır. Ondan sonra Lüdmila hələ bir neçə il də qayınatasıgilin yanında qalır, müharibə qurtarandan sonra şələ-küləsini yığıb vətəninə qayıdır. Bizə deyilir ki, həmin illərdə qəhrəmanımız da cəbhədə olub: “Həmin günləri çox daşınıb-düşünmüşdü, çalışmışdı Lüdmilanın gəlişini gözünün qabağına gətirsin, o yolun əziyyətini, Lüdmilanın gəlib çatandan sonrakı peşmançılığını hiss eləsin, bilsin kim haqlıdı, kim haqsızdı, çünki o, müharibədən qayıdanda nə Lüdmila varıydı, nə uşaq, qardaşı isə Vəli üçün tikilmiş evə köçmüşdü, bacısından savayı da heç kimi danışdırmırdı. Üstündən otuz il keçəndən sonra bunu bilməyin heç bir xeyri yoxdu, olan olmuşdu, keçən keçmişdi; başa düşdüyünün bir xeyri olması üçün o gərək otuz il əvvələ qayıdaydı, o vaxta ki, hələ Lüdmilanın, o uşağın yoxluğuna evdəkilər öyrəşməmişdi, o uşağı əzizləyəndə dedikləri hansı sözlərisə yadırğamamışdılar, hələ atası sağ idi, kiçik oğlunun haradasa yaşadığını bilə-bilə ömrü boyu üzünü görməyəcəyindən, xiffətini çəkəcəyindən xəbərsizdi...”
Ataları təkcə öz ailəsinə yox, nəslinə, tayfasına da yiyə durmağı bacaran xarizmatik, dizibərk kişi olub: “Bir vaxt atası Bakıdan Düzyurda köçmüşdü ki, qaçhaqaçda Göyçədən tökülüşüb gəlmiş qohum-əqrəbasını bir yerə yığsın, onlara həyan olsun, ancaq gözü görə-görə öz ailəsi dağıldı, hərə ağzını bir tərəfə tutdu. Bu da sonu...”
***
Qəhrəmanımız bir vaxtlar ailəli olub, günün birində arvadı iki qız uşağını onun üstünə atıb, başqa bir kişiyə qoşulub qaçıb: “Hər şey birdəncə dağıldı, yoxa çıxdı. Fikirləşirsən adi gündü, işdən çıxıb evinə gedirsən, görəcəksən arvad-uşaq səni gözləyir, sən də bir qismət çörəyini yeyib uşaqlarını başına yığacaqsan, deyib güləcəksən. Gəlirsən ki, arvadından başqa hamı evdədi, gözləyirlər şad xəbər versinlər, muştuluqlasınlar...”
Başını itirmiş ortancıl qardaşı - bir cüt qız atasını sərt üzüylə kiçik qardaş ayıldır: “Arvad kimi nə ağlayırsan, ə, nə olub, qaçıb, cəhənnəmə qaçıb, özünü niyə öldürürsən?!”
Bu rüsvayçı hadisə qardaşının əlinə onu utandırıb alçaltmaq üçün, ona nifrətini silaha çevirmək üçün, sonra da onun yaxasını körpə qızların caynağında qoyub ata evinin qapısını təpiklə örtmək üçün yağlı girəvə verir: “Başını götürüb evdən birdəfəlik gedəndə yenə oyun oynadı. Getməyinə düz eləyib gedirdi, hamının dilinə düşən, dalınca şınqroy çalınan adamla bir damın altında niyə də yaşamalıydı ki. Qal, gündə hər ağzıgöyçəkdən bir söz eşidib əsəbiləş, üstəlik özünü də sal azara, qardaşının gününə ağla, kömək elə balalarını saxlasın, böyütsün. Düz iş gördü. Ancaq buna görə getdiyini boynuna almağı şəninə sığışdırmadı. O axı qəhrəmanıydı! Gərək qəhrəman kimi də gedəydi, özünücə düşündüyünü, özünə rahatlıq axtardığını pərdələyəydi, özü özünü aldadaydı; guya əziyyətdən qaçmır, onun ucbatından özünü əziyyətə salır, evindən didərgin düşür...”
davamı növbəti sayımızda...
F.Uğurlu
Xəbər lenti
Hamısına baxDünya
27 Noyabr 19:51
Dünya
27 Noyabr 19:32
Dünya
27 Noyabr 19:15
Sosial
27 Noyabr 18:31
İqtisadiyyat
27 Noyabr 17:25
YAP xəbərləri
27 Noyabr 17:12
İdman
27 Noyabr 17:02
Xəbər lenti
27 Noyabr 17:00
YAP xəbərləri
27 Noyabr 16:32
Sosial
27 Noyabr 16:32
İqtisadiyyat
27 Noyabr 16:17
YAP xəbərləri
27 Noyabr 15:28
Xəbər lenti
27 Noyabr 14:58
Dünya
27 Noyabr 14:49
Dünya
27 Noyabr 14:35
Siyasət
27 Noyabr 14:14
Sosial
27 Noyabr 12:46
Gündəm
27 Noyabr 12:44
Sosial
27 Noyabr 12:04
Sosial
27 Noyabr 12:04
İqtisadiyyat
27 Noyabr 12:03
İqtisadiyyat
27 Noyabr 12:01
Gündəm
27 Noyabr 11:45
Gündəm
27 Noyabr 11:37
Sosial
27 Noyabr 11:24
Dünya
27 Noyabr 11:23
Gündəm
27 Noyabr 11:12
Siyasət
27 Noyabr 11:01
Siyasət
27 Noyabr 10:54
Siyasət
27 Noyabr 10:35
Analitik
27 Noyabr 10:19
Ədəbiyyat
27 Noyabr 09:57
Analitik
27 Noyabr 09:33
Maraqlı
27 Noyabr 09:15
MEDİA
27 Noyabr 08:53
Sosial
27 Noyabr 08:30
Dünya
26 Noyabr 23:35
Sosial
26 Noyabr 23:17
Dünya
26 Noyabr 22:51
Dünya
26 Noyabr 22:18
Dünya
26 Noyabr 21:40
Dünya
26 Noyabr 21:26
Dünya
26 Noyabr 20:54
Dünya
26 Noyabr 20:19
İqtisadiyyat
26 Noyabr 19:43
Dünya
26 Noyabr 19:17
Siyasət
26 Noyabr 18:29
Dünya
26 Noyabr 17:36
YAP xəbərləri
26 Noyabr 17:28
Elm
26 Noyabr 17:11
YAP xəbərləri
26 Noyabr 16:25
YAP xəbərləri
26 Noyabr 16:08
Gündəm
26 Noyabr 15:46
Gündəm
26 Noyabr 15:44
İqtisadiyyat
26 Noyabr 15:38
YAP xəbərləri
26 Noyabr 15:17
İdman
26 Noyabr 15:16
Hadisə
26 Noyabr 15:16
Dünya
26 Noyabr 14:36
Dünya
26 Noyabr 13:55
Siyasət
26 Noyabr 13:40
Sosial
26 Noyabr 13:38
Dünya
26 Noyabr 13:16
Maraqlı
26 Noyabr 12:48
İqtisadiyyat
26 Noyabr 12:32
İqtisadiyyat
26 Noyabr 12:30
Hadisə
26 Noyabr 12:28
Dünya
26 Noyabr 12:25
Siyasət
26 Noyabr 12:11
Siyasət
26 Noyabr 11:59

