Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycan ilə Maldiv arasında vizasız səfər Sazişinin tətbiq mexanizmi bəlli olub

Azərbaycan ilə Maldiv arasında vizasız səfər Sazişinin tətbiq mexanizmi bəlli olub

25.11.2025 [15:54]

Azərbaycan və Maldiv vətəndaşlarının vizasız gedişinin başlanması üçün tərəflər zəruri dövlətdaxili prosedurlarını tamamlamalı və bu barədə bir birlərinə diplomatik kanallarla nota təqdim etməlidirlər. Məhz sonuncu diplomatik bildirişin alındığı tarixdən 30 gün sonra Saziş tətbiq edilməyə başlayacaq. Sazişin qüvvəyə minmə günü barədə isə Xarici İşlər Nazirliyinin açıqlamasını gözləmək lazımdır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Rizvan Nəbiyev deyib.

O bildirib ki, Azərbaycan Hökuməti ilə Maldiv Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş 2025-ci il sentyabrın 24-də Nyu-York şəhərində imzalanıb. Azərbaycan və Maldiv arasındakı sözügedən beynəlxalq müqavilə müxtəlif sahələrdə ikitərəfli münasibətlərin təşviq edilməsi məqsədini daşıyır, bunun üçün vətəndaşların qarşılıqlı gediş-gəlişinin sadələşdirilməsi ilə bağlı hüquqi əsas yaradır.

Sazişə əsasən, Azərbaycanın və Maldivin etibarlı ümumvətəndaş pasportlarına malik vətəndaşları qarşı tərəfin dövlətinin ərazisinə viza tələbi olmadan səfər edə bilər və orada 90 gün müddətədək qala bilərlər. Ümumvətəndaş pasportunun etibarlılıq müddəti (digər tərəfin dövlətinin ərazisinə giriş tarixindən sonra) ən azı 180 gün olmalıdır. Sazişin 1-ci maddəsinin 2-ci bəndi müəyyən istisnanı nəzərdə tutur. Belə ki, 90 gündən daha artıq qalmaq istəyənlər, eləcə də işləmək və ya təhsil almaq istəyənlər əvvəlcədən tələb olunan vizanı əldə etməlidirlər. Tərəflər qeyri-müəyyən müddətə bağladıqları Sazişi üç halda müvəqqəti olaraq, tamamilə və ya qismən dayandıra bilər. Bu, milli təhlükəsizlik, ictimai asayiş və sağlamlıq məsələləri ilə bağlı zərurət yarandığı hallara aiddir.

Paylaş:
Baxılıb: 107 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Həmrəylik forumu...

27 Noyabr 10:54  

Siyasət

Ədəbiyyat

Maraqlı

MEDİA

Uğurlu vəhdət!

27 Noyabr 08:53

Sosial

İkiqat sevinc...

27 Noyabr 08:30

İqtisadiyyat

Siyasət

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

Regionda ilk Mərkəz

26 Noyabr 10:36  

Analitik

Siyasət

Ədəbiyyat

Mədəniyyət

Bakıda ilk dəfə

26 Noyabr 09:11

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30