Azərbaycanın beynəlxalq inteqrasiya modeli!
22.11.2025 [09:31]
Regional tərəfdaşlıq və beynəlxalq təşkilatlarla münasibətlərin inkişafı...
Müasir qlobal şəraitdə dövlətlərin inkişaf strategiyasında dünya birliyinə inteqrasiya və beynəlxalq əməkdaşlıq mühüm yer tutur. Qlobal problemlərin - təhlükəsizlik, iqtisadi sabitlik, enerji təminatı, iqlim dəyişiklikləri, miqrasiya və digər çağırışların həlli üçün dövlətlərin qarşılıqlı əlaqəsi zəruri amil kimi çıxış edir. Bir sözlə, dünya birliyinə inteqrasiya ölkələrin beynəlxalq sistemin siyasi, iqtisadi, hüquqi və mədəni standartlarına uyğunlaşmasını nəzərdə tutur.
Azərbaycanda həyata keçirilən siyasətin əsas məqsədlərindən biri də dünya birliyinə inteqrasiya, beynəlxalq təşkilatlarla münasibətlərin daha da genişləndirilməsindən ibarətdir. Dövlətimiz bu siyasəti 1990-cı illərin əvvəllərindən bəri uğurla davam etdirir. Azərbaycan bu gün bölgə ölkələri ilə qarşılıqlı əməkdaşlıq, beynəlxalq aləmdə öz sözünü demiş böyük dövlətlərlə uğurlu tərəfdaşlıq fonunda, həm də dünyanın aparıcı beynəlxalq qurumlarında kifayət qədər fəal iştirak edir. Möhkəm təməl üzərində yaradılan güclü iqtisadi potensial, toplanmış maliyyə resursları, cəmiyyət həyatının bütün sahələrinin dinamik tərəqqisi, enerji, ərzaq təhlükəsizliyi kimi məsələlərin uğurla həlli Azərbaycana tam müstəqil, milli maraqlara hesablanan xarici siyasət yürütməyə imkan verib.
Ümumiyyətlə, həyata keçirilən qlobal miqyaslı tədbirlər Azərbaycanın dövlətlərarası əlaqələrini gücləndirməklə bərabər, həm də ölkəmizin dünya miqyasında nüfuzunun daha da artırılmasını, Cənubi Qafqazda lider dövlətə çevrilməsini şərtləndirib.
Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, Azərbaycan bir çox sahələrdə olduğu kimi, region ölkələri, beynəlxalq təşkilatlarla əməkdaşlıq istiqamətində də islahatlar siyasətinin davamlı tərkib hissəsi olaraq xüsusi addımlar atır: “44 günlük İkinci Qarabağ döyüşündən sonra Cənubi Qafqazda sabitliyin bərpa olunması ilə regionda geostrateji lider kimi Azərbaycan dövləti vacib addımlar atır. Şübhəsiz ki, dünya ictimaiyyəti, xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən də yürüdülən siyasət yüksək qiymətləndirilməkdədir”.
Deputat qeyd edib ki, son dövrlər ölkəmizə olan marağın və inamın nəticəsində Azərbaycan dövlətinə bir çox sahələrdə çoxşaxəli əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı təkliflər artmaqdadır: “Bu da Azərbaycan dövlətinin güvənilir bir dövlət, ölkə başçısı İlham Əliyevin güvənilir bir şəxsiyyət, dövlət xadimi, ölkə rəhbəri olması və dünya liderləri arasında xüsusi çəkiyə malik olmasının da bariz nümunəsidir. Bu baxımdan dünya birliyinə inteqrasiya prosesinin sürətlə getdiyini sadəcə görmürük, eyni zamanda bu dövrün müasirləri olaraq hər birimiz öz sahəmizdə hiss edir və yaşayırıq.
Şübhəsiz ki, Azərbaycan dövləti atmış olduğu bütün addımlarını beynəlxalq hüquq normalarına əsaslanaraq, ədalət prinsipinə söykənərək, ən əsası ölkəmizin milli maraqlarını rəhbər tutur. Bu da yalnız və yalnız Azərbaycan dövlətinə, Azərbaycan xalqına xidmətin vacib bir nümunəsidir ki, dövlət başçımızın rəhbərliyi altında həyata keçirilir”.
Parlament üzvünün sözlərinə görə, bu gün ölkəmizin dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi siyasəti balanslaşdırılmış və çoxşaxəli formada davam etdirilməkdədir: “İkitərəfli əlaqələrin inkişafına önəm verən Azərbaycan, ilk növbədə, qonşu dövlətlər olan Türkiyə, Rusiya və Gürcüstan ilə qarşılıqlı faydalı və hərtərəfli əməkdaşlığını genişləndirməkdədir. Azərbaycan həm də region dövlətləri arasındakı münasibətlərin geniş potensialından yararlanmaq məqsədilə yaradılan üçtərəfli formatların fəal iştirakçısıdır. Beynəlxalq münasibətlərin fəal iştirakçısı olan Azərbaycan xarici siyasətində qlobal və regional səviyyəli nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığa da böyük önəm verir. Bütün bunlar onu göstərir ki, Azərbaycan beynəlxalq birliyin müstəqil və tamhüquqlu subyekti kimi öz milli maraq və mənafelərini qarşılıqlı hörmət və ortaq faydalanma prinsipləri çərçivəsində həyata keçirir. Reallaşdırılan çoxvektorlu və uzaqgörən xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq nüfuzu daha da artıb, eləcə də ölkəmizin beynəlxalq arenadakı mövqeyi möhkəmlənib.
Azərbaycan Cənubi Qafqazda yaranan yeni reallıqlar kontekstində beynəlxalq təşkilatlarla fəal iş səviyyəsinin həcmini genişləndirir. Bütün bu proseslər Prezident İlham Əliyevin siyasi uzaqgörənliyi və düzgün istiqamətdə görülən işlərin müsbət nəticəsidir. Yaxın zaman çərçivəsində Azərbaycanın bu istiqamətdə daha ciddi uğurlar əldə edəcəyi gözlənilir. Prezidentin uğurlu daxili və xarici siyasəti ölkəmizin beynəlxalq aləmdə mövqelərini ildən-ilə daha da gücləndirir və bundan sonra da gücləndirəcək”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır.
Yeganə
Xəbər lenti
Hamısına baxSosial
27 Noyabr 18:31
İqtisadiyyat
27 Noyabr 17:25
YAP xəbərləri
27 Noyabr 17:12
İdman
27 Noyabr 17:02
Xəbər lenti
27 Noyabr 17:00
YAP xəbərləri
27 Noyabr 16:32
Sosial
27 Noyabr 16:32
İqtisadiyyat
27 Noyabr 16:17
YAP xəbərləri
27 Noyabr 15:28
Xəbər lenti
27 Noyabr 14:58
Dünya
27 Noyabr 14:49
Dünya
27 Noyabr 14:35
Siyasət
27 Noyabr 14:14
Sosial
27 Noyabr 12:46
Gündəm
27 Noyabr 12:44
Sosial
27 Noyabr 12:04
Sosial
27 Noyabr 12:04
İqtisadiyyat
27 Noyabr 12:03
İqtisadiyyat
27 Noyabr 12:01
Gündəm
27 Noyabr 11:45
Gündəm
27 Noyabr 11:37
Sosial
27 Noyabr 11:24
Dünya
27 Noyabr 11:23
Gündəm
27 Noyabr 11:12
Siyasət
27 Noyabr 11:01
Siyasət
27 Noyabr 10:54
Siyasət
27 Noyabr 10:35
Analitik
27 Noyabr 10:19
Ədəbiyyat
27 Noyabr 09:57
Analitik
27 Noyabr 09:33
Maraqlı
27 Noyabr 09:15
MEDİA
27 Noyabr 08:53
Sosial
27 Noyabr 08:30
Dünya
26 Noyabr 23:35
Sosial
26 Noyabr 23:17
Dünya
26 Noyabr 22:51
Dünya
26 Noyabr 22:18
Dünya
26 Noyabr 21:40
Dünya
26 Noyabr 21:26
Dünya
26 Noyabr 20:54
Dünya
26 Noyabr 20:19
İqtisadiyyat
26 Noyabr 19:43
Dünya
26 Noyabr 19:17
Siyasət
26 Noyabr 18:29
Dünya
26 Noyabr 17:36
YAP xəbərləri
26 Noyabr 17:28
Elm
26 Noyabr 17:11
YAP xəbərləri
26 Noyabr 16:25
YAP xəbərləri
26 Noyabr 16:08
Gündəm
26 Noyabr 15:46
Gündəm
26 Noyabr 15:44
İqtisadiyyat
26 Noyabr 15:38
YAP xəbərləri
26 Noyabr 15:17
İdman
26 Noyabr 15:16
Hadisə
26 Noyabr 15:16
Dünya
26 Noyabr 14:36
Dünya
26 Noyabr 13:55
Siyasət
26 Noyabr 13:40
Sosial
26 Noyabr 13:38
Dünya
26 Noyabr 13:16
Maraqlı
26 Noyabr 12:48
İqtisadiyyat
26 Noyabr 12:32
İqtisadiyyat
26 Noyabr 12:30
Hadisə
26 Noyabr 12:28
Dünya
26 Noyabr 12:25
Siyasət
26 Noyabr 12:11
Siyasət
26 Noyabr 11:59
Siyasət
26 Noyabr 11:43
Dünya
26 Noyabr 11:38
Siyasət
26 Noyabr 11:37

