Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin Partiyasıdır

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin Partiyasıdır

20.11.2025 [23:04]

1992-ci il 21 noyabr Azərbaycan siyasi tarixində mühüm dönüş nöqtələrindən biri kimi yadda qalmışdır. Həmin gün yaradılan Yeni Azərbaycan Partiyası ölkənin ictimai-siyasi həyatında yeni mərhələnin başlanğıcını qoydu. Bu hadisə Azərbaycanın dövlətçilik ənənələrinin bərpası, ölkənin parçalanmaq təhlükəsi ilə üz-üzə qaldığı bir dövrdə siyasi birliyin və xalq iradəsinin ifadəsi kimi qiymətləndirilir.

1992-ci ilin əvvəllərində ölkədə daxili-siyasi vəziyyət son dərəcə gərgin idi. Hakimiyyətsizlik, müxtəlif silahlı dəstələrin fəaliyyəti, Qarabağda hərbi məğlubiyyətlər, iqtisadi geriləmə və sosial problemlərin sürətlə artması dövlətin idarəçilik sistemini iflic etmişdi. Xalqın mövcud iqtidara inamı azalır, ölkənin gələcəyi ilə bağlı narahatlıq günbəgün güclənirdi. Belə bir şəraitdə zəruri siyasi qüvvənin formalaşmasına ictimai tələbat meydana gəlmişdi.

Bu tələbat nəticəsində ölkənin müxtəlif bölgələrindən olan 91 tanınmış ziyalının – tarixə “91-lər” kimi düşən şəxslərin təşəbbüsü ilə ümummilli lider Heydər Əliyevə müraciət ünvanlandı. Onlar Azərbaycanı böhranlı vəziyyətdən çıxarmaq, cəmiyyətin siyasi birliyini təmin etmək üçün yeni siyasi təşkilatın yaradılmasına, həmçinin Heydər Əliyevin bu prosesə rəhbərlik etməsinə ehtiyac olduğunu bildirirdilər. Məhz bu müraciət Yeni Azərbaycan Partiyasının yaranmasının ideya-siyasi əsasını təşkil etdi.

1992-ci il 21 noyabrda Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Konfransda ölkənin müxtəlif regionlarından nümayəndələr iştirak edir, partiyanın proqram və nizamnaməsi müzakirə olunurdu. Toplantı ölkə miqyasında geniş rezonans doğurdu, çünki həmin dövrdə Bakı şəhərində demokratik yığıncaqların keçirilməsinə ciddi maneələr yaradılır, siyasi təşəbbüslər müxtəlif yollarla təzyiqə məruz qalırdı. Buna baxmayaraq, YAP-ın təsis konfransının keçirilməsi geniş ictimai dəstək qazandı və bu, xalqın Heydər Əliyevə olan inamının göstəricisi idi.

Konfransın yekunu olaraq ümumilli lider Heydər Əliyev Yeni Azərbaycan Partiyasının sədri seçildi. Partiyanın əsas məqsədi demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu təmin etmək, ölkənin ərazi bütövlüyünün bərpası, siyasi sabitliyin yaradılması və sosial-iqtisadi inkişafın təmin olunması idi. YAP öz proqramında milli həmrəyliyi, dövlətçilik ideyalarını və demokratik dəyərləri əsas prioritet kimi müəyyənləşdirdi.

Yeni Azərbaycan Partiyasının təsis olunması 1990-cı illərin çətin və ziddiyyətli siyasi mühitində Azərbaycanın gələcəyi üçün mühüm əhəmiyyət daşıdı. Bu siyasi təşkilat qısa müddət ərzində ölkənin aparıcı qüvvəsinə çevrildi və 1993-cü ildə Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışına geniş ictimai-siyasi baza yaratdı. Partiyanın yaranması Azərbaycan cəmiyyətində siyasi sabitliyin bərpasına, dövlətçilik təfəkkürünün güclənməsinə və ölkənin strateji inkişaf yolunun müəyyənləşdirilməsinə böyük töhfə verdi.

Bu gün də 1992-ci il 21 noyabr tarixi müasir Azərbaycan dövlətçiliyinin formalaşmasında həlledici dönüş nöqtələrindən biri kimi dəyərləndirilir. Yeni Azərbaycan Partiyasının təsis edilməsi ölkənin müstəqilliyinin möhkəmləndirilməsi, siyasi sistemin sağlamlaşdırılması və milli maraqlara uyğun inkişaf yolunun müəyyənləşdirilməsi baxımından tarixi əhəmiyyətə malik hadisə kimi qalmaqdadır.

Nazim Bünyatov

YAP Ağcabədi rayon təşkilatının sədr müavini

Paylaş:
Baxılıb: 80 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Həmrəylik forumu...

27 Noyabr 10:54  

Siyasət

Ədəbiyyat

Maraqlı

MEDİA

Uğurlu vəhdət!

27 Noyabr 08:53

Sosial

İkiqat sevinc...

27 Noyabr 08:30

İqtisadiyyat

Siyasət

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

Regionda ilk Mərkəz

26 Noyabr 10:36  

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30