Yeni Azərbaycan Partiyasının tarixi missiyası və müasir dövlətçilik modelində rolu
20.11.2025 [15:56]
Azərbaycanın müasir siyasi tarixində mühüm dönüş nöqtəsi olan 1992-ci il noyabrın 21-i yalnız bir partiyanın yaradılması ilə məhdudlaşmırdı. Bu tarix həm də dövlətçiliyin qorunması, milli şüurun möhkəmlənməsi və Azərbaycan xalqının gələcəyə doğru yönəlmiş siyasi iradəsinin təcəssümü idi. Yeni Azərbaycan Partiyasının (YAP) təsis olunması ölkənin siyasi böhran yaşadığı, hakimiyyət boşluğunun yarandığı, torpaqların işğal olunduğu və dövlət institutlarının dağılmaq təhlükəsi ilə üzləşdiyi bir dövrdə həyata keçirilmiş strateji tarixi addım idi.
Naxçıvanda ölkənin bütün bölgələrindən olan 550 nəfərlik təşəbbüs qrupunun iştirakı ilə keçirilən təsis konfransı Azərbaycan cəmiyyətinin gələcək taleyi üçün həlledici qərarların qəbul edildiyi bir tribunaya çevrildi. Konfransda partiyanın Nizamnamə və Proqramının qəbul edilməsi, Siyasi Şura və İdarə Heyətinin formalaşdırılması, böyük dövlət xadimi Heydər Əliyevin yekdilliklə YAP-ın sədri seçilməsi ölkədə yeni siyasi mərhələnin əsasını qoydu. YAP-ın yaranması yalnız siyasi təşkilatlanma deyildi – bu, parçalanmaqda olan dövlətin milli həmrəylik və xilaskarlıq platformasının yaradılması idi. Heydər Əliyevin siyasi liderliyi 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra YAP-ın tarixi missiyasını daha da gücləndirdi. Ulu Öndərin “Mən müstəqilliyi qorumaq üçün gəlmişəm” sözləri məhz bu dövrdə Azərbaycanın gələcək inkişaf modelinin açar ideyasına çevrildi. Yeni Konstitusiyanın qəbulu, dövlət idarəetmə sisteminin formalaşdırılması, milli ordunun yaradılması, siyasi sabitliyin təmin olunması Heydər Əliyev dövründə YAP-ın dövlətçilik missiyasının əsas istiqamətləri oldu.
2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının fəaliyyəti yeni inkişaf mərhələsinə qədəm qoydu. İlham Əliyevin siyasi kursu ölkədə modernizasiya, çevik idarəetmə, infrastruktur quruculuğu, sosial müdafiə sisteminin gücləndirilməsi və beynəlxalq nüfuzun artırılması kimi istiqamətlərlə davam etdi. Bu dövrdə YAP həm təşkilati, həm ideoloji, həm də siyasi güc baxımından Cənubi Qafqazın ən böyük və nüfuzlu siyasi partiyasına çevrildi. Prezident İlham Əliyevin rəhbərliyi dövrü eyni zamanda YAP-ın struktur modernizasiyası ilə xarakterizə olunur. 2021-ci ildə keçirilən VII Qurultay partiya tarixində yeni mərhələ açdı. Qurultayda yeni Nizamnamənin qəbulu, İdarə Heyətinin, Təftiş Komissiyasının və Veteranlar Şurasının formalaşdırılması YAP-ın idarəetmə modelində çeviklik və şəffaflığı təmin etdi. Prezident İlham Əliyevin qərarı ilə Mehriban xanım Əliyevanın partiya sədrinin birinci müavini təyin edilməsi qadınların siyasi iştirakının gücləndirilməsi, dövlət siyasətində humanist və inklüziv yanaşmanın inkişaf etdirilməsi baxımından mühüm siyasi addım kimi dəyərləndirilir. YAP-ın ideoloji bazası dövlətçilik, azərbaycançılıq, qanunun aliliyi, sosial ədalət, multikultural dəyərlər və vətəndaş həmrəyliyi prinsipləri üzərində qurulub. Partiya yaranan gündən Azərbaycan vətəndaşlarını irqindən, dinindən, cinsindən və sosial mənsubiyyətindən asılı olmayaraq vahid milli inkişaf hədəfləri ətrafında birləşdirən siyasi institut kimi çıxış edib.
44 günlük Vətən müharibəsində əldə olunan Böyük Zəfər YAP-ın siyasi xəttinin ən böyük tarixi nəticələrindən biri olmaqla yanaşı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik liderliyinin təsdiqidir. Dövlətin güclü diplomatik fəaliyyəti, ordunun modernizasiyası və milli həmrəyliyin təmin olunması YAP-ın ideoloji xəttinin praktik nəticələrinin göstəricisi oldu. Bu qələbə partiyanın qarşısında yeni vəzifələr – işğaldan azad edilmiş ərazilərdə quruculuq, bərpa və Böyük Qayıdış strategiyasının icrası kimi prioritetlər müəyyənləşdirdi. Postmüharibə dövründə YAP “iqtidar–xalq” münasibətlərinin yeni modelini formalaşdıraraq cəmiyyətlə siyasi dialoqu gücləndirir, islahatların ideoloji və təşkilati avanqardı kimi çıxış edir. Bu gün yüz minlərlə üzvü ilə partiya Azərbaycan dövlətçiliyinin dayaqlarından biri kimi öz mövqeyini daha da möhkəmləndirir.
2025-ci ildə təsisindən 33 il ötən YAP artıq ölkənin siyasi həyatının sadəcə iştirakçısı deyil, onun strateji istiqamətlərini müəyyənləşdirən, xalqın etimadını daşıyan, milli dövlətçilik ideallarının daimi müdafiəçisi olan avanqard siyasi institutdur. Yeni Azərbaycan Partiyası tarixdən aldığı güclə bu günü idarə edir və Azərbaycanı daha güclü gələcəyə aparan siyasi xəttin ideoloji mərkəzi rolunu oynayır.
Namiq Əhmədov
YAP Xəzər rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSosial
27 Noyabr 12:04
Sosial
27 Noyabr 12:04
İqtisadiyyat
27 Noyabr 12:03
İqtisadiyyat
27 Noyabr 12:01
Gündəm
27 Noyabr 11:45
Gündəm
27 Noyabr 11:37
Sosial
27 Noyabr 11:24
Dünya
27 Noyabr 11:23
Gündəm
27 Noyabr 11:12
Siyasət
27 Noyabr 11:01
Siyasət
27 Noyabr 10:54
Siyasət
27 Noyabr 10:35
Analitik
27 Noyabr 10:19
Ədəbiyyat
27 Noyabr 09:57
Analitik
27 Noyabr 09:33
Maraqlı
27 Noyabr 09:15
MEDİA
27 Noyabr 08:53
Sosial
27 Noyabr 08:30
Dünya
26 Noyabr 23:35
Sosial
26 Noyabr 23:17
Dünya
26 Noyabr 22:51
Dünya
26 Noyabr 22:18
Dünya
26 Noyabr 21:40
Dünya
26 Noyabr 21:26
Dünya
26 Noyabr 20:54
Dünya
26 Noyabr 20:19
İqtisadiyyat
26 Noyabr 19:43
Dünya
26 Noyabr 19:17
Siyasət
26 Noyabr 18:29
Dünya
26 Noyabr 17:36
YAP xəbərləri
26 Noyabr 17:28
Elm
26 Noyabr 17:11
YAP xəbərləri
26 Noyabr 16:25
YAP xəbərləri
26 Noyabr 16:08
Gündəm
26 Noyabr 15:46
Gündəm
26 Noyabr 15:44
İqtisadiyyat
26 Noyabr 15:38
YAP xəbərləri
26 Noyabr 15:17
İdman
26 Noyabr 15:16
Hadisə
26 Noyabr 15:16
Dünya
26 Noyabr 14:36
Dünya
26 Noyabr 13:55
Siyasət
26 Noyabr 13:40
Sosial
26 Noyabr 13:38
Dünya
26 Noyabr 13:16
Maraqlı
26 Noyabr 12:48
İqtisadiyyat
26 Noyabr 12:32
İqtisadiyyat
26 Noyabr 12:30
Hadisə
26 Noyabr 12:28
Dünya
26 Noyabr 12:25
Siyasət
26 Noyabr 12:11
Siyasət
26 Noyabr 11:59
Siyasət
26 Noyabr 11:43
Dünya
26 Noyabr 11:38
Siyasət
26 Noyabr 11:37
Siyasət
26 Noyabr 11:15
İqtisadiyyat
26 Noyabr 10:58
İqtisadiyyat
26 Noyabr 10:36
Analitik
26 Noyabr 10:12
Siyasət
26 Noyabr 09:54
Ədəbiyyat
26 Noyabr 09:39
Analitik
26 Noyabr 09:25
Mədəniyyət
26 Noyabr 09:11
Yeni texnologiyalar
26 Noyabr 08:52
MEDİA
26 Noyabr 08:33
Gündəm
26 Noyabr 08:16
Siyasət
26 Noyabr 07:58
Sosial
26 Noyabr 07:54
Sosial
26 Noyabr 07:54
Sosial
26 Noyabr 07:16

