Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Almaniyanın Müdafiə Nazirliyi daha çox “Leopard” tankı sifariş vermək istəyir

Almaniyanın Müdafiə Nazirliyi daha çox “Leopard” tankı sifariş vermək istəyir

20.11.2025 [13:56]

Almaniyanın müdafiə naziri Boris Pistorius Silahlı Qüvvələri (Bundesver) gücləndirmək üçün gələn il əlavə “Leopard-2 A8” tipli tankları sifariş etməyi planlaşdırır. Bundesver indiyədək 123 tankın alınmasına dair sifariş verib. İndi isə bu sifarişə 75 tankın da əlavə edilməsi nəzərdə tutulur.

AZƏRTAC “Zeit” nəşrinə istinadla xəbər verir ki, bu barədə nazir yeni modelin təqdimatı zamanı bildirib.

O deyib ki, indiyədək sifariş verilmiş bütün tanklar 2027-2030-cu illərdə təhvil veriləcək. “Leopard” tanklarının quru qoşunlarının müdafiə qabiliyyəti üçün əvəzolunmaz olduğunu deyən B.Pistorius qeyd edib ki, bu texnologiya heç də köhnəlməyib. Müasir müharibələr gələcəkdə də yalnız dronlardan ibarət olmayacaq, suveren ərazilər yenə də tanklar, gəmilər, təyyarələr və ən əsası, əsgərlər tərəfindən müdafiə edilməlidir.

Bundesverin indiyədək sifariş verdiyi 123 “Leopard 2 A8” tankının dəyəri 3,4 milyard avrodan çoxdur. Yeni “Leopard 2 A8” tankı Norveçlə birgə eyni modeldən sifariş edilib. Bundan başqa, Xorvatiya, Litva, Niderland, İsveç və Çexiya da bu tanklardan alır.

Paylaş:
Baxılıb: 131 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Həmrəylik forumu...

27 Noyabr 10:54  

Siyasət

Ədəbiyyat

Maraqlı

MEDİA

Uğurlu vəhdət!

27 Noyabr 08:53

Sosial

İkiqat sevinc...

27 Noyabr 08:30

İqtisadiyyat

Siyasət

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

Regionda ilk Mərkəz

26 Noyabr 10:36  

Analitik

Siyasət

Ədəbiyyat

Mədəniyyət

Bakıda ilk dəfə

26 Noyabr 09:11

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30