Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Böyük Şərq regionunun 400 milyonluq qatarlarına Almaniyada hərəkət üçün icazə verilməyib

Böyük Şərq regionunun 400 milyonluq qatarlarına Almaniyada hərəkət üçün icazə verilməyib

19.11.2025 [20:51]

Fransanın Böyük Şərq (Grand-Est) regionu yanvar ayında təhvil aldığı 30 yeni transsərhəd “Régiolis” qatarına təxminən 400 milyon avro sərf edib. Lakin bu müasir qatarlara hələ də Almaniyada hərəkət üçün icazə verilməyib.

AZƏRTAC xəbər verir ki, sərnişinlərə çətinlik yaradan bu vəziyyət region rəhbərliyinin Fransa Milli Dəmir Yolları Şirkətinə (SNCF) qarşı sanksiya tətbiq etməyi gündəmə gətirməsinə səbəb olub. Regionun nəqliyyat üzrə vitse-prezidenti Tibo Filip mətbuata açıqlamasında bildirib ki, qatarlar hələlik Almaniyada istismar üçün təsdiqlənməyib. “Hazırda qatarlara Almaniyada işləmək üçün tələb olunan sertifikat verilməyib”,- deyə o əlavə edib.

Bu qatarlar Fransa ilə Almaniya arasında dəmir yolu əlaqələrini genişləndirməyi nəzərdə tutan Eks-la-Şapell (Aix-la-Chapelle) müqaviləsi çərçivəsində hazırlanıb. Lakin onların istismara buraxılmasını tənzimləyici maneə gecikdirir, çünki Almaniya vəziyyətlə bağlı yeni fövqəladə əyləc standartları tətbiq edib. “Müxtəlif qəzalar nəticəsində Almaniya təcili əyləclə bağlı qaydalarını dəyişdi. Fransız qatarlarında istifadə olunan elektromaqnit əyləc blokları Almaniya relslərində fövqəladə əyləc üçün təsdiqlənməyib”, - deyə T.Filip qatarların istismara buraxılmamasından narazılığını bildirib.

Bu layihənin hazırlanması fransız və alman mühəndislərinin birgə işi olub. Buna baxmayaraq, onlar hazırda yalnız Fransanın regional şəbəkəsində əlavə xidmət kimi istifadə edilir. Transsərhəd sərnişinlər isə yaranmış gecikmənin əziyyətini çəkir. Yeni “Régiolis” qatarları məhz Muluz–Müllheim və Strasburq–Offenburq marşrutları üçün nəzərdə tutulub. Bununla belə, proses yenidən qiymətləndirmə mərhələsinə qaytarılıb. Bu gecikmə səbəbilə Böyük Şərq regionu artıq SNCF-dən 20 milyon avroya qədər cərimə tələb etməyi nəzərdən keçirir.

Paylaş:
Baxılıb: 157 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Həmrəylik forumu...

27 Noyabr 10:54  

Siyasət

Ədəbiyyat

Maraqlı

MEDİA

Uğurlu vəhdət!

27 Noyabr 08:53

Sosial

İkiqat sevinc...

27 Noyabr 08:30

İqtisadiyyat

Siyasət

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

Regionda ilk Mərkəz

26 Noyabr 10:36  

Analitik

Siyasət

Ədəbiyyat

Mədəniyyət

Bakıda ilk dəfə

26 Noyabr 09:11

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30