“Euronews”: Azərbaycanın Hərbi paradı Cənubi Qafqazda yeni tarixi mərhələnin başlanğıcdır
12.11.2025 [09:35]
Azərbaycan Qarabağ üzərində nəzarəti bərpa etməsinin ildönümünü qeyd edərək, Cənubi Qafqazda yeni sülh mərhələsinin əsasını qoydu ki, bu da həm ölkə həm də bütün region üçün tarixi bir məqamdır.
AZƏRTAC xəbər verir ki, bu fikir “Euronews” televiziya kanalının internet səhifəsində dərc olunan məqalədə qeyd olunub.
“Azərbaycanın Hərbi paradı Cənubi Qafqazda yeni tarixi mərhələnin başlanğıcıdır” adlı yazıda qeyd olunub ki, hərbi paradda çıxış edən Prezident İlham Əliyev Azərbaycanın qazandığı Zəfərin regionun inkişafı üçün yeni perspektivlərin açdığını, ölkənin isə strateji və iqtisadi inkişafında böyük rol oynayacağını vurğulayıb. Qarabağda geniş yenidənqurma və bərpa işlərinin həyata keçirildiyini qeyd edib
Azərbaycan Prezidenti Hərbi paradda iştirak edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və Pakistanın Baş naziri Şahbaz Şərifə 44 günlük Vətən müharibəsində Azərbaycana göstərdikləri dəstəyə görə təşəkkür etdi və bildirdi ki, “Bu, üç ölkənin - Azərbaycan, Türkiyə və Pakistan xalqının və ordularının birliyinin təzahürüdür”.
Paradda çıxış edən Türkiyə Prezidenti deyib ki, Qarabağdakı qələbə Asiya və Avropada geosiyasi tarazlığı yenidən formalaşdırdı və “bölgəmiz üçün yeni bir dövrün qapılarını açdı. “Biz heç bir kin saxlamırıq və keçmişin ağrılı fəsadlarının təkrarlanmasına heç vaxt imkan verməyəcəyik” - deyən R.T. Ərdoğan əlavə edib ki, Qafqazda sülh bütün regionun çiçəklənməsinə xidmət edəcək.
Materialda o da vurğulanıb ki, ötən həftə Bakıda NATO nümayəndə heyəti ilə görüşdə Prezident İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşmaq niyyətində olduğunu və Türkiyə Ordusu ilə işlədiyini bildirib.
Avqust ayında ABŞ-ın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri onilliklərdir davam edən Qarabağ münaqişəsinə son qoymağı hədəfləyən müqavilə imzalayıblar. Ağ Ev bildirib ki, müqavilənin bir hissəsi olaraq, ABŞ Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu (TRIPP) Zəngəzur dəhlizi adlandırılacaq mərkəzi tranzit dəhlizinin inşasına kömək edəcək. Bu dəhliz Azərbaycanın Naxçıvan və Türkiyə ilə əlaqələrini artırır. Həmçinin, Azərbaycanın mühüm qlobal nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirir. Dəhliz eyni zamanda Ermənistan üçün geniş ticarət şəbəkələrinə daha da inteqrasiya olmaq, bərbad iqtisadiyyatını şaxələndirmək və xarici investisiyaları cəlb etmək üçün fürsət yaradır.
Geosiyasi baxımdan bu, Ermənistana qonşuları, xüsusən də Türkiyə ilə münasibətlərini normallaşdırmağa kömək edəcək.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
27 Noyabr 17:12
İdman
27 Noyabr 17:02
Xəbər lenti
27 Noyabr 17:00
YAP xəbərləri
27 Noyabr 16:32
Sosial
27 Noyabr 16:32
İqtisadiyyat
27 Noyabr 16:17
YAP xəbərləri
27 Noyabr 15:28
Xəbər lenti
27 Noyabr 14:58
Dünya
27 Noyabr 14:49
Dünya
27 Noyabr 14:35
Siyasət
27 Noyabr 14:14
Sosial
27 Noyabr 12:46
Gündəm
27 Noyabr 12:44
Sosial
27 Noyabr 12:04
Sosial
27 Noyabr 12:04
İqtisadiyyat
27 Noyabr 12:03
İqtisadiyyat
27 Noyabr 12:01
Gündəm
27 Noyabr 11:45
Gündəm
27 Noyabr 11:37
Sosial
27 Noyabr 11:24
Dünya
27 Noyabr 11:23
Gündəm
27 Noyabr 11:12
Siyasət
27 Noyabr 11:01
Siyasət
27 Noyabr 10:54
Siyasət
27 Noyabr 10:35
Analitik
27 Noyabr 10:19
Ədəbiyyat
27 Noyabr 09:57
Analitik
27 Noyabr 09:33
Maraqlı
27 Noyabr 09:15
MEDİA
27 Noyabr 08:53
Sosial
27 Noyabr 08:30
Dünya
26 Noyabr 23:35
Sosial
26 Noyabr 23:17
Dünya
26 Noyabr 22:51
Dünya
26 Noyabr 22:18
Dünya
26 Noyabr 21:40
Dünya
26 Noyabr 21:26
Dünya
26 Noyabr 20:54
Dünya
26 Noyabr 20:19
İqtisadiyyat
26 Noyabr 19:43
Dünya
26 Noyabr 19:17
Siyasət
26 Noyabr 18:29
Dünya
26 Noyabr 17:36
YAP xəbərləri
26 Noyabr 17:28
Elm
26 Noyabr 17:11
YAP xəbərləri
26 Noyabr 16:25
YAP xəbərləri
26 Noyabr 16:08
Gündəm
26 Noyabr 15:46
Gündəm
26 Noyabr 15:44
İqtisadiyyat
26 Noyabr 15:38
YAP xəbərləri
26 Noyabr 15:17
İdman
26 Noyabr 15:16
Hadisə
26 Noyabr 15:16
Dünya
26 Noyabr 14:36
Dünya
26 Noyabr 13:55
Siyasət
26 Noyabr 13:40
Sosial
26 Noyabr 13:38
Dünya
26 Noyabr 13:16
Maraqlı
26 Noyabr 12:48
İqtisadiyyat
26 Noyabr 12:32
İqtisadiyyat
26 Noyabr 12:30
Hadisə
26 Noyabr 12:28
Dünya
26 Noyabr 12:25
Siyasət
26 Noyabr 12:11
Siyasət
26 Noyabr 11:59
Siyasət
26 Noyabr 11:43
Dünya
26 Noyabr 11:38
Siyasət
26 Noyabr 11:37
Siyasət
26 Noyabr 11:15
İqtisadiyyat
26 Noyabr 10:58

