USAİD-in “Qafqaz maskası” cırıldı...
09.12.2023 [11:56]
Nardar BAYRAMLI
İmperialist güc mərkəzlərinin milli dövlətlərdə yerləşdirməyə çalışdığı uzantılardan biri də ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyidir (USAİD). USAİD uzunmüddətli iqtisadi və sosial inkişafa yardım göstərmək adı ilə formalaşdırılıb. Qurumun ayrı-ayrı ölkələrdə müxtəlif proqramlarla əsasən kənd təsərrüfatına, ticarətə, qlobal səhiyyəyə, demokratiyanın inkişafına və humanitar məqsədlər üçün yardımlar ayırdığı iddia olunur. Ancaq bunlar aysberqin yalnız görünən üzüdür. Əsas məsələ alt qatda, görünməyən tərəfdədir. Əslində isə USAİD ABŞ Mərkəzi Kəşfiyyat qurumunun alt qolu kimi yaradılıb və hazırda yardım adı altında ayrı-ayrı ölkələrin daxili işlərinə aktiv şəkildə müdaxilə etmək, qeyri-sabit, çevriliş və xaos üçün münbit şərait yaratmağa çalışır.
Artıq dünyada bu qurumun gerçək siması açılır və bir sıra ölkələrdən artıq qovulmaqdadır. Belə ki, USAİD-in Qafqazdakı fəaliyyəti Gürcüstan ərazisi olan, qondarma Abxaziya Respublikasında qadağan edilib. Missiyanın rəhbəri Con A.Pennel bölgədən çıxarılıb. Bundan əlavə, USAİD-in maliyyə dəstəyi ilə layihələrin həyata keçirilməsi qadağan edilib.
Sözügedən qurumun vaxtilə respublikamızda müxtəlif adlar altında fəaliyyət göstərən təşkilatları maliyyələşdirməklə onların vasitəsilə Azərbaycan hökuməti əleyhinə qeyri-qanuni aksiyaların permanentliyini təmin etməyə çalışdığına dair təkzibolunmaz faktlar var. Bununla yanaşı, USAİD bu fəaliyyətini pərdələmək üçün regionlarda müxtəlif layihələr həyata keçirirdi. Məsələn, 2014-cü ildə USAİD Azərbaycanda “müstəqil medianın inkişafı” üçün 2,4 milyon dollar məbləğində qrant ayırıb və vəsaiti özünə yaxın bildiyi media və vətəndaş cəmiyyəti təsisatlarına qeyri-şəffaf formada paylayıb. Azərbaycan güclü dövlətdir və burada USAİD kimi qurumların yardım proqramlarına heç bir ehtiyac yoxdur. Respublikamızda media və QHT sektoru dövlət tərəfindən lazımi qaydada dəstəklənir. Bununla belə, rəsmi qurumlar tərəfindən bu layihələrə ehtiyac olmadığı bildirilsə də, USAİD fəaliyyətini dayandırmırdı. Çünki bu fəaliyyətlərin alt qatında qərəzli məqsədlər gizlənir. Heç təsadüfi deyil ki, ölkəmizdəki redikül müxalifət düşərgəsində yer alan “Beşinci kolon” təmsilçiləri USAİD-dən, ABŞ Milli Demokratiya İnstitutundan (MDI/NDI) maliyyələşir və aldıqları qrant müqabilində lazım olan informasiya və dəstəyi göstərməyi özlərinə borc bilirlər. Xatırlayaq: 2014-cü ildə MDI/NDI-nin Bakıdakı nümayəndəliyinin keçmiş rəhbəri Aleks Qriqoryevs bank hesabından 2 milyon dollar çıxararaq bir sıra QHT-lərə, bəzi şəxslərə paylayıb ki, özləri üçün burada bir dayaq qrupu yaratsınlar. Bu dayaq qrupunun fəaliyyəti də çox qısa zamanda iflasa uğradı.
USAİD-in Azərbaycandakı fəaliyyətindəki qeyri-şəffaflıq, qapalılıq və siyasi proseslərə müdaxilə ilə yanaşı, mənfi amillərdən biri agentliyin “erməni kartı”ndan istifadə ilə bağlıdır. Bu məsələdə USAİD-in hazırkı direktoru olan Samanta Pauer aktiv rol oynayır. Hələ Barak Obama administrasiyası dövründə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi kimi çalışan Pauer “erməni soyqırımı”nın tanınmasının əsas tərəfdarlarından biri olub və ABŞ-ın “soyqırımı” tanımamasına görə dərin təəssüf hissi keçirdiyini bildirib. Ermənilərə olan simpatiyası onun bu ölkəyə dəfələrlə səfərlər etməsindən görünür. USAİD direktoru kimi isə bu simpatiya özünü daha qabarıq nümayiş etdirdi. Ötən ay Pauer rəhbərlik etdiyi USAİD-in Qarabağı könüllü tərk etmiş ermənilərə əlavə 4,1 milyon dollar ayırdığını, həmin şəxslərin “məcburi köçkün” olduğunu öz “X” səhifəsindəki paylaşımında bildirmişdi.
Rəsmi Bakının buna cavabı da çox gecikmədən verildi. “Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 il davam edən işğalı zamanı daha bir milyon azərbaycanlının bədnam və qanlı etnik təmizləməyə məruz qaldığı bir vaxtda ABŞ işğalçı Ermənistan dövlətinin yanında dayanıb. İndi də həmin siyasət eyni formada davam edir”, - bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında Samanta Pauerə cavabında bildirib.
O, “İnsan haqları” təlimləri professoru kimi tanınan USAİD direktorunun Ermənistanın günahsız mülki azərbaycanlılara qarşı törətdiyi soyqırımı və vəhşilik aktları qarşısında tamamilə susqun qalmasını xatırladıb. Və fikirlərini USAİD-in Azərbaycandakı 32 illik fəaliyyətinə nöqtə qoyacaq sözlərlə bitirib. “Maskaları çıxarın! Azərbaycanda artıq USAİD-in fəaliyyətinə yer yoxdur!”
Azərbaycanın Xarici İşlər Nazirliyinin də məsələyə münasibəti müvafiq olub. “Azərbaycanın Qarabağ regionunun erməni sakinlərinin Ermənistana miqrasiyasını məcburi köç adlandırmaq əsassız və ədalətsizdir”, - bildirən XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə “X” platformasında paylaşımında Samanta Pauerin regiona səfəri zamanı Ermənistanın təcavüzü nəticəsində fundamental hüquqlarından məhrum edilmiş azərbaycanlı qaçqın və məcburi köçkünlərlə görüşdən imtina etdiyini xatırladıb.
Ümumilikdə isə USAİD istər ölkəmizdə, istərsə də dünyada yaradıldığı zaman rəhbər tutduğu ideyalara sadiq qalacağı şəkildə uğurlu fəaliyyət göstərməyə və ABŞ üçün də müsbət imic formalaşdıra bilər. Əks halda, bir çox ölkələr bu qurumla əməkdaşlıqdan imtina edəcək.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04

