Hər iki tərəf üçün sınaq...
21.06.2023 [11:15]
Ukraynanın əks-hücum əməliyyatı: nailiyyətlər, maneələr
Rusiya-Ukrayna müharibəsində ən son yenilik Ukrayna ordusunun uğurlu əks-hücuma keçməsidir. Kaxovka su anbarının partladılmasından sonra Kiyev mürəkkəb dilemma qarşısında qalmışdı: ya baş verəcək itkiləri gözə alıb nəyin bahasına olur olsun əks-hücumu davam etdirmək, ya da ordunu cənub cəbhəsindən geri çəkərək şimal sərhədini ikiqat möhkəmləndirmək. Müşahidə etdiyimiz kimi, Ukrayna birinci variantı seçdi.
Cəbhənin üç xətti
Əks-hücum əməliyyatı davam etdikcə hücum planının konturları da aydınlaşır. Konkretləşdirsək, bir istiqamət Şərqə - qanlı döyüşlərin getdiyi Baxmut şəhərinə və Luqansk ətrafına yönəlib. Digər xətt isə Donetsk vilayətinin Velika Novoselka ərazisinə, eləcə də Vuqledarın cənub və cənub-şərqinə doğru istiqamətlənib. Son məlumatlara görə, cənub cəbhəsində artıq üçüncü istiqamət də açılıb: Ukrayna qoşunları Zaporojye vilayətinin Orexov şəhəri ətrafında cənuba doğru hərəkət edir.
Ukrayna ordusu cənub istiqamətində uğurla irəliləsə də, əks-hücum əməliyyatı bəzilərinin gözlədiyi kimi intensiv getmir. Yerli mediada sürətli irəliləyiş barədə yazılanları isə emosional və bir qədər də şişirdilmiş hesab etmək olar.
Son addımlar göstərir ki, Ukrayna silahlı qüvvələri rus ordusunun xüsusilə Baxmut bölgəsində qazandığı üstünlüyü zəiflətməyə, Şərq cəbhəsindəki boşluqları isə doldurmağa çalışır. Ukraynanın hərbi rəhbərliyi yeni yaradılan döyüş briqadalarını bir neçə istiqamətə yönləndirməklə rus qoşunlarını parçalayaraq ayrı-ayrı səmtlərə çəkməyə çalışırlar.
Ukrayna Prezident Administrasiyasının rəhbəri, prezident Volodimir Zelenskinin müşaviri Mixail Podolyakın sözlərinə görə, ilkin məqsəd “mümkün qədər çox rusiyalı hərbçini məhv etmək” və “Rusiya ordusuna psixoloji təzyiqi artırmaqdır”. Əks-hücum əməliyyatında son durum barədə danışan Podolyak onu da bildirib ki, hazırda Ukraynanın hərbi dəstələri konkret uğurlu hücum hazırlamaq üçün düşmənin müdafiəsi nisbətən zəif olan ərazilərini aşkarlayırlar.
Güclü və zəif nöqtələr
Hərbi ekspertlərin fikrincə, əks-hücum əməliyyatının ikinci istiqamətində gedən döyüşlər Ukrayna ordusunun indiyədək keçirdiyi ən uğurlu əməliyyat sayılır. Bu cəbhədə Ukrayna Velikaya Novoselka ərazisində cəmi yeddi döyüş briqadasından istifadə edərək dörd gün ərzində təxminən 60 kv.km ərazini azad edib.
Lakin Zaporojye bölgəsi barədə eyni şeyi söyləmək olmaz. Hərbi mənbələrə istinadən yayılan bəzi məlumatlar o qədər də ürəkaçan deyil. Bildirilir ki, Orexov-Tokmok istiqaməti boyunca gərgin döyüşlər gedir, əfsuslar olsun ki, Ukraynanın zirehli texnika və şəxsi heyət itkiləri çoxdur. Bu ara Rusiya tərəfinin yaydığı foto-sənədlərdə minalı sahələrə daxil olan və artilleriya zərbələrinə məruz qalan Alman “Leopard” tanklarının, eləcə də Amerikanın “Bradley” zirehli maşınlarının görüntüsü yayılıb. Əslində, bunun da taktiki bir aldatma oyunu olması istisna deyil. Müharibələrdə rəqibi yanıldan, arxayınlaşdıran yalançı zəiflik görüntüsü kimi fəndlərin işlədilməsi tarixdən də məlumdur.
Son döyüşlərdə Rusiya tərəfinin də itkiləri çoxdur. Prezident Vladimir Putin hələ iyunun 13-də hərbi bloqçularla görüşdə bildirib ki, onun ordusu Ukraynanın əks-hücumu zamanı 54 tank itirib. Bu rəqəm yalançı mənbələrə əsaslanan təxminləri əhəmiyyətli dərəcədə üstələyir.
Qərb deyir ki, bu, hələ “jurnal”dır...
Maraqlıdır, bəs Ukraynanın xarici dəstəkçiləri cəbhədəki son vəziyyətlə bağlı nə düşünürlər?
Avropada ABŞ ordusuna komandanlıq etmiş, istefada olan general Ben Hodges Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı bunları deyib: “Hücum açıq şəkildə başlayıb, amma mənə elə gəlir ki, bu da əsas hücum deyil”. General əlavə edib ki, əgər iriçaplı zirehli texnika döyüşlərə cəlb olunarsa, onda həqiqətən əsl hücumun başladığını anlayacağıq.
Ehtimal olunur ki, Ukrayna Zaporojye vilayətinə indiyədək yalnız bir neçə briqada yerləşdirib. “Biz hələ əsas qüvvələrimizdən istifadə etməmişik”, - Ukrayna Baş Qərargahındakı rəsmi şəxslərdən biri belə deyib. Qərargah rəsmisi bunun ardınca “elə ruslar da hələlik əsas qüvvələrindən istifadə etməyiblər” cümləsini işlədib. Rusiya ordusunun komandanlığı isə bildirib ki, “rus ordusu dərin müdafiəyə daha çox diqqət yetirir, eyni zamanda arxa cəbhədə daha sərfəli mövqelərə çəkilir”. Əslinə qalanda, Rusiyanın cənub cəbhəsində qurduğu müdafiə sistemi uğurlu təşkil edilib. Bunun nəticəsində Ukrayna hərbçiləri minaya davamlı tankları, digər zirehli texnikaları ilə müdafiə xəttini yarıb keçmək istəyəndə hər tərəfdən yağan artilleriya atəşinin və hava hücumlarının qurbanı olurlar.
Ukraynanın yüksək rütbəli zabitlərindən biri CNN-ə müsahibəsində etiraf edib ki, Rusiyanın hava hücumları və artilleriyası Ukrayna ordusunun sürətlə irəliləməsini xeyli dərəcədə çətinləşdirir: “Onların aviasiya sistemi Vyetnamda, Əfqanıstanda olduğu kimi dalğa-dalğa, yəni intensiv şəkildə işləyir. Onlar fasiləsiz çalışırlar. Bütün günü vertolyotla, təyyarəylə iş aparırlar”.
Zabit onu da vurğulayıb ki, Ukraynada hərbi aviasiya çox zəifdir. Buna baxmayaraq uğurları da az deyil: “Biz irəliləyirik, düşməni mövqelərimizdən sıxışdırırıq. Düzdür, hələlik hər şey istədiyimiz kimi deyil, amma biz irəliləyirik. Bəzi yerlərdə düşmən artıq panikaya düşüb, silah-sursatlarını qoyub qaçırlar”.
Ukrayna üçün gözlənilməz “sürpriz”lərdən biri də Xerson vilayətinin su basmış ərazilərində yaranmış vəziyyətdir. Məlum olduğu kimi, iyunun 6-da Novaya Kaxovkada bəndin dağıdılması humanitar fəlakətə səbəb olub və Ukraynanın döyüş planlarını pozub. Körpünün dağılması Rusiya hərbi dəstələrinin hava yolu ilə Xersondan Zaporojyeyə köçürülməsinə şərait yaratdı. Elə bu daşınmanın özü bəndin ruslar tərəfindən partladılmasına tutarlı sübutlardan biri kimi görünür.
Əsl sınaq hələ qabaqdadır
“The Economist” jurnalı Ukrayna hərbi mənbələrinə istinadən yazır ki, güclü sel Dnepr çayının şərq sahilində Rusiya qoşunlarının müdafiə xəttini dağıdıb və bu, Ukrayna üçün yeni imkanlar yaradıb. Peyk məlumatları isə göstərir ki, Ukrayna Xerson şəhərindən çayın o tayındakı Rusiya mövqelərinə ağır zərbələr endirməkdədir.
Qərb rəsmiləri deyirlər ki, Ukraynanın ciddi üstünlük qazanması üçün lazım olan hər şeyi var. Məsələn, Rusiyanın Krıma quru yollarını raket mənzili daxilində hədəfə götürmək və Azov dənizindəki Rusiya gəmilərini qanadlı raketlərin əhatə dairəsinə salmaq kifayətdir. Bununla da ukraynalıların bəxti gətirəcək, ruslar isə səhvlərinin cəzasını çəkəcəklər. Ümumiyyətlə, cəbhədə vəziyyətin dəyişməsi üçün təbiət də öz sözünü deyə bilər. Bütün bu səbəblərə görə Vaşinqtondakı “Müharibənin Tədqiqi İnstitutu” xəbərdarlıq edir ki, nəticə çıxarmaq hələ tezdir. İnstitutun son hesabatında deyilir: “Ukrayna hələ də əks-hücum qüvvələrinin böyük əksəriyyətini mövqelərinə yerləşdirməyib və Rusiyanın müdafiəsi cəbhə xəttinin bütün sektorlarında eyni dərəcədə güclü deyil”.
Böyük Britaniyanın müdafiə naziri Ben Uolles isə belə deyib: “Məni qane edən yalnız hər şeyin plana uyğun getməsidir”.
Ümumilikdə, Qərb mediası Ukraynanın uğurlu döyüş əməliyyatı apardığını yazır, lakin çoxları düşünür ki, hər iki tərəf üçün əsl sınaq hələ qabaqdadır.
Murad Köhnəqala
Xəbər lenti
Hamısına baxDünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Siyasət
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45

