Ukraynanın əks-hücum planı
28.04.2023 [11:01]
Müharibənin gedişində nə dəyişəcək?
Mübariz FEYİZLİ
Artıq bir ildən çoxdur ki, davam edən Rusiya-Ukrayna müharibəsinin sonu görünmür. Ötən hər gün müharibə tərəfləri həm texnika, həm də canlı qüvvə sarıdan böyük itkilər verirlər. İtkilər artsa da, son vaxtlarda mövqelərdə ciddi dəyişikliklər müşahidə edilmir. Kollektiv Qərbin Ukraynaya hərbi və digər təyinatlı dəstəyi artırmasının fonunda ekspertlər yaxın perspektivdə müharibənin daha dəhşətli ssenari ilə davam edəcəyini proqnozlaşdırırlar.
Döyüşlərdə sürprizlər olacaq
Ukrayna ilk vaxtlarda müəyyən ərazi itkilərinə məruz qalsa da, sonradan kollektiv Qərbin dəstəyi sayəsində müqaviməti artırmağa nail oldu. Artıq hər kəsə bəllidir ki, sürətli müharibə taktikası iflasa uğrayıb. Hazırda Ukraynadan əks-hücum əməliyyatlarına başlamağın zamanının yetişdiyi barədə xəbərlər gəlməkdədir. Bununla bağlı Ukraynanın ən yüksəksəviyyəli rəsmiləri açıqlamalar verirlər. Prezident Volodimir Zelenski bildirib ki, Ukrayna müdafiəçiləri əks-hücuma və işğal olunmuş ərazilərini azad etməyə hazırlaşırlar. O, sərt mesajlarını dilə gətirərək vurğulayıb ki, düşmən Ukraynanı tərk etməsə, məhv olacaq.
Ukrayna müdafiə naziri Aleksey Reznikov isə əks-hücum əməliyyatların hamı üçün sürpriz olacağını deyib. Nazir vurğulayıb ki, Rusiya hərbçiləri əks-hücum haqda nə qədər uzun müddət xəbərsiz olsalar, bir o qədər uğurlu olacaq.
Ukrayna Müdafiə Nazirliyinin rəhbəri əlavə edib ki, xəbər resurslarından nəyisə gizlətmək çətindir, üstəlik, hərbçilərin özləri də sosial mediada aktivdirlər: azad edilmiş yaşayış məntəqəsinə daxil olaraq dərhal selfi çəkirlər və yayımlayırlar, hər şey hər kəsə aydın olur. Nazirin sözlərinə görə, cəmiyyətin əks-hücum gözləntiləri bir qədər qızışıb, hamı növbəti qələbəni gözləyir: “Əvvəllər qələbəyə inanmırdılar, istəyirdilər ki, Ukrayna ən azı minimum səviyyədə qalsın, özünün heç olmasa bir hissəsini qoruyub saxlasın. Silahlı Qüvvələr uğur qazananda hamı qələbəyə inanmağa başladı - Zmeynı adasından sonra Kiyev, Çerniqov, Sumı və Xarkov vilayətləri, eləcə də Xerson. Növbəti qələbəni istəyirlər. Bu normaldır, emosiyalardır. Əlbəttə, Müdafiə Nazirliyi ukraynalıların əks-hücumdan gözləntilərini dəyişə bilməz, amma başa düşmək lazımdır ki, bu, müharibədir, burada hər şey çox çətindir”.
“Azov” batalyonunun sözçüsü Bohdan Kroteviç isə öz açıqlamasında bir az da irəli gedib. O, “The Washington Post”a bildirib ki, Ukrayna əks-hücum zamanı əraziləri geri almaq üçün Rusiyanın kiçik şəhərlərini ələ keçirmək taktikasından istifadə edə bilər. Fikirlərinə davam edən Kroteviç vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələri Rusiyanın kiçik şəhərlərini ələ keçirmək taktikasından “əvvəllər işğal altına düşən ərazilərin geri qaytarılması üçün rıçaq kimi istifadə etməyə” cəhd göstərə bilər. O, həmçinin əlavə edib ki, “Azov” “Azovstal”da böyük döyüş təcrübəsi qazanıb və gələcək toqquşmalarda bu təcrübə işə yaraya bilər.
Ukraynada əks-hücuma keçmək üçün təqribən 40 000 nəfərə təlim keçildiyi də gələn xəbərlər sırasındadır. Bu barədə “Reuters” agentliyi ukraynalı çağırışçılara və yüksək rütbəli komandirlərə istinadən məlumat yayıb. Qeyd edək ki, fevral ayında Ukrayna Daxili İşlər Nazirliyi Hücum Qvardiyasına yeni çağırışçıların qəbulunu elan edib və 35 mindən çox müraciət daxil olub.
13 milyard avro dəyərində silah tədarükü
Ukraynanın əks-hücum planı ABŞ başda olmaqla kollektiv Qərbin bu ölkəyə dəstəyi artırması fonunda gündəmə gəlib. “Avropa İttifaqı (Aİ) Ukraynaya 13 milyard avro dəyərində silah tədarük edib və 16 mindən çox ukraynalı hərbçiyə təlim keçib”. Bunu Aİ ölkələrinin xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Josep Borrel bildirib. “Biz silah tədarükünün həcmini müzakirə etdik, güman edirəm ki, onlar artıq 13 milyard avrodan artıq tədarük edilib. Biz Ukraynaya 1 milyon döyüş sursatı, artilleriya mərmisi və raket tədarük etmək vədimizi yerinə yetirməyə davam edirik. 1 000-dən çox raket və bəzi sursat artıq göndərilib . Mən dəqiq rəqəmlər deyə bilmərəm. Yeni silahların alınması istiqamətində də işlər davam edir. Bundan əlavə, dostum və həmkarım Breton (daxili bazar üzrə Avropa komissarı Tyerri Breton nəzərdə tutulur - red.) tezliklə hərbi sənayenin inkişafı planını təqdim edəcək, lakin hələlik əlimizdə olanlarla kifayətlənməliyik, əlimizdə isə çox şeyimiz var”, - deyə Aİ-nin rəsmisi qeyd edib.
Avropanın baş diplomatı əlavə edib ki, Aİ “artıq Ukraynadan 16 000-dən çox əsgər hazırlayıb və bu ilin sonuna qədər bu rəqəmi 30 000-ə çatdırmaq niyyətindədir”. Onun sözlərinə görə, Ukraynanın xarici işlər naziri Dmitro Kuleba videokonfrans vasitəsilə Avropa İttifaqındakı həmkarlarını ölkədəki vəziyyətlə bağlı məlumatlandırıb.
Çin və Braziliyanın sülh təkliflərindən danışan Borrel onlara “Kiyevə getməyi və vəziyyətə Ukraynanın gözü ilə baxmağı” tövsiyə edib. Fikirlərinə davam edən Aİ rəsmisi vurğulayıb: “Ona görə də biz artıq Ukraynanı tanklar, hava hücumundan müdafiə və döyüş təyyarələri ilə təmin edirik, Aİ ölkələri də hava imkanlarını təmin edir, nə qədər lazımdırsa, bunu davam etdirəcəyik”.
Ukraynanın gözlənilən hücum əməliyyatının müharibənin gedişində əsaslı dönüşün yaradacağını söyləmək hələ tezdir. Şübhəsiz ki, Rusiya tərəfi də buna cavab ssenarisi hazırlayıb. Hələlik bu ssenarinin təfərrüatları açıqlanmasa da, Rusiyanın hərbi-siyasi elitası cavab tədbirlərinin çox sərt olacağını və proseslərin gedişində şəraitin tələb etdiyi bütün mümkün tədbirlərin görüləcəyini bildirirlər.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51

