ABŞ “sözünü” dəyişdi - hava şarı “casus” deyilmiş
18.02.2023 [10:30]
Prezident Bayden Çinlə əlaqələrin pozulmayacağına əmindir
Pekin isə qətiyyətlidir - “Çin əlavə zəruri cavab tədbirləri görmək hüququnu özündə saxlayacaq”
ABŞ ilə Çin arasında “casus hava şarı” qalmaqalı maraqlı proseslərə yol açıb. Belə ki, fevralın 5-də ABŞ prezidenti Co Baydenin göstərişi ilə vurularaq okean sularına salınan hava şarı Pekinin qəti etirazalarına səbəb oldu. Xatırladaq ki, hava şarının prezident Baydenin göstərişi ilə vurulmasını dövlət başçısı özü etiraf etmişdi. “Casus şarın” vurulub okeana salınması əməliyyatı zamanı isə Cənubi Karolina bölgəsindən bütün uçuşlar dayandırılmışdı - Pentaqon hələ əməliyyatla bağlı açıqlama verməsə də, ABŞ Konqresinin üzvlərinin bir çoxu Çinin “casus şarı” ilə bağlı addımına lazımi cavabın verilməsi tələbini irəli sürmüşdü. Hətta “vurulma anı” “Reuters” xəbər agentliyi tərəfindən çəkilərək yayılmışdı. “Reuters”-in fotoqrafı şarın çəkilişi zamanı iki hərbi təyyarənin olduğunu bildirmişdi. Beləliklə, ABŞ-ın bu məsələdə tutduğu mövqe, həm də təbliğatı əsaslara söykənirdi, desək, yanılmarıq. Rəsmi Vaşinqton əlinə düşmüş fürsətdən lazımi şəkildə istifadə etmək istəyirdi - qlobal liderlik uğrunda mübarizədə Çin üzərində üstünlüyün əldə edilməsini bundan yaxşı təbliğ edə biləcək heç nə ola bilməzdi...
Amma hadisənin üstündən 10 gündən artıq zaman keçəndən sonra ABŞ fərqli açıqlamalarla yadda qalıb. Belə ki, ABŞ Prezidenti Bayden Çin hava şarından əlavə vurulan 3 obyektin hələ naməlum olduğunu deyib. “Hər hansı bir obyekt ABŞ xalqı üçün təhlükə yaradarsa onu dərhal vurarıq. Ümid edirəm ki, bu məsələni tam aydınlaşdıracağıq. Çinin hava şarını vurduğumuz üçün üzr istəməyəcəm. Bu yeni soyuq müharibə mənasını vermir. Ümid edirəm ki, yaxın vaxtlarda Çin Sədri Si Cinpin ilə danışacam”, - deyə Bayden vurğulayıb. O qeyd edib ki, Çinlə münasibətlər hava şarı ilə bağlı vəziyyətə görə ciddi şəkildə zərər görməyib.
Amma Çinin davranışları daha fərqlidir. Belə ki, rəsmi Pekin ABŞ-ın Çin Xalq Respublikasına məxsus hava şarına hücumuna etirazını ifadə edib və Çinin Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Məlumatda bildirilib ki, Çin ABŞ-ın mülki pilotsuz hava şarına hücum üçün güc tətbiq etməsinə qarşı kəskin narazılığını və etirazını bildirir. “Çin yoxlamadan sonra dəfələrlə Amerika tərəfinə hava şarının mülki istifadə üçün nəzərdə tutulduğunu və tamamilə təsadüfi olan fors-major vəziyyətə görə Birləşmiş Ştatların hava məkanına daxil olması barədə məlumat verib”, - nazirliyin açıqlamasında deyilir. Çin Xarici İşlər Nazirliyi qeyd edib ki, hava şarı yerdəki insanlar üçün hərbi və fiziki təhlükə yaratmayıb. Bu fonda ABŞ-ın hərəkəti “beynəlxalq təcrübəni ciddi şəkildə pozan həddindən artıq reaksiya” göstərmək kimi xarakterizə olunub. “Çin müvafiq müəssisələrin qanuni hüquq və mənafelərini qətiyyətlə qoruyacaq, eyni zamanda əlavə zəruri cavab tədbirləri görmək hüququnu özündə saxlayacaq”, - Çin Xarici İşlər Nazirliyi əlavə edib.
Beləliklə, Çinin ortaya qoyduğu mövqe həddindən artıq ciddidir. Bəzi beynəlxalq ekspertlər “hava şarı” qalmaqalının əsas səbəbi kimi ABŞ dövlət katibi Blinkenin Çinə səfəri məsələsini görür - bu səfərdən yayınmaq üçün Vaşinqtonun hava şarını vurduğu iddia olunur. Çünki ABŞ Dövlət Departamenti hava şarı insidentinə görə dövlət katibi Entoni Blinkenin Çinə planlaşdırılan səfərini təxirə saldı. Bu fakt isə ABŞ Müdafiə Nazirliyi tərəfindən izah olundu - Pentaqonun sözçüsü Patrick Rayder brifinqində ölkə ərazisində yüksək hündürlükdə Çinə məxsus kəşfiyyat şarının izləmədə olduğunu bildirdi.
Çin - ABŞ münasibətlərini heç də xoş olmayan trayektoriya qazandığı bir dönəmdə Vaşinqtonun bu addımı yeni gərginliklərə yol aça bilər. Belə ki, uzun müddətdir Tayvan məsələsindəki sükutun pozulması da istisna edilmir. İndiki halda ABŞ-ın Pekin üzərinə demarşı Vaşinqton üçün sərfəli görünmür. Son dövrlərdə NATO ölkələrində yaşanan sosial çətinliklər, Türkiyədə baş verən zəlzələ AB?-ın regional gücünü tam toparlaya bilməyəcəyindən xəbər verir. Prezident Baydenin “geriyə addımatma” kimi xarakterizə olunan açıqlaması da bu yöndə izah edilə bilər...
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25

