Hər zaman olduğundan daha vacib - təhlükəsizlik amili...
29.11.2022 [10:27]
TDT qarşıdakı dövrdə bu hədəfə doğru irəliləyəcək
Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın xarici siyasət kursu çoxvektorlu və praqmatik xarakter daşıyır. Milli maraqlara söykənən bu kurs nəticəsində ölkəmiz dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən yaxın tərəfdaş qismində qəbul olunmaqdadır.
Ölkəmiz üzvü olduğu bütün beynəlxalq təşkilatların fəaliyyətində aktiv iştirak edir, təşkilatdaxili münasibətlərin daha da genişlənməsinə, əməkdaşlığın inkişaf etdirilməsinə töhfələrini verir.
Bu mənada, ölkəmizin qurucularından olduğu Türk Dövlətləri Təşkilatı (TDT) ilə münasibətləri də olduqca yüksək səviyyədədir. Qeyd edilməlidir ki, TDT Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının bazasında formalaşdırılıb. Qurumun fəaliyyətinin əsas məqsədi türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım etməkdir. Bu təşkilat türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılıb. Təşkilatın yaranmasında əsas məqsəd üzv dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, regionda və dünyada sülhün bərqərar edilməsi, xarici siyasət məsələlərinə ortaq yanaşmanın təşviq edilməsi, beynəlxalq terrorizm, separatçılıq, ekstremizm və transmilli cinayətkarlığa qarşı mübarizənin əlaqələndirilməsi, ortaq maraq kəsb edən bütün sahələrdə regional və ikitərəfli əməkdaşlığın gücləndirilməsidir.
Güclü ordunuz varsa, yaxşı müttəfiqləriniz varsa, o zaman özünüzü təhlükəsizlikdə hiss edə bilərsiniz
TDT-yə üzv dövlətlər ticarət əlaqələri və investisiyalar üçün əlverişli şəraitin yaradılması, hərtərəfli və balanslaşdırılmış iqtisadi yüksəlişə, sosial və mədəni inkişafa səy göstərilməsi, elm, texnologiyalar, təhsil və mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi, kütləvi informasiya vasitələri arasında əlaqələrin, eləcə də daha geniş miqyasda informasiya mübadiləsinin təşviq edilməsi və hüquqi məlumatların mübadiləsinin, hüquq sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində yaxın əməkdaşlığa malikdirdər. 2022-ci ildə əlaqələrin bütün sferalarda möhkəmləndirilməsi TDT-nin inkişfında yeni mərhələ yaradıb. Bu gün ən mühüm şərtlərdən olan təhlükəsizlik məsələsi TDT üçün də prioritet sayılır. Bu müstəvidə də yaxın əməkdaşlıq regionun gələcək inkişafı üçün mühüm perspektivlər vəd edir. Qeyd olunmalıdır ki, təhlükəsizlik amili qurumun Səmərqənddə keçirilən son sammitində də əsas müzakirə mövzularından biri olmuşdu. Qeyd edilmişdi ki, TDT üzvlərinin təhlükəsizliklə bağlı əməkdlaşlığı yeni mərhələdə əsas şərtlərdən birinə çevirilmə imkanlarına malikdir. Yeri gəlmişkən, Bakıda keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxış edən Prezident İlham Əliyev bildirib ki, Türk Dövlətləri Təşkilatının sammitində çıxış edərkən mən təhlükəsizlik məsələsinə toxundum. Çünki indi təhlükəsizlik, bəlkə də, hər zaman olduğundan daha vacibdir: “Ənənəvi əlaqələri olan ölkələr bu məsələyə ikitərəfli və çoxtərəfli müstəvidə toxunmalı, bir-birimizi necə dəstəkləyə biləcəyimizə nəzər salmalıyıq. Çünki dünya dəyişib, beynəlxalq hüquq işləmir və ya selektiv qaydada işləyir. Ona görə də, əgər gücünüz, güclü ordunuz varsa, yaxşı müttəfiqləriniz varsa, o zaman özünüzü təhlükəsizlikdə hiss edə bilərsiniz. Bu səbəbdən, düşünürəm ki, bizim həyata keçirdiyimiz kommunikasiya layihələri regional təhlükəsizliyi və sabitliyi daha da gücləndirəcək və bunları həyata keçirmək üçün böyük imkan var”.
TDT-nin əsas hədəfləri...
Vurğulandığı kimi, 2021-ci ildə keçirilən İstanbul sammiti ilə təsis edilən TDT qarşısına mühüm hədəflər qoyub. 2022-ci ildə quruma üzv dövlətlər arasında sıx əlaqələrin formalaşdırılması, dövlət başçılarının qarşılıqlı səfərləri əlaqələrin daha da möhkəmlənməsinə yol açıb. Yeni mərhələdə quruma üzv ölkələr arasında dialoq mühitinin daha da gücləndirilməsi isə regional inkişafa da öz müsbət töhfələrini verir. Bu əməkdaşlıq Orta Dəhliz layihəsinin gələcək uğuru üçün açar sayılır. Bu məsələyə toxunan Prezident İlham Əliyev bildirib ki, üzv dövlətlər arasında əvvəlki illərlə müqayisədə daha fəal dialoqun şahidiyik. Sonuncu Zirvə Toplantısı, əlbəttə, bunun bariz təzahürü idi: “Türk dövlətləri arasında əməkdaşlıq Orta Dəhliz layihəsinə əsas töhfə olacaqdır. Çünki coğrafiyaya nəzər saldıqda Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan və Xəzər dənizinin bu sahilində Azərbaycan, Gürcüstan və Türkiyənin olması əlavə imkanlar yaradır. Bu gün müzakirə etdiyimiz kimi, biz tranzit yüklərin həcminin artdığını görürük”.
İsraildə səfirlik açmaq milli maraqlarımıza əsasən verilmiş bir qərardır
Azərbaycan yürütdüyü çoxvektoru xarici siyasət kursu nəticəsində regionda mühüm tərəfdaşlar əldə edib. Bu isə təhlükəsizlik seqmentində yeni perspektivlər vəd edir. Məsələn, Azərbaycanın və Türkiyənin İsraildə səfirlik açması iqtisadi sferada əməkdaşlıq coğrafiyasını genişləndirməklə yanaşı, siyasi müstəvidə də mühüm şərt kimi çıxış edir. Düzdür, rəsmi Bakının bu addımı bir sıra dövlətləri “razı salmasa” belə, bizim üçün milli maraqlarımız ən əsas amildir. Prezident İlham Əliyev də bildirib ki, İsraildə səfirlik, eləcə də Fələstində təmsilçilik ofisi açmaq qərarı bizim milli maraqlarımıza əsasən verilmiş bir qərardır, İsrail və Fələstinlə uzunmüddətli əməkdaşlığı əks etdirir: “Əminəm ki, həmin qərar sülh işinə xidmət edəcək və bu, faktiki olaraq uzunmüddətli, mehriban əməkdaşlığın rəsmiləşdirilməsidir. Bu qərara dəstəyinizə görə təşəkkür edirəm, çünki aydın başa düşdüyümüz kimi, bu, regionda heç də bütün ölkələri sevindirmir. Amma bizim məqsədimiz müəyyən stereotipləri olanları xoşbəxt etmək deyil. Məqsədimiz xalqımızı xoşbəxt etmək, Azərbaycan üçün doğru olanı etməkdir və biz bunu edirik”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55

