105 ildən sonra
13.04.2022 [09:57]
Rusiya yenidən defolt astanasındadır
Taleh AĞAVERDİYEV
Rusiya növbəti dəfə defolt təhlükəsi ilə üzləşib. Aprelin 4-də Rusiya Maliyyə Nazirliyi ölkənin müasir tarixində ilk dəfə olaraq, emissiya şərtlərinin tələb etdiyi kimi, demək olar ki, 650 milyon məbləğində suveren avrobondlar üzrə öhdəlikləri dollarla deyil, rus rubllarla ödəyib.
Xatırladaq ki, martın 16-da Rusiya artıq defolt astanasında olub. Lakin fevralın 27-dən etibarən Rusiyanın Amerika banklarındakı valyuta ehtiyatlarının dondurulmasına baxmayaraq, ABŞ onlardan dollar istiqrazları üzrə kuponların ödənilməsi üçün istifadəsinə icazə verdi və nəticədə Rusiya istiqrazlar üzrə 117 milyon dollar məbləğində öhdəlikləri ABŞ valyutası ilə ödəyib. Aprel istiqrazları üzrə ödənişlərin vaxtı gələndə isə ABŞ hökuməti Rusiyanın dondurulmuş ehtiyatlara çıxışını kəsmək qərarına gəlib ki, “Moskvanı əlində olan dollarları Ukraynada “hərbi əməliyyat” daxil olmaqla, başqa məqsədlər üçün deyil, suveren borc ödənişləri üçün istifadə etməyə məcbur etsin”.
Belə ki, indiyədək müxbir bank kimi Rusiya ödənişlərini emal edən JPMorgan Chase & Co xarici valyutada olan göstərişi icra etməkdən imtina edib və Rusiya Maliyyə Nazirliyi öhdəliklərin rublla yerinə yetirildiyini elan etdi.
Kredit reytinqi agentliyi S&P bildirib ki, bu addım “seçici defolt”a bərabərdir, çünki investorlar çətin ki, rublu “əvvəlcədən nəzərdə tutulmuş məbləğlərə ekvivalent dollara” çevirə bilsinlər. Seçici defolt, müəssisə və ya hökumətin bütün borcları üzrə deyil, konkret öhdəliyi yerinə yetirmədiyi zaman elan edilir.
Moskvanın borcu və faizləri ödəmək üçün aprelin 4-dən etibarən 30 günlük güzəşt müddəti var. Əgər bu müddət ərzində Rusiya istiqraz sahiblərinə dollarla ödənişləri təşkil edə bilməsə, bu, defolt elanı demək olacaq.
Eyni zamanda, Bloomberg Rusiya Dəmir Yollarının martın 14-də ödənməli olan İsveçrə frankı ilə bir avrobond buraxılışı üzrə defolta yol verdiyini bildirib. Qeyd olunur ki, RDY cəhd edib, lakin ona qarşı tətbiq edilən sanksiyalara görə ödəniş edə bilməyib. Mütəxəssislərin fikrincə, Rusiya şirkətlərini cross-defolt gözləyir - şirkətlərin bütün kreditorlarının eyni vaxtda borclarının qaytarılmasını tələb etdiyi bir vəziyyət. Ümumilikdə, Rusiya dövlət şirkətlərinin təxminən 100 milyard dollar borcu var.
Prinsipcə, Rusiyanın ödəmək üçün kifayət qədər dolları var, çünki hələ də valyuta ehtiyatlarının bir hissəsinə çıxışı var və neft və qaz ixracından pul qazanır. Amma onun o qədər də çox valyuta mənbəyi qalmayıb və o, ən azı həyati vacib idxalı - ərzaq və dərmanları ödəmək üçün lazımdır.
Rusiyaya münasibətdə defolt elan edilsə, 1917-ci il vəziyyəti təkrarlanacaq. O zaman inqilabdan sonra bolşeviklər çar hökumətinin xarici borclarını ödəməkdən imtina etdilər. Lakin bolşeviklərin təcrübəsi göstərir ki, defoltdan sonra bəzən onilliklərlə davam edən məhkəmə çəkişmələri gəlir və dövlət gec-tez borcların heç olmasa bir hissəsini ödəməli olur.
Defolt Rusiyanın beynəlxalq kapital bazarlarına çıxışını itirməsinə səbəb olacaq (bu, hətta Rusiyanın Çin bankları kimi potensial kreditorlarını da qorxuda bilər), investisiyaları dayandıracaq, iqtisadiyyatın artımını dayandıracaq və vətəndaşların həyat səviyyəsini aşağı salacaq.
Defolt maliyyə öhdəliklərinin tam və vaxtında yerinə yetirilməməsinin sinonimidir. Dövlətin defolt olması ölkənin borclarını ödəyə bilməməsi və ya ödəməkdən imtina etməsi deməkdir.
Dünyanın bir çox ölkələri xarici borc üzrə defoltla üzləşib. 1990-cı ildə Almaniya Birinci Dünya Müharibəsindən sonra qalan borcun faizlərinin ödənilməsinin qeyri-mümkün olduğunu elan etsə də, onu 20 il müddətinə restrukturizasiya etdi. 1990-cı ildən 2010-cu ilə qədər demək olar ki, 200 milyon avro faiz ödənilib. ABŞ (1971), Meksika (1982), Braziliya (1987), Argentina (2000-ci illərin əvvəlləri), Moldova (2002), Ekvador (2008), Yunanıstan (2012) da defoltla üzləşib.
Defolt halında, tərəflər adətən borcun restrukturizasiyası ilə bağlı danışıqlara başlayırlar, nəticədə onun ödəniş şərtlərini uzadırlar. Amma bu halda çətin ki, “dost olmayan ölkələr”dən olan investorlar Rusiyaya qarşı belə jest etsinlər. Moskvanın özü də, hərəkətlərindən göründüyü kimi, heç bir güzəştə getməyə hazırlaşmır.
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59

