Sidney terrorunda “İŞİD” izi...
16.12.2025 [10:15]
Avstraliyanın Sidney şəhərində qanlı terror hadisəsi baş verib. Belə ki, dekabrın 14-də “Bondi” çimərliyində yəhudilərin Hanuka bayramı qeyd edilən zaman insanlara atəş açılıb. Bayram tədbirində təxminən iki minə qədər yəhudinin iştirak etdiyi bildirilir. İki nəfərin hücumu nəticəsində son məlumatlara görə, 16 nəfər həlak olub, 40-dan çox insan isə yaralanıb.
Həlak olanlar arasında 10 yaşlı qız, təqaüddə olan polis əməkdaşı və Holokostdan sağ çıxmış bir nəfər də olub. Hadisə zamanı təsadüfən orada olan Ahmed əl Ahmedin valideynləri isə oğullarının hücum edən şəxslərdən birinin silahını almağa çalışarkən çiynindən 4-5 dəfə güllələndiyini bildiriblər. Onun cəsarətli müdaxiləsi daha böyük faciənin qarşısını alıb.
Hadisə terror aktı kimi dəyərləndirilir. Təhlükəsizlik tədbirləri çərçivəsində “Bondi” çimərliyi və ətraf ərazilər müvəqqəti olaraq bağlanıb, istintaq tədbirləri davam etdirilir.
Cinayətkarlar ata və oğuldur
Hadisəni törədənlər isə ata və oğuldur. Polis əməkdaşlarının müdaxiləsi nəticəsində silahlı şəxslərdən biri hadisə yerində zərərsizləşdirilib. Digər hücumçu isə ağır yaralanaraq polis nəzarəti altında xəstəxanaya çatdırılıb. Terrorçular 50 yaşlı Sacid Akram və onun 24 yaşlı oğlu Navid Akramdır. Ata Sacid Akram polis tərəfindən güllələnərək hadisə yerində öldürülüb, oğul Navid Akram isə yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib, onun vəziyyəti kritik olaraq qalır.
Məlumatlara əsasən, ata və oğul İŞİD terror qruplaşmasına bağlı olublar. Hücumçuların avtomobilində sözügedən terror təşkilatının bayraqlarının tapıldığı bildirilir. Navid Akram bir neçə il əvvəl Avstraliya Təhlükəsizlik və Kəşfiyyat Xidməti (ASIO) tərəfindən Sidneydə yerləşən “İslam Dövləti” qruplaşmasının terror hücrəsi ilə sıx əlaqələrinə görə sorğu-sual edilibmiş. Daha əvvəl Avstraliya Təhlükəsizlik və Kəşfiyyat Xidmətinin direktoru Mayk Bercess qeyd edib ki, hücum edənlərdən biri agentliyə məlum idi, lakin onların fikrincə, “cəmiyyət üçün birbaşa təhlükə təşkil etmirdi”. Hücum yəhudi icmasının Hanuka bayramı münasibətilə keçirdiyi tədbiri hədəf alıb. Polis qeyd edib ki, hücumçulardan Sacid Akramın istirahət məqsədli ov üçün verilmiş rəsmi silah lisenziyası olub.
BMT Baş katibi terror hadisəsinə görə sarsılıb
Terror hadisəsinə beynəlxalq ictimaiyyət də reaksiya verib. BMT Baş katibi Antoniu Quterreş Sidneydə Hanuka bayramı zamanı baş verən silahlı hücumu pisləyib. Quterreş bu barədə “X” sosial şəbəkəsində yazıb: “Sidneydə Hanukanı qeyd etmək üçün toplaşan yəhudi ailələrinə qarşı törədilən dəhşətli hücuma görə sarsılmışam və onu qətiyyətlə pisləyirəm. Hanukanın ilk günündə - sülh və işıq möcüzəsinin qaranlığı məğlub etdiyi bayramda - düşüncələrim bütün dünyadakı yəhudi icması ilədir”.
Böyük Britaniyanın Baş naziri Kir Starmer isə Avstraliyadan gələn xəbərləri son dərəcə kədərləndirici adlandırıb: “Birləşmiş Krallıq “Bondi” çimərliyindəki dəhşətli hücumdan təsirlənən hər kəsə başsağlığı verir və onların yanında olduğunu bildirir. Mənə vəziyyətin gedişi barədə mütəmadi məlumat verilir”.
Sidneydəki bayram iştirakçılarına hücumu Çexiya rəhbərləri də pisləyiblər. Baş nazir Andrey Babiş hadisəni “iyrənc terror aktı” kimi xarakterizə edib. Həlak olanların ailələrinə başsağlığı verənlər arasında istefada olan baş nazir Petr Fiala və digər siyasətçilər də olub.
Donald Tramp: Dəhşətli hadisədir
ABŞ Prezidenti Donald Tramp da Sidneydəki terror aktını və Suriyadakı Amerika hərbçilərinə hücumu şərh edib. Ağ Evdə çıxış edən ABŞ lideri Sidneydə çimərlikdəki terroru dəhşətli hadisə adlandırıb, eyni zamanda silahlının hücumu tamamlamasına mane olan cəsur insana böyük hörmətini ifadə edib. “Avstraliyadakı hücum zamanı çox cəsarətli bir adam təcavüzkarlardan biri ilə döyüşə girdi və bir çox insanın həyatını xilas etdi”, - deyə Tramp vurğulayıb. O, həmçinin İŞİD-in Palmirada ABŞ-Suriya patruluna hücumuna da toxunub: “Üç böyük vətənpərvərimiz pis insanlar üzündən həlak oldu. Bunlar Suriya hakimiyyəti deyil, İŞİD idi. Suriya hökuməti bizim tərəfimizdə vuruşdu”.
Terror hadisəsindən sonra Avstraliya hökuməti bir sıra addımlar atmağa hazırlaşır. Belə ki, Avstraliyanın Baş naziri Entoni Albaniz milli silah qanunvericiliyini sərtləşdirməyi təklif edib. Onun sözlərinə görə, hökumət silah qanunlarının daha da sərtləşdirilməsi daxil olmaqla, lazımi tədbirlər görməyə hazırdır. Baş nazir lisenziya sahibinin ala biləcəyi silahların sayına məhdudiyyət qoyulmasını da təklif edib.
Yeni Cənubi Uels ştatının Baş naziri Kris Minns də öz növbəsində bildirib ki, ştatda silah qanunları dəyişdiriləcək. O, silah lisenziyalarının müddətsiz verilməsinə qarşı olduğunu vurğulayıb. Avstraliyanın silah qanunları sonuncu dəfə 1996-cı ildə Port-Arturda 35 nəfərin ölümünə səbəb olan kütləvi atışmadan sonra nəzərdən keçirilib. Qanunvericiliyin sərtləşdirilməsinin terrorla mübarizəyə müsbət təsir edəcəyi bildirilir.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10

