Niyə getmişdi, niyə gəldi?
14.10.2025 [09:36]
Bir neçə gün bundan əvvəl istefa verən Sebastyan Lekornyu yenidən Fransanın Baş naziri təyin edilib
Fransada V respublikanın həyatında heç bir sağlam təhlillə uzlaşmayan hadisələr baş verir. Əslində, söhbət Makron iqtidarının üzləşdiyi və sonu görünməyən siyasi böhrandan gedir. Baş verənlər nəinki yalnız Makron hakimiyyəti, eləcə də bütövlükdə V respublikanın taleyi üçün real təhdidlər anlamında qəbul edilir.
Baş nazirin anlaşılmaz istefası və müəmmalı qayıdışı
Bugünlərdə Makron Sebastyan Lekornyunu yenidən Fransanın Baş naziri təyin edib. “Respublika prezidenti Sebastyan Lekornyunu Baş nazir təyin etdi və ona hökuməti formalaşdırmaq tapşırığı verdi”, - deyə Yelisey Sarayının əlavə təfərrüatın verilmədiyi qısa bəyanatda bildirilir.
Bir neşə gün bundan əvvəl istefa verdikdən sonra missiyasının başa çatdığını və Baş nazir postuna bir daha qayıtmayacağını bəyan edən Lekornyunun özü də “X”dəki hesabında təyinatı təsdiqləyib. Siyasətçi ilin sonuna qədər büdcəni formalaşdırmaq və “fransızları qıcıqlandıran” və “Fransanın imicinə xələl gətirən” siyasi böhrana son qoymaq üçün dövlət başçısının təklifini vəzifə borcu ilə qəbul etdiyini bildirib. “Mən bu missiyanın uğurlu olmasını təmin etmək üçün hər şeyi edəcəyəm”, - deyə o yazıb.
Artıq Sebastyan Lekornyu yeni hökuməti formalaşdırıb. Yelisey Sarayından verilən məlumata əsasən, Jan-Noel Barrot xarici işlər naziri vəzifəsində qalıb, keçmiş əmək və səhiyyə naziri Ketrin Votrin silahlı qüvvələr naziri olub, Paris polisinin prefekti Loran Nunes isə daxili işlər naziri təyin edilib. İqtisadiyyat və maliyyə, sənaye və rəqəmsal suverenlik naziri Rolan Leskyur və ədliyyə naziri Jerald Darmanen də öz portfellərini saxlayıblar. Yeni hökumətdə 34 nazir fəaliyyət göstərəcək.
Xatırladaq ki, Sebastyan Lekornyu birinci dəfə Baş nazir postuna əvvəlki hökumət başçısı Fransua Bayruya parlamentdə etimadsızlıq səsverməsindən sonra gəlib. O, cəmi 27 gündən sonra istefaya getmək qərarını açıqlayıb və budur, istefaya gedərkən “bir daha Baş nazir vəzifəsinə qayıtmayacağam” deyən Sebastyan Lekornyu yenidən hökumətin sükanı arxasındadır. Sual yaranır: Niyə getmişdi, niyə gəldi? Anlaşılmaz istefanın və müəmmalı qayıdışın gerçək səbəbləri nədir?
Fransanın nüfuzuna ciddi xələl gətirən ardıcıl hökumət böhranları ilk növbədə ölkədəki siyasi xaosdan və getdikcə dərinləşən sosial-iqtisadi böhrandan qaynaqlanır. Milli Assambleyada mərkəzçi koalisiyanın azlıqda qalması səbəbindən Makron Baş nazirləri konstitusiyanın tələbini pozmaqla, yəni parlament müzakirələri aparılmadan, səsvermə keçirilmədən şəxsən özü təyin etmək məcburiyyətində qalır. Öz növbəsində parlament çoxluğunun mövqeyinin nəzərə alınmaması və təyinatların demokratiyanın pozulması ilə həyata keçirilməsi ciddi narazılıqlar yaradır.
Vəziyyətin ciddiliyini nəzərə alan Sebastyan Lekornyu ölkənin siyasi partiyalarının təsirindən azad bir hökumət formalaşdırmaq niyyətində olduğunu açıqlayıb. “Parlamentdə qüvvələr nisbətinə uyğun gələn hökumət lazımdır. Kabinet azad olmalıdır”, - deyə Baş nazir bildirib. O əlavə edib ki, sağçı Respublikaçılar partiyasının lideri və Fransa Daxili İşlər Nazirliyinin rəhbəri vəzifəsini tərk edən Bruno Retayonun yeni hökumətin işində iştirakdan imtina etməsinə hörmətlə yanaşır.
Bir neçə günlük fasilədən sonra vəzifəsinə qayıdan Sebastyan Lekornyu hökumət böhranlarını şərtləndirən siyasi səbəbləri aradan qaldırmağa çalışsa da, iqtisadi problemlərin həlli ilə bağlı konkret proqramını ortaya qoymur. Ölkədə hökumətlər dəyişsə də, problemlər qalır. Makronun komandasının 2018-ci ildən bəri davam etdirdiyi səriştəsiz siyasət ölkəni 3,4 trilyon avroluq böyük dövlət borcu ilə üz-üzə qoyub.
Eyni zamanda, büdcə kəsirinin hədsiz dərəcədə çox olması da ciddi narahatlıq yaradır. Bir-birini əvəzləyən hökumətlər borc yükünün və büdcə kəsirinin azaldılmasının asan yolunu sərt qənaət rejiminə keçiddə görürlər ki, bu da birmənalı qarşılanmır.
Yeni hökumət parlament etimadsızlığı ilə üz-üzə
Sebastyan Lekornyunun yeni formalaşan hökuməti hələ fəaliyyətə başlamadan ciddi siyasi gərginliklə üz-üzə qalıb. Belə ki, onun 2-ci hökuməti də parlament etimadsızlığı ilə üzləşə bilər.
Yeni hökumət elan edilən kimi Fransanın solçu müxalifəti Lekornyu hökumətinə qarşı ciddi mövqe sərgiləyib. Əyilməz Fransa (La France Insoumise-LFİ) fraksiyasının rəhbəri Matild Pano sosial şəbəkədə mövqeyini belə ifadə edib: “Yeni gələnlərə bir tövsiyə: qutularınızı çox tez açmayın. Senzura gəlir. Ardınca da Makronun gedişi”.
Artıq partiya hökumətə qarşı etimadsızlıq səsverməsi haqqında qətnamə layihəsini qeydiyyata alıb. Bununla bağlı məlumat verən Matild Pano paylaşımında aşağıdakıları bildirib: “Biz Lekornyu - 2 hökumətinin süqutuna səbəb olacaq etimadsızlıq səsverməsi haqqında qətnamə təqdim etdik!”
İfrat sağçı Milli Birlik (Rassemblement National) partiyasının lideri Marin Le Pen də bu mövqeyə qoşularaq, hökumətin “senzuraya məruz qalacağını” bildirib və rəsmi senzura təklifi təqdim ediləcəyini açıqlayıb.
Sosialistlərin lideri Olivye For sadəcə “No comment...” (Şərhsiz) yazmaqla kifayətlənib, ekoloqların rəhbəri Marin Tondelye isə hökumət tərkibi haqqında danışmaqdan imtina edib. Yeni hökumətdə təmsil olunan Respublikaçılar (Les Republicains-LR) partiyasının üzvləri ilə bağlı da daxili böhran yaşanır. Partiyanın verdiyi rəsmi bəyanatda deyilir: “Yeni hökumətə daxil olan LR üzvləri artıq partiyamıza aid sayıla bilməzlər”.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxSiyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33

