Yeni təklif - bufer zona yaradılsın...
30.08.2025 [09:11]
Brüsselin təklifi Kiyevi qane edəcək?
Avropa İttifaqı Ukrayna ilə bağlı yeni təklif irəli sürüb. Belə ki, “Politico” nəşri beş avropalı diplomata istinadən məlumat yayıb ki, Avropa rəsmiləri Ukraynadakı münaqişənin nizamlanması çərçivəsində bufer zona yaradılması məsələsini müzakirə edirlər. Nəşr qeyd edib ki, söhbət Rusiya və Ukrayna cəbhələri arasında 40 kilometrlik bufer zonanın yaradılması imkanından gedir və bu, mümkün sülh sazişinin tərkib hissəsi kimi nəzərdən keçirilir. Mənbələrin bildirdiyinə görə, bu təklif Avropa rəsmilərinin Ukraynada atəşkəs və ya müharibədən sonrakı tənzimləmə ssenariləri çərçivəsində müzakirə etdiyi bir neçə variantdan biridir. ABŞ-ın bufer zonanın yaradılması ilə bağlı müzakirələrdə iştirak etmədiyi vurğulanıb. Sözügedən zonanın sərhədinə nəzarət etməli olan hərbi qüvvələrin sayı da hələlik dəqiqləşməyib. İddia olunur ki, bu say 4 min ilə 60 min arasında dəyişə bilər və onun əsas hissəsini Fransa və Britaniya hərbçiləri təşkil edəcək.
Aİ-nin təklifi məqbul hesab oluna bilər, amma...
Məsələ ilə bağlı politoloq Tural İsmayılov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Avropa İttifaqı belə bir təklifi müharibədən sonrakı dövrdə Ukraynada təhlükəsizlik zəmanətlərini təmin etmək üçün irəli sürüb. “Baş verən proseslər göstərir ki, Avropa İttifaqının Ukraynada bufer zona yaradılması barədə təklifi, ilk növbədə, Kiyevə gələcək təhlükəsizlik zəmanətlərinin verilməsi məqsədilə irəli sürülüb. Aİ çalışır ki, müharibənin qızğın mərhələsi nisbətən səngidiyi anda hər iki tərəfi masaya gətirəcək mexanizm formalaşdırsın. Bufer zona ideyası da, əslində, atəşkəs sazişinə daxil edilə biləcək elementlərdən biri kimi müzakirə olunur. Lakin praktik baxımdan bu addım çox çətindir. Çünki belə bir zonanın yaradılması həm beynəlxalq monitorinq, həm də fiziki nəzarət mexaniz?ləri tələb edir və bu, böyük siyasi iradə olmadan mümkün deyil”, - deyə T.İsmayilov əlavə edib ki, əgər ideya həyata keçirilsə, bufer zonanın ən məntiqli yerləşmə yeri məhz təmas xətti olacaq. “Məqsəd tərəflər arasında təhlükəsiz bir tampon yaradaraq yeni eskalasiyaların qarşısını almaqdır. Amma sadəcə xəritədə “boş zolaq” çəkmək heç nəyi həll etmir. Buferin işlək olması üçün sərt nəzarət sistemi, beynəlxalq patrullar və texniki monitorinq vacibdir”.
Kiyev bu təklifə necə yanaşır?
“Kiyev bu məsələyə hələ ki, soyuq yanaşır. Prezident Zelenski bəyan edib ki, hər şeydən öncə atəşkəs təmin olunmalıdır, sonra isə əlavə ideyalar müzakirə edilə bilər. Üstəlik, bufer zonanın dərinliyi, texniki parametrləri və Rusiyanın faktiki davranışı barədə qeyri-müəyyənlik çoxdur. Ona görə də Ukrayna bu təklifi hazırda real çıxış yolu deyil, daha çox sülh gündəminin bir hissəsi kimi görür”, - deyə T.İsmayılov bildirib.
Vaşinqtonun mövqeyi
Ekspertin sözlərinə görə, ABŞ bu məsələni bir qədər fərqli qiymətləndirir - o, qeyd edib ki, Vaşinqton fiziki olaraq bufer zonada iştirak etmək niyyətində deyil. “Amma kəşfiyyat, hava dəstəyi və təhlükəsizlik zəmanətləri şəklində dolayısı ilə prosesə qoşula bilər. ABŞ-ın əsas hədəfi Ukraynaya “NATO-tipli zəmanətlər” təqdim etməkdir. Ona görə də bufer zona ideyası onların maraqları ilə ziddiyyət təşkil etmir. Ancaq bu, Vaşinqton üçün prioritet deyil”.
Bufer zona bu halda ortaya çıxa bilər?
Sonda T.İsmayılov bildirib ki, Aİ-nin bu təşəbbüsü daha çox diplomatik sınaqdır. “Həm Rusiya, həm də Ukrayna tərəfindən ciddi müqavimətlə qarşılandığı üçün yaxın dövrdə reallaşması çətin görünür. Amma gələcəkdə sülh sazişi üçün müzakirə ediləcək formatlarda bufer zonası elementlərinin ortaya çıxması mümkündür. Hazırda isə bu ideya real mexanizm deyil, daha çox Avropanın “müharibədən sonra təhlükəsizlik arxitekturası”na dair konseptual yanaşmasıdır”.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSiyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33

