Macarıstan məhkəmədə iddia qaldırıb
29.08.2025 [09:48]
Budapeştə qarşı tədbirlər görülə bilər
Macarıstan Avropa İttifaqı Şurası və Avropa Sülh Fonduna qarşı məhkəmə iddiası qaldırıb. Belə ki, hökumətə yaxın olan “Magyar Nemzet” qəzetinin məlumatına görə, rəsmi Budapeşt Aİ-nin dondurulmuş Rusiya aktivlərindən Ukraynaya hərbi yardımı maliyyələşdirmək üçün istifadə etmək qərarına qarşıdır. Qəzetin məlumatında qeyd olunur ki, iddia iyunda Aİ Məhkəməsinə göndərilib, avqustun 25-də isə baxılmaq üçün qəbul edilib. Budapeşt hesab edir ki, Aİ Şurasının və Avropa Sülh Fondunun rəhbərliyinin qərarı qanunsuz olub, çünki bu, Macarıstanın rəyi nəzərə alınmadan qəbul edilib. Söhbət 2025-ci ilin fevralında Brüsselin qəbul etdiyi qərardan gedir. Həmin qərara görə, bloklanmış Rusiya aktivlərinin idarə olunmasından əldə edilən xalis mənfəətin 99,7 faizi Ukraynaya hər il 3-5 milyard avro həcmində hərbi dəstək üçün davamlı maliyyələşməni təmin etməklə Avropa Sülh Fonduna göndəriləcək. İddiaya baxılma tarixi hələ müəyyən edilməyib. Qəzet qeyd edir ki, bu proses illərlə uzana bilər. Bu arada nəşrin hesablamalarına görə, Ukraynaya hərbi yardım göstərmək üçün Avropa Sülh Fondundan artıq 11 milyard avro ayrılıb. Qeyd edək ki, Macarıstanın Rusiya maraqları naminə Aİ siyasətinə zidd addımlarına görə Brüssel onun Aİ qərarlarının qəbulunda iştirakını məhdudlaşdırmağa hazırlaşır.
Macarıstanın iddiası təmin ediləcəkmi?
Məsələ ilə bağlı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin siyasi eksperti Sultan Zahidov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Macarıstanın Avropa İttifaqı Şurasına qarşı məhkəmədə iddia qaldırması ilk hal deyil.
“Keçən il - 2024-cü ilin mayında da Macarıstan Avropa İttifaqı Şurasına qarşı məhkəmədə iddia qaldırmışdı. Buna baxmayaraq, Budapeşt istədiyi nəticəni əldə etmədi. Ümumiyyətlə, bu kimi proseslər çox uzun zaman aparır. Əgər Avropa İttifaqı Şurası Aİ-nin müqavilərinin müddəalarını və qanunvericilik prinsiplərini pozmayıbsa, Macarıstanın məhkəmədə budəfəki iddiası da heç bir işə yaramayacaq. O ki qaldı Aİ-nin dondurulmuş Rusiya aktivlərindən Ukraynaya maliyyə yardımı ayırmasına, Kiyevə dəstəyin davam etdirilməsi Avropa İttifaqının təhlükəsizlik strategiyasının ilkin prioritetidir. Bu, Aİ-nin maraqlarına söykənən bir məsələdir. Aİ-nin heç bir siyasi institutu Ukraynaya maliyyə yardımlarının davam etdirilməsinə qarşı çıxmayacaq,” - deyə S.Zahidov vurğulayıb ki, Macarıstanın Aİ-nin qərarlarının qəbulunda iştirakı bu hallarda məhdudlaşdırıla bilər: “Avropa İttifaqı Şurasında iqtisadi-ticari və iqtisadi-sosial məsələlər ilə bağlı qərarlar qəbul olunarkən, səsvermədə “keyfiyyətli səs çoxluğu”na üstünlük verilir, yəni Aİ-nin bütün üzv ölkələrinin həmin məsələlərlə bağlı qərarvermə prosesində rəyinin nəzərə alınması şərt deyil - Aİ-nin üzv ölkələrinin üçdə ikisinin müsbət rəyi kifayət edər. Bu kimi məsələlərdə Macarıstanın mövqeyi nəzərə alınmaya bilər. Amma xarici siyasət və təhlükəsizlik məsələlərində “keyfiyyətli səs çoxluğu” tətbiq olunmur - bu kimi məsələlərdə Aİ-nin bütün üzv ölkələrinin rəyi nəzərə alınmadan qərarların qəbul edilməsi qeyri-mümkündür. Ukrayna ilə bağlı aparılan müzakirələr daha çox buraya aiddir. Macarıstanın Rusiya-Ukrayna münaqişəsi ilə bağlı mövqeyi Aİ-nin Ukrayna siyasətində addımlarına əngəl yaradır. Bu səbəbdən Brüssel “keyfiyyətli səs çoxluğu”nu xarici siyasət və təhlükəsizlik məsələlərinə də sirayət etmək istəyir”.
“Maastrixt” müqaviləsinin 7-ci maddəsi işə salına bilər?
“Digər bir versiya, Avropa İttifaqının əsasını qoyan “Maastrixt” müqaviləsinin 7-ci maddəsinin işə salınmasıdır, halbuki indiki halda bu, real görünmür. Bu maddə özündə Aİ-nin hər hansı üzv ölkəsinin səsvermə və veto hüququndan mərhum edilməsini ehtiva edir. Bu maddə o zaman tətbiq olunur ki, Aİ-nin üzv ölkəsi ittifaqın dəyərlərinə hörmət etmir. Ancaq 7-ci maddənin tətbiq olunması üçün Aİ-nin bütün üzv ölkələrinin rəyi nəzərə alınmalıdır” - deyə S.Zahidov əlavə edib.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSiyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33

