Milli dövlətçilik təfəkkürü ŞƏRH
25.08.2025 [11:54]
Ötən dövrə baxan zaman görürük ki, müstəqillik və dövlətçiliyimizi qoruya bildik, dayanıqlı inkişafa və siyasi sabitliyə nail olduq, cəmiyyətin ideoloji parçalanmasının qarşısını aldıq, beynəlxalq tərəfdaşlarımızın sayını artırdıq, daha təkmil idarəçiliyə nail olmaq üçün durmadan davamlı islahatlar apardıq, Ordumuzu müstəqilliyimizin qarantı olmaq səviyyəsinə qədər inkişaf etdirdik, tarixi Qələbəni qazandıq, suverenliyimizi bərpa etdik, regionda formalaşmış “Yeni reallığın” müəllifi olduq, düşmənlərimizi dosta çevirə bildik, beynəlxalq nüfuzumuzu artırdıq, dünyanın ən qüdrətli ölkəsi olan ABŞ ilə strateji tərəfdaş olduq və bu əlaqələri müqavilə ilə rəsmiləşdirdik, nəhayət sülhə nail olduq – zamanında əlçatmaz xəyal kimi görünən bütün bu nailiyyətlər gözümüzün qarşısında baş verdi. Gələcək nəsillərin daim yada salacağı bir dövrdə yaşayırıq.
Bu fikirlər politoloq Asif Adilin “Milli dövlətçilik təfəkkürü” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.
Bəli, qeyd edilənlərə çatmaq üçün dövlət və xalq olaraq çox çalışdıq, çox güc sərf etdik, qurbanlar verdik, ancaq səbirli olduq, habelə dost və düşmənlərimizi yaxşı tanıdıq, həmçinin ağır sınaqlardan uğurla keçməyə müvəffəq olduq. Ancaq bütün təzyiq və təxribatlara rəğmən mübarizəmizi dayandırmadıq, inandıq və birliyimizi qoruduq. Prezident İlham Əliyevin növbəti sözləri deyilənlərin təsbitidir: “Mən buna inanırdım, onlar da inanırdılar, bütün xalqımız buna inanırdı, bu fikirlə yaşayırdı” (20 sentyabr 2024-cü il, Xankəndi şəhəri, Qarabağ Universiteti).
Tərəddüd etmədən deyə bilərik ki, dövlət və xalq olaraq indi artıq əldə olunmuş uğurların qorunması və quruculuq dövrünü yaşayırıq. Əlbəttə ki, hər bir inkişaf mərhələsinin öz xüsusiyyət və prioritetləri olduğu kimi, yaşadığımız dövrün də özünəməxsus siyasi və ideoloji prioritetləri olmalıdır. Odur ki, “torpaqları işğal olmuş və bir milyona yaxın qaçqını olan səsi eşidilməyən və incidilmiş xalq” adlı psixoloji sindromdan xilas olmuş Qalib Azərbaycan xalqının milli dövlətçilik təfəkküründə yeni ideoloji vurğularının yaranması artıq qaçılmaz və hətta zəruridir. Dövlət, dövlətçilik ənənələri və tarixi qoruyan milli ideologiya poladdan hazırlanmış qalxan kimi cəmiyyəti müxtəlif təxribatlardan qoruyur, habelə onun inkişafı naminə mövcud bütün potensialların səfərbər olunmasına xidmət edir. Bu mənada ideoloji amil yuxarıda sadaladığımız nailiyyətlər qədər dövlətin inkişafı kontekstində strateji əhəmiyyətə malikdir.
Ancaq bəzi proseslərin gedişatına diqqət yetirən zaman görünən mənzərə odur ki, digər sahələrdə olduğu kimi Qalib xalqın yeni ideoloji vurğularının müəyyən olunması məsələsi ilə də Prezident İlham Əliyev şəxsən özü məşğul olur. Dövlət başçısı fərqli platformalarda çıxış edən zaman yeni ideoloji vurğularla əlaqədar davamlı olaraq verdiyi mühüm mesajlar, deyəsən, müxtəlif binaların, o cümlədən dövlət müəssisələrinin dəhlizlərində ilişib qalır. İctimai münasibətlərin ideoloji qatları təsadüfi və xaotik şəkildə formalaşmamalıdır. Məhz buna görə də Prezident İlham Əliyevin ritorikasında, xüsusilə gənclər ilə görüşən zaman etdiyi çıxışlarda ideoloji amil prinsipial olaraq vurğulanır.
Avqustun 21-də Azərbaycan Prezidenti İlham Əliyev Kəlbəcərdə rayona köçən sakinlərlə görüşən zaman yenə də ideoloji amillərə xüsusi olaraq toxunub. Sözügedən hal əsla təsadüfi deyil, çünki “Böyük Qayıdış”, “qaçqınlıq dövrünün başa çatması” və “quruculuq” kimi məfhumlar yeni dövlətçilik təfəkkürünün fəlsəfi məzmununu müəyyən etməli olan əsas meyarlardır. Prezident İlham Əliyevin növbəti sözləri bu cür fikirlərinin səsləndirilməsinin əsasıdır: “Bizim işimiz quruculuqdur... Onlar buranı dağıdıblar, biz isə qurub-yaratmışıq”. Qurub yaradan millətin parçası olmaq qürurverici hissdir və bu imicə hər kəs xidmət etməlidir. Yeni ideoloji vurğuları hər bir vətəndaş dövlətçilik təfəkküründə yaşatmalıdır.
Dövlətimizin başçısının Kəlbəcərdəki çıxışında digər ideoloji vurğular da öz əksini tapıb: “Biz ədaləti bərpa etdik, haqqımızı bərpa etdik və bugünkü tədbir bir daha onu göstərir ki, Azərbaycan xalqı iradəli xalqdır”. Beləliklə, Prezident İlham Əliyev “ədalət” və “milli iradə” kimi məfhumları da milli dövlətçilik təfəkkürümüzün əsas keyfiyyətləri sırasına daxil etmiş oldu. Yaş, cins və sosial durumundan asılı olmayaraq hər kəs etiraf edə bilər ki, “ədalət” hissi sabaha ümid yaratdığı kimi, “milli iradə” də cəmiyyətin tükənməz güc mənbəyidir.
Hər zaman olduğu kimi bu dəfə də Prezident İlham Əliyev öz çıxışında milli dövlətçilik kontekstində “dialoq” və “milli həmrəyliyə” toxunub: “Bizim gücümüz, xalqımızın iqtidarla bir yerdə olması, hərbi Zəfərimiz, cəmiyyətdəki ovqat, vətənpərvərlik ruhu - bütün bu amillər bütün dünyaya göstərdi ki, hər kəs bizimlə hesablaşmalıdır və bizimlə hesablaşmayan nəticədə peşman olur”. Milli birlik və həmrəylik mühitini dövlətin güc mənbəyi kimi tanıyan, habelə bunu açıq bəyan edən Prezident xalq tərəfindən yalnız təqdir oluna bilər. Azərbaycanın milli həmrəylik modelinin özəl xüsusiyyətlərindən biri məhz odur ki, ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların iştirakı ilə təşviq olunan siyasi dialoq mühiti müxtəlif təxribatların qarşısını alır və milli həmrəyliyimizin toxunulmazlığını qoruyur.
Dünya ölkələrinin təcrübəsi bizlərə onu göstərir ki, ideoloji böhran yaşanan dövlətlərdə “idxal olunan demokratiya” tüğyan edir və ideoloji boşluq zərərverici “maddələr” ilə doldurulur. Bir sıra qonşu ölkələrin təcrübəsində sözügedən proseslərin hansı faciələr ilə yekunlaşdığını hamımız gözəl bilirik. Müasir ideologiya keçmişdən imtina etmək deyil və ya bizim psevdodemokrat demaqoqlarımızın təklif etdikləri kimi “hər şeyi inkar edib sıfırdan başlamaq” da deyil. Tam əksinə, ideoloji vakuum siyasi şarlatanların demaqogiyaları üçün münbit mühit və cəmiyyətin dayanıqlı inkişafına yeni təhdidlər yaradır. Odur ki, dövlətçilik təfəkkürümüzdə ideoloji vurğularının yerində olmaması bütün əldə olunmuş nailiyyətləri risk altına salır. Milli vəhdət diskursunun qorunması məsələsi hər bir məsuliyyətli vətəndaşın vəzifəsinə çevrilməlidir. Demokratik münasibətlərin təcəssümü olan sağlam siyasi dialoq mühiti məhz sözügedən mühüm vəzifəyə xidmət edir.
Xəbər lenti
Hamısına baxDünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10

