Qəzzada atəşkəs hansı halda mümkündür?
16.08.2025 [14:16]
HƏMAS bəyanat yayıb
Qəzzada vəziyyətin sabitləşməsi üçün hələ də ciddi irəliləyiş müşahidə olunmur. Belə ki, HƏMAS hərəkatı və onunla yaxın təmasları olan silahlı qruplar İsraillə atəşkəs anlaşmasında maraqlı deyillər.
HƏMAS-ın rəhbərliyi qruplaşmanın tələblərinin yerinə yetiriləcəyi təqdirdə Qəzza zolağında atəşkəslə bağlı təklifləri dəyərləndirməyə hazır olduqlarını bildiriblər. “Fələstin fraksiyaları fələstinlilərin tələblərinə cavab verən və sektorda hərbi əməliyyatların dayandırılması, İsrail qoşunlarının oradan çıxarılması və anklavdakı blokadanın götürülməsi daxil olmaqla, Qəzzada atəşkəs məsələsi ilə bağlı istənilən təşəbbüsləri nəzərdən keçirməyə hazırdır”, - deyə HƏMAS-ın bəyanatında qeyd olunur. Eyni zamanda, HƏMAS və müttəfiqləri Misir və Qətərə Qəzzaya humanitar yardımın çatdırılmasını bərpa etmək üçün göstərdikləri böyük səylərə görə təşəkkür ediblər.
İsrail Qəzza sakinlərinin bir hissəsinin köçürülməsi üçün beş ölkə ilə danışıqlar aparır. CNN telekanalı yüksək rütbəli İsrail rəsmisinə istinadən qeyd edib ki, İsrail hakimiyyəti Efiopiya, Liviya, İndoneziya, Cənubi Sudan və Somali ilə Qəzza zolağından çıxan fələstinliləri qəbul etmək imkanları ilə bağlı danışıqlara başlayıb. “Qəzzanın 2 milyondan çox sakininin bir hissəsini qəbul etmək müqabilində bu ölkələr əhəmiyyətli maliyyə və beynəlxalq təzminat alacaqlarını gözləyirlər”, - deyə telekanalın məlumatında bildirilir. Xatırladaq ki, bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu jurnalistlərə İsrailin fələstinlilərin köçürülməsi ilə bağlı bir neçə ölkə ilə danışıqlar apardığını bildirsə də, konkret ölkələrin adını çəkməyib. ABŞ Prezidenti Donald Tramp da anklavın sakinlərinin Misir və İordaniya və ya başqa ölkələrə köçürülməli olduğunu bəyan etmişdi. Lakin ərəb ölkələri bu təklifə qarşı çıxmışdılar.
Əngəl olan amillər
Məsələ ilə bağlı politoloq Tural İsmayılov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, münaqişə tərəfləri qarşılıqlı güzəştlərə gedənə qədər Qəzzada mövcud vəziyyət davam edəcək. “Qəzzada atəşkəsin qarşısını alan əsas amillər tərəflərin mövqelərinin tamamilə zidd olmasıdır. İsrail üçün atəşkəs yalnız HƏMAS-ın hərbi və inzibati gücünün tamamilə sıradan çıxarılması ilə mümkündür. HƏMAS isə atəşkəsin ilkin şərti kimi İsrailin Qəzzadan tam çıxmasını və blokadanın ləğvini tələb edir. Bu, danışıqların başlanğıc nöqtəsində ciddi ziddiyyət yaradır”, - deyə T.İsmayılov vurğulayıb ki, İsrail və HƏMAS-ın ortaq mövqeyə gəlməsi mümkün görünmür: “Qəzzada HƏMAS idarəçiliyinə son qoymaq, hərbi infrastrukturu məhv etmək və bölgədə öz təhlükəsizlik zolağını formalaşdırmaq kimi məsələlər İsrailin əsas tələbləridir. Onlar Qəzzanın gələcəkdə HƏMAS-ın yenidən silahlanmasına meydan verməyəcək bir idarəçilik modelinə keçməsini istəyirlər. HƏMAS-ın istəyi isə daha çox siyasi legitimlik qazanmaq və Fələstin xalqı üzərində liderlik statusunu qorumaqdır. Onlar İsrailin hərbi əməliyyatlarını dayandırmasını, sərhəd keçidlərinin açılmasını və məhbusların azad olunmasını tələb edirlər. Bu iki yanaşma arasında kəsişmə nöqtəsi yoxdur, ona görə də atəşkəs danışıqları dalana dirənir. Atəşkəsin təmin olunması üçün ən real şərt beynəlxalq vasitəçiliklə qarşılıqlı güzəştlərin qəbul edilməsidir. Burada Qətər, Misir və ABŞ əsas rol oynayır”.
BMT, yoxsa ABŞ?
Ekspertin sözlərinə görə, Qəzzanın BMT-nin idarəçiliyinə verilməsi versiyası nəzərdən keçirilə bilər, amma münaqişə tərəfləri bunu məqbul qarşılamayacaqlar. “Bəzi dairələr Qəzzanın BMT-nin idarəçiliyinə verilməsini təklif edir. Bu model nəzəri baxımdan münaqişəni dayandıra bilər, lakin İsrail buna şübhə ilə yanaşır, çünki BMT-nin effektiv təhlükəsizlik zəmanəti verəcəyinə inanmır. HƏMAS isə belə bir idarəçiliyin öz siyasi nüfuzunu sıfırlayacağını bilir,” - deyə T.İsmayılov qeyd edib ki, Qəzzanın ABŞ-ın nəzarətinə verilməsi ideyası isə real görünmür; “Bu, regionda və bütün ərəb dünyasında anti-Amerika dalğasını gücləndirər”.
Yerli əhali başqa ölkəyə köçürülə bilər?
Ekspert bildirib ki, bölgədə ən mübahisəli mövzulardan biri də Qəzza əhalisinin başqa ölkələrə köçürülməsi planıdır. “İsrail daxilində bəzi dairələr bu ideyanı müdafiə etsə də, beynəlxalq hüquqa görə bu, etnik təmizləmə kimi qiymətləndiriləcək. Ərəb ölkələrinin böyük əksəriyyəti də Qəzza əhalisini qəbul etməyə hazır deyil. Bununla belə, hərbi əməliyyatların uzanması, humanitar şəraitin ağırlaşması və blokadanın dərinləşməsi bəzi ailələri könüllü şəkildə çıxmağa məcbur edə bilər. Lakin kütləvi köçürülmə ssenarisi yalnız böyük güclərin razılığı və maliyyə təminatı ilə mümkündür”.
“Real mənzərə odur ki, tərəflərin hər biri bu mərhələdə atəşkəsi öz hərbi və siyasi üstünlüyünü qorumaq üçün taktiki addım kimi görür. Nə İsrail, nə də HƏMAS indiki şərtlərdə strateji güzəştə hazır deyil. Ən azı yaxın müddətdə atəşkəs yalnız mərhələli humanitar razılaşmalar və girov-məhbus mübadiləsi çərçivəsində baş verə bilər. Lakin bu da uzunmüddətli sülh deyil, sadəcə müvəqqəti pauza olacaq”, - deyə T.İsmayılov əlavə edib ki, Qəzzada atəşkəsin təmin olunması üçün beynəlxalq zəmanət lazımdır; “Qəzzada sülh üçün beynəlxalq formatda “güclü zəmanət” mexanizmi yaradılmasa, istənilən atəşkəs kağız üzərində qalacaq. Hazırkı gedişatda bölgə yenidən yeni hərbi eskalasiyalara açıqdır”.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSiyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33

