Kremldə yazılan ssenari...
12.08.2025 [11:00]
Rusiyaya baha başa gələ bilər
Azərbaycan neftinin ixrac edildiyi Ukraynanın Odessa istiqamətindəki qaz kəməri sisteminin, eləcə də SOCAR-ın yanacaqdoldurma məntəqəsinin növbəti dəfə 5 “Şahed” kamikadze dronu ilə hədəfə alınaraq zərbələrə məruz qalması Kremlin Azərbaycana qarşı düşmənçiliyinin bariz nümunəsi kimi dəyərləndirilə bilər. Bu, Rusiyanın son aylarda ölkəmizə qarşı intensivləşən təzyiq siyasətinin tərkib hissəsidir.
Rusiya bu cür təxribatları son dövrlərdə təkrarlayır, Azərbaycanın Ukraynadakı mühüm inzibati məntəqələrini, biznes, enerji obyektlərini, hətta diplomatik nümayəndəliyinin yerləşdiyi əraziləri məqsədli şəkildə hərbi hücumlarla sıradan çıxarmağa çalışır. Ukraynadakı səfirliyimizin yaxınlığında raket zərbələrinin endirilməsi beynəlxalq qaydalara zidd olmaqla yanaşı, bütün siyasi etik normaları pozmaqdır. Eləcə də mülki infrastrukturların, energetika-yanacaq kompleksələrinin hərbi hədəf halına gətirilməsi, SOCAR-ın inzibati ofisinin yanına raketin düşməsi və digər hallar məqsədli bir ssenarinin tərkib hissəsidir və Moskvanın dövlət aparatının sifarişlərinin təzahürüdür. Bunlar Rusiyanın məqsədyönlü şəkildə Azərbaycanın Ukraynadakı legitim fəaliyyətinə zərbə vurmaq, bu ölkədəki humanitar-iqtisadi dəstəklərini sarsıtmaq məqsədi güdür və Kreml bununla Azərbaycana a?ıq verməyə çalışır ki, Ukraynaya qarşı davam etdirdiyi humanitar fəlakətlərə göz yumsun. Bu, nəinki dövlət əxlaqına sığmır, eyni zamanda, insanlığa qarşı cinayətlər kimi xarakterizə oluna bilər.
Ümumiyyətlə, Rusiya Ukraynada başlatdığı hərbi münaqişədəki zərər və itkilərinin, siyasi-hərbi-iqtisadi defoltunun şiddətlənməsi fonunda daha da dövlət etikasını itirir, Ukrayna xalqının üzləşdiyi insanlıq faciəsinə biganə qalmayan, ağrı ilə qarşılayan dövlətlərə düşmən kimi yanaşır. Qardaş Ukrayna xalqına qarşı vəhşiliklər törədən Rusiyanın digər ölkələrə və xalqlara qarşı törətdikləri təəccüblü deyil. Bu acizlik və çarəsizlik əlamətini isə həmin ölkələrdən müxtəlif “qisaslarla” almağa çalışır. Qroznu hava limanı yaxınlığında təyyarəmizin vurulması, Yekaterinburqda baş vermiş hadisələr də bunu təsdiqləyir.
Rusiyanın düşdüyü rüsvayçı vəziyyət, bu dövlətin postsovet məkanında Ermənistandan sonra ikinci işğalçı dövlət olmasını açıqca nümayiş etdirir.
Kreml onun imperialist siyasətinə qarşı çıxan, regiondakı avantüralarını açıq şəkildə rədd edən dövlətlərə, o cümlədən Azərbaycana qıcıq göstə?ir. Rusiya bununla Azərbaycanın müstəqil xarici siyasətinə, o cümlədən regional həmrəylik dalğası yaradan enerji siyasətinə qarşı çıxaraq barışmaq istəmədiyini büruzə verir.
Ancaq Rusiya hökuməti, dövlət rəsmiləri anlamalıdır ki, bu şovinist və yırtıcı siyasət daha çox özünə zərər verir, yaxın qonşularını ondan daha da uzaqlaşdırır, strateji müttəfiqlik bəyannaməsi imzaladığı Azərbaycana qarşı bu məntiqsiz yanaşma, münasibətləri korlayır. Ona görə də, Rusiya bölgədə adi qonşuluq münasibətlərini də itirmək və bütün region ölkələrini özündən iyrəndirmək istəmirsə, açıq məntiqlə düşünməlidir.
Azərbaycan dövlətinin yürütdüyü balanslaşdırılmış xarici siyasət kursu hər bir ölkəyə qarşı deyil, yalnız milli maraqların həyata keçirilməsinə əsaslanır. Bu gün bölgədə yeni realıqlar yaradan ölkəmiz daha güclüdür, haqlıdır, qalibdir. Ərazi ölçüsündən asılı olmayaraq heç bir dövlət Azərbaycanla təhdid dilində danışa bilməz, bunu Rusiyadakı hakim dairələr anlasalar, öz xeyirlərinə olar.
Xəbər lenti
Hamısına baxDünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29

