Üçüncü raund: hədəflər, gözləntilər
25.07.2025 [09:58]
Kiyev liderlərin görüşünü təklif edir, Moskva lüzum görmür
Türkiyə növbəti dəfə Ukrayna ilə Rusiya arasındakı danışıqlara ev sahibliyi edib. Belə ki, iyulun 23-də İstanbul şəhərində tərəflər arasında danışıqların üçüncü raundu baş tutub. Xatırladaq ki, Rusiya və Ukrayna heyətləri arasındakı ilk birbaşa görüş Prezident Rəcəb Tayyib Ərdoğanın vasitəçilik təşəbbüsü nəticəsində 2022-ci il martın 29-da İstanbulda keçirilmişdi. Bu görüşdə mühüm irəliləyiş əldə olunsa da, bəzi Qərb dövlətlərinin müdaxiləsi nəticəsində proses tam başa çatdırılmamışdı. Tərəflər 3 il aradan sonra ilk dəfə yenidən İstanbulda masa arxasına oturublar. Türkiyənin ev sahibliyində yenidən başlayan danışıqlarda qarşılıqlı 1000 əsir mübadiləsi, atəşkəs və sülhün təmin edilməsi üçün şərtlərin paylaşılması mövzusunda razılıq əldə olunub. Humanitar baxımdan da əhəmiyyətli addımların atıldığı bu görüşlərdən sonra Moskva ilə Kiyev arasında hərbi əsirlərin dəyişdirilməsi prosesi baş tutdu.
Türkiyənin vasitəçiliyi sülhə xidmət edir
İkinci dəfə bir araya gələn Rusiya-Ukrayna heyətləri birbaşa danışıqlardan əvvəl və danışıqlar zamanı bir-birlərinə atəşkəs, eləcə də sülhün təmin edilməsi ilə bağlı hazırladıqları memorandum layihələrini təqdim ediblər və üzərində iş aparılması barədə razılığa gəliblər. Müharibənin başlanğıcından bəri ən genişmiqyaslı əsir mübadiləsi məsələsində razılığa gələn tərəflər ağır yaralı və xəstə əsgərlərlə yanaşı, 25 yaşdan aşağı olan bütün əsir əsgərlərin dəyişdirilməsi barədə qərar veriblər. Rusiya tərəfi 6000 ukraynalı əsgərin cəsədini təhvil verməyə söz verib. Əlavə olaraq, cəbhənin bəzi hissələrində əsgər cəsədlərinin toplanması üçün 2-3 günlük atəşkəslə bağlı iş aparılması gündəmə gəlib. Əldə edilən razılaşmalar çərçivəsində, dəqiq sayı açıqlanmasa da, minlərlə əsir dəyişdirilib. Rusiya indiyədək 7000 ukraynalı əsgərin cənazəsini Kiyevə təhvil verib və əlavə olaraq 3000 cənazənin də təhvil verilə biləcəyini açıqlayıb. Onlardan 1000-i qısa müddət əvvəl qaytarılıb.
Nəhayət, iyulun 23-də iki ölkə arasında növbəti danışıqlar masası yenidən İstanbulda qurulub. Rəsmi Moskva bu ayın əvvəlindən üçüncü raund danışıqlara hazır olduğunu, İstanbulun platforma olaraq qalacağını və Kiyevdən tarix gözlədiklərini bildirmişdi. Ukrayna tərəfi isə iyulun 19-da verdiyi açıqlama ilə danışıqların bu həftə İstanbulda keçirilməsini təklif etdiyini demişdi.
Missiya davam edəcək
İstanbulun Çırağan Sarayında aparılan danışıqlarda tərəflərin qarşılıqlı təqdim etdiyi atəşkəs və sülhə dair şərtləri əhatə edən memorandum layihəsi diqqət mərkəzində olub. Eləcə də hərbi əsirlərin dəyişdirilməsi, Rusiyada olduğu bildirilən ukraynalı uşaqlar, eləcə də Rusiya və Ukrayna prezidentləri arasında mümkün görüşün hazırlıq məsələləri müzakirə olunub.
Danışıqların üçüncü raundu Türkiyənin xarici işlər naziri Hakan Fidanın sədrliyi ilə baş tutub. O bildirib ki, Türkiyə ilk gündən Rusiya-Ukrayna münaqişəsinin həlli üçün səylər göstərir: “Biz vasitəçi olaraq öz missiyamızı yerinə yetirməyə davam edəcəyik. Bu proses yalnız hər yeni addımda əldə edilən nəticələr əsasında müsbət irəliləyiş olarsa, əhəmiyyət kəsb edir”. “Danışıqların iki raundu ərzində mühüm nəticələr əldə etdik. Biz şadıq ki, indiyədək əldə olunmuş əsir mübadiləsinin nəticələri beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymət alıb. Danışıqların ikinci raundu zamanı tərəflərin atəşkəs və sülh məsələləri ilə bağlı mövqelərini əks etdirən memorandumların mübadiləsi mühüm hadisədir”, - deyə H.Fidan vurğulayıb. Onun sözlərinə görə, Türkiyə Rusiya-Ukrayna münaqişəsinin həllində vasitəçi kimi missiyasını davam etdirəcək.
Görüşdən sonra hər iki heyət mətbuata açıqlama verib. Ukrayna heyəti açıqlamasında onlar üçün prioritetin liderlər arasında görüş olduğunu bildirib. ABŞ və Türkiyə prezidentlərinin bu görüşdə iştirakının son dərəcə dəyərli olacağı vurğulanıb.
Toplantıda üç ildən artıq müddətdə əsir saxlanılan şəxslərin azad edilməsi tələbi qəbul olunub. Ukrayna tərəfi bildirib ki, diplomatiyanı sülhün yeganə yolu olaraq görür. Bunun üçün hücumların tamamilə dayandırılması vacibdir. Sülh danışıqlarına göstərilən dəstək üçün Türkiyəyə minnətdarlıq ifadə edilib. Rusiya tərəfinin də konstruktiv və real yanaşma sərgiləməsi vacib hesab olunub. Əhatəli və qeyd-şərtsiz atəşkəs diplomatiyanın əsası kimi qiymətləndirilib.
Hərbi əsirlər azad ediləcək
Rusiya tərəfi isə açıqlamasında ən qısa zamanda azı 1200 əsir hərbçinin qarşılıqlı olaraq dəyişdirilməsi barədə razılıq əldə olunduğunu bildirib. Qeyd edilib ki, görüşdə döyüşlər nəticəsində evlərini tərk edən mülki şəxslərin mübadiləsi məsələsi də müzakirə edilib. Rusiya, Ukrayna tərəfinə həlak olmuş şəxslərin meyitlərini toplamaq üçün ön cəbhədə qısamüddətli atəşkəs təklif edib. Ukrayna tərəfi isə Putin və Zelenski arasında avqust ayının sonuna qədər keçirilməsini istəyib. Rusiya nümayəndə heyəti bunun üçün ilk növbədə müəyyən razılığın əldə olunmasının vacibliyini vurğulayaraq, əks təqdirdə görüşün heç bir əhəmiyyətinin olmayacağını bəyan edib.
Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski deyib ki, nümayəndə heyətləri memorandumları uzun müddət müzakirə ediblər, amma tərəflərin mövqeləri bir-birindən kifayət qədər uzaqdır: “Rusiya hesab edir ki, sazişlərin 101 bəndi tam yerinə yetirilməyib. Bu da onu göstərir ki, tərəflərin memorandumlardakı mövqeləri bir-birindən xeyli uzaqdır”. Onun sözlərinə görə, Ukrayna ilə danışıqların əvvəlki raundunda humanitar məsələlər üzrə bütün razılaşmalar yerinə yetirilib. Tərəflər memorandumları müzakirə etmək üçün təmasları davam etdirəcəklər.
Beləliklə, tərəflərin üçüncü görüşündə ciddi nəticələrə nail olunmayıb. Lakin hərbi əsirlərin bir hissəsinin qarşılıqlı olaraq azad edilməsi danışıqların müsbət göstəricisidir. Növbəti mərhələlərdə razılaşmaların sayının artacağı istisna deyil.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45

