Beynəlxalq tərəfdaşlıq inkişaf etdirilir
24.07.2025 [10:13]
Avropa İttifaqı Azərbaycanı etibarlı və ümum-Avropa qaz təchizatçısı adlandırır
Azərbaycanın xarici siyasət kursu çoxvektorluğu ilə seçilir və qarşılıqlı əməkdaşlığa, milli maraqlara əsaslanır. Ölkəmiz bütün beynəlxalq təşkilatlarla əlaqələrin inkişafında maraqlıdır. Hazırkı həssas məqamda Azərbaycan mühüm bir coğrafiyada münbit iqtisadi şərait formalaşdırması ilə diqqəti cəlb etməkdədir - ölkəmizin coğrafi-tranzit imkanlarını, Şərq-Qərb ötürücülük qabiliyyətini önə sürməsi, qlobal münasibətlərin yeni mərhələsini yaratması, mühüm enerji dialoqu platforması formalaşdırması yüksək dəyərləndirilir. Xüsusilə, Avropa kontingenti artıq bölgənin lideri olaraq Azərbaycana münasibətdə daha rasional münasibəti ilə seçilir - Azərbaycan dövləti mühüm toplantılarda, fundamental enerji dialoqlarında, yeni nizamın formalaşdırılması yönündə müzakirələrdə əsas dövlətlərdən biri kimi qəbul olunur.
8-i Aİ üzvü olmaqla 10 Avropa ölkəsinə qaz ixrac edirik
Avropanın hazırkı durumu, enerji tələbatının ödənilməsi yeni enerji təminatı məsələsini aktuallaşdırır - bu isə, Azərbaycanın önəmini daha qabarıq şəkildə ortaya çıxır. Geosiyasi reallıqlar fonunda Avropa İttifaqı məkanında enerji daşıyıcılarına tələbatın artması Cənub Qaz Dəhlizi ideyasını irəli sürən və bu layihənin əsas moderatoru qismində çıxış edən Azərbaycanın strateji baxışlarının uzaq məqsədlərə hesablandığını bütün cəhətləri ilə təsdiqləyir. Hazırda Azərbaycan Avropa üçün yeni enerji təhlükəsizliyi təminatçısı sayılır. 2022-ci il iyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanması isə bu prosesdə xüsusi yerə malikdir. Qeyd edək ki, Avropa bazarında Azərbaycan qazına ehtiyac ildən-ilə daha da çoxalır - bu isə yeni idxalçı ölkələrin ortaya çıxmasını şərtləndirir. Digər tərəfdən, paralel olaraq Azərbaycanın ixrac potensialı da artmaqdadır. Bu mənada, bütövlükdə, Azərbaycanla Avropa İttifaqı arasında formalaşan enerji dialoqu əməkdaşlığın nadir formatı kimi səciyyələndirilir. III Qlobal Şuşa Forumunda çıxış edən Prezident İlham Əliyev bildirib ki, 2021-ci ildə biz energetika sahəsində strateji tərəfdaşlıq haqqında sənəd imzaladıq və o zaman biz ixracımızı 8 milyarddan 13 milyard kubmetrə qaldırdıq: “Bu gün 12 ölkəyə qaz ixrac edirik. Onların 10-u Avropa ölkəsidir, 8-i isə Avropa İttifaqının üzvüdür. Yəni, Avropa İttifaqı Azərbaycanı etibarlı və ümum-Avropa qaz təchizatçısı adlandırır. Coğrafi əhatə baxımından maye qaz deyil, boru kəməri ilə nəql olunan qaza gəldikdə Azərbaycan qlobal səviyyədə aparıcı ölkələrdən biridir. Mən bu yaxınlarda Xəzər neft sərgisində neft hasilatı ilə bağlı planlarımız haqqında danışdım və bəyan etdim ki, bizim planımız 2030-cu ilə qədər qaz hasilatını daha 8 milyard kubmetr artırmaqdır. Yəni, bu gün biz 25 milyard kubmetr ixrac ediriksə, o zaman üçün təqribən 33 milyard kubmetr təşkil edəcək”.
Vurğulandığı kimi, Azərbaycan hər zaman Avropaya qaz ixracının həcmini artırmağa hazır olduğunu bildirir. Respublikamız olduqca geniş təsdiqlənmiş və proqnozlaşdırılan qaz ehtiyatlarına malikdir. Eyni zamanda, yeni yataqlar üzrə də kəşfiyyat işləri aparılıb və zəngin ehtiyatlar aşkarlanıb.
Aİ ilə Azərbaycan arasındakı enerji mübadiləsinin ən mühüm məqamlarından biri isə, yaşıl enerjidir. Yaşıl enerji də Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın yeni mərhələsi sayılır və tərəflərin strateji baxışlarını ifadə edir. Azərbaycan çox böyük yaşıl enerji potensialına malikdir. Bu, artıq təsdiq olunmuş faktdır. Əlamətdar haldır ki, xarici investorlar bu sahədə böyük layihələrə sərmayələr yönəldirlər. Azərbaycanda istehsal olunacaq yaşıl enerjinin isə Avropaya Qara dənizin dibi ilə çəkiləcək marşrutla ötürülməsi nəzərdə tutulur. Yaşıl enerji dəhlizinin yaradılması Azərbaycanla Aİ arasında enerji əməkdaşlığı imkanlarını daha da genişləndirəcək.
Bizim enerji siyasətimiz biznes məqsədli olub, bunu heç vaxt siyasiləşdirməmişik...
Azərbaycanın formalaşdırdığı əməkdaşlıq mühiti heç də rəqabətə deyil, əməkdaşlığa istinad edir. Ölkəmiz heç bir zaman hansısa başqa bir ölkənin alternativi olmaq fikrinə düşməyib - tam əksinə, tərəfdaşlıq əlaqələrinin şaxələndirilməsində maraqlı olub. Bu gün real olaraq Şərq ilə Qərbin qovşağında yerləşən Azərbaycan kontinental miqyasda iqtisadi-siyasi bağ kimi fərqli qütblər arasında inteqrasiyanı möhkəmləndirir. Aparılan siyasət isə açıq və şəffafdır - ölkəmiz milli maraqlar çərçivəsində yüksək iqtisadi dividendlərin əldə olunması üçün münbit zəmin yaradır. Təbii olaraq, Aİ də bu münbit zəmindən istifadə edərək yeni qlobal iqtisadi formasiyaya transfer olmaq niyyətindədir. Bəlkə də qəribə görünər - amma, Azərbaycanın iştirakı ilə yaranan yeni iqtisadi münasibətlər sistemi özünün mühüm ştrixləri ilə “köhnə qitə”nin də inkişafına yeni rəng qatacaq. Beləliklə, Azərbaycan ilə Aİ arasındakı əməkdaşlığın genişlənməsi üçün həm yeni imkanlar, həm də yeni müzakirə predmetləri mövcuddur. Bu əlaqələrin güclənməsi isə mühüm iqtisadi inkişafın aparıcı ünsürü kimi çıxış etməkdədir. Prezident İlham Əliyev bildirib ki, Avropa İttifaqı məsələsinə gəldikdə, onlar Rusiya qazından imtina etmək niyyətindədir, biz bunu heç vaxt nəzərə almamışıq. “Biz heç bir halda Rusiya ilə rəqabət aparmağa çalışmamışıq. Hətta o dövrdə ki, Rusiya Avropaya 150 milyard kubmetr qaz nəql edirdi. Biz heç vaxt deməmişik ki, buna alternativ ola bilərik. Biz sırf kommersiya prinsipləri əsasında fəaliyyət göstəririk. Bizim enerji siyasətimiz biznes məqsədli olub. Biz bunu heç vaxt siyasiləşdirməmişik, heç bir zaman qazın həcmini azaltmamışıq. Hətta o ölkələrə ki, onlar heç vaxt bizimlə razılaşmayıblar. Bu, sırf kommersiya prinsiplərinə əsaslanaraq öhdəliklərimizi rədd etdiyimiz mənasına gəlmir və heç bir ölkəyə qaz nəqlində indiyə qədər fasiləyə yol verməmişik. Budur, bizim məsələmiz belədir. Əlavə 8 milyard kubmetr üçün bazarlar müəyyən edilir. Biz Avropa İttifaqının üzvü olan bir neçə ölkədən təkliflər almışıq. O ölkələr ki, bəziləri artıq bizim qazımızı alır, digərləri isə hələ də Azərbaycan qazını almır. Biz bu təklifləri dəyərləndiririk. Bazara çıxış baxımından da biz bu məsələləri kommersiya prinsipləri əsasında dəyərləndiririk”, - deyə dövlət başçısı vurğulayıb.
Beləliklə, Aİ ilə Azərbaycan arasındakı əlaqələr daha da möhkəmlənir - hər kəs anlayır və görür ki, Azərbaycan etibarlı tərəfdaşdır. Bu fakt Aİ-nin yeni rəhbər strukturlarının təmsilçilərinin ayrı-ayrı vaxtlarda Bakıya səfərləri zamanı da səsləndirilib - Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın Azərbaycan səfəri, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Kosta Koştanın Prezident İlham Əliyev ilə telefon danışığı, Ursula fon der Leyenin Antonio Koşta ilə birgə Prezident İlham Əliyevlə görüşdə iştirakı Aİ-nin Azərbaycana verdiyi əhəmiyyətin bariz nümunələridir.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45

