Beynəlxalq ictimaiyyətin siyasi təfəkkürünü ayıldan fikirlər - ŞƏRH
23.07.2025 [14:21]
Prezident İlham Əliyevin “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda keçirilmiş III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündəki çıxışı ətrafında aparılan müzakirələr səngimir. Artıq bu gün çəkinmədən deyə bilərik ki, sözügedən tədbir beynəlxalq münasibətlər sistemində böyük və əlamətdar hadisəyə çevrilib. Müzakirələr zamanı səsləndirilmiş fikirlərin məzmununa görə Forum hətta yeni dövrün və yeni reallığın rəmzlərindən birinə çevrilməkdədir. Tədbirlə əlaqədar qlobal internet məkanında görə bildiyimiz bəzən hətta isterik olan şərhlər ondan xəbər verir ki, Forum öz siyasi hədəfinə, cənab Prezidentin mühüm mesajları isə öz ünvanına çatıb.
AZƏRTAC xəbər verir ki, bu fikirləri politoloq Asif Adil söyləyib.
Politoloq qeyd edib: “Bəli, Forumla əlaqədar təhlillər aparılmalı və mürəkkəb məqalələr də yazılmalıdır. Kənardan baxanda asan gələn mühüm nailiyyətlərin arxasında dayanan titanik əməyi və inanılmaz iradəni hamı görməli, hiss etməlidir. Unutmayaq ki, analitikanın məhdudluğu boşboğaz demaqogiyanın inkişafı üçün münbit şərait yaradır. Təkrarlasaq da deməliyik ki, böyük siyasət böyük təbliğatın aparılmasını tələb edir. Mühüm uğurların gələcək taleyi ucuz demaqogiyanın öhdəsinə buraxılmamalıdır”.
Müəllif bildirib ki, heç şübhəsiz, Azərbaycan Prezidenti tərəfindən Forumda səsləndirilmiş bəzi fikirlər beynəlxalq ictimaiyyətin siyasi təfəkküründə şok effektin yaranmasına səbəb olub. Bu şok hələ uzun müddət “elektrik cərəyanı” kimi bəzi beynəlxalq təşkilatların dəhlizlərində dövr edəcək. Onilliklər ərzində siyasətdə qlobal dəbi və tendensiyaları diktə edən tərəflər özləri haqda acı həqiqəti eşitməyə alışmayıb. Onlar qlobal hakim roluna elə giriblər ki, taxdıqları hakim maskası artıq üzlərinə yapışıb.
Məsələn, dövlətimizin başçısının “Lakin ətraf mühit böhranına ən çox rəvac verənlər, yəqin ki, bu yükü öz üzərinə götürməlidirlər... İqlim dəyişmələri ekzistensional əhəmiyyət daşıyan, inkişaf edən kiçik dövlətlərə gəldikdə, onlara güclü dəstək lazımdır” kimi fikirləri, əslində, dünyada qlobal ekoloji böhrana görə “supergüclər” arasında məsuliyyət bölgüsünün aparılmasına dair açıq çağırışdır. Əlbəttə ki, bu cür fikirlərin səsləndirilməsi üçün güc və iradə tələb olunur. Belə fikirlər dünyada Azərbaycana qarşı həm münasibətin məzmununu, həm də ölkəmizin beynəlxalq statusunu dəyişir.
Qlobal təşkilatların rəhbərliyində təmsil olunan və həmin təşkilatlar üçün ssenari yazanların analoji bəyanatlara reaksiyaları bəllidir. Təsadüfi deyil ki, Azərbaycan vaxtaşırı qərəzli informasiya hücumlarına məruz qalır. Prezident öz çıxışında sözügedən faktı açıq şəkildə etiraf edərək dedi: “... Qərbin ictimai rəyi və Qərb mediasının təsiri Azərbaycana gəldikdə çox mənfi və ədalətsizdir”. Əslində, açıq şəkildə səsləndirilmiş sözügedən fikrin siyasi interpretasiyası odur ki, “mən pislik etmək istəyən tərəfləri tanıyıram və onların əməlləri haqqında məlumatlıyam”. Siyasətdə məlumatlı olmaq isə rəqibi tərk-silah etmək deməkdir.
Prezident İlham Əliyevin növbəti sözləri isə müasir beynəlxalq münasibətlər sisteminin əxlaq fəlsəfəsini aşkar edir: “Güvənmək razılaşmaq demək deyil, etimad göstərmək nədənsə müəyyən dərəcədə narazı olmaq və ya müsbət gündəmdən başqa bir şeyə sahib olmaq demək deyil. Güvənmək, sadəcə olaraq, inanmaq deməkdir ki, əgər bir insan bunu deyibsə, deməli belə olacaq”. Bununla da dövlətimizin başçısı “etimad” məfhumunu təkrarən qlobal siyasətə qaytarmış olur. Hamımız çox gözəl bilirik ki, “etimad” olmayan yerdə münasibətlər dalana dirənəcək. Məhz bu səbəbdən də müasir dünyamızda münaqişələrin sayı durmadan artır.
Ümumiyyətlə, sülhə çağırış Prezident İlham Əliyevin xarici siyasətinin əsas leytmotivlərindən biridir. Prezidentin sülh notlarını biz hətta torpaqlarımız işğal altında olan zaman eşidirdik. Nüfuzlu təşkilatların rəhbərləri beynəlxalq münasibətlər sistemində mədəniyyətlərarası dialoq və multikulturalizm dəyərlərinin aktiv təbliği ilə məşğul olan Azərbaycanı “dünya multikulturalizmin ünvanlarından biri” adlandırırdı. Elə buna görə də Prezident öz çıxışında beynəlxalq ictimaiyyətin diqqətinə bir daha onu çatdırdı ki, sülh prosesinin təşəbbüskarı məhz Azərbaycan olmuşdur.
Prezidentin növbəti fikri isə tərs köşə kimi bir çox tərəflərə toxundu və ciddi şəkildə narahat etdi: “Cənubi Qafqaz sabitlik məkanı olacaq. Bizə sabitlik, təhlükəsizlik lazımdır. Çünki Cənubi Qafqaz əsrlər boyu qan tökülməsi, toqquşma, işğal məkanı olmuşdur və Qafqaz xalqları çox əziyyət çəkiblər. Ona görə də kifayətdir, biz artıq sülh şəraitində yaşamalıyıq”. Qafqaz tarix boyu bəzi ölkələrin qlobal geostrategiyalarının mərkəzində dayanıb. Bunun əziyyətini isə hər zaman regionda yaşayan millətlər çəkib. Bu siyasətə “dayan!” və “yetər artıq!” deyən də ilk dövlət başçısı məhz İlham Əliyev olub.
Bu, sadəcə, özgüvənin təzahürü deyil, bu, ədalətli mövqeyə və rəhbərlik etdiyi xalqa güvənməyin nəticəsidir. Bu cür yanaşma yalnız böyük siyasətçinin mövqeyi ola bilər. Odur ki, ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə səsləndirdiyi fikirləri özünün rəsmi “Truth Social” hesabında paylaşması təsadüfi deyil – ali siyasi etirafın təzahürü olan bu mesaj hörmətin təcəssümüdür. Müəllifi Azərbaycan xalqı olan yeni reallığın konturlarını indi daha aydın görə bilirik.
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28

