Ermənistan dilemma qarşısında..
22.05.2025 [09:42]
Ya sülh imzalayıb faktiki müstəqillik əldə etməli, ya da...
İrəvanda seçkiqabağı revanşistlərin “düyməsi”nə basıldı
Cənubi Qafqazda sabitlik, sülh və inkişaf dövrü formalaşdıran Azərbaycan son 5 ildə bu istiqamətdə fundamental addımlarla yadda qalıb. Qalib ölkə olmasına baxmayaraq, Azərbaycan 2022-ci ildən etibarən sülh təşəbbüsləri irəli sürməkdədir - son iki ildə isə bu təşəbbüslər mühüm nəticələr verməkdədir. Artıq sülh sənədinin bütün müddəaları tam razılaşdırılıb - 17 bənd üzrə sənəd hazırdır. Bundan başqa, ötən ilin aprelində 13 kilometrlik ərazidə delimitasiya və demarkasiya işləri həyata keçirildi və beləliklə, prosesə start verildi - Azərbaycanın 4 kəndi boşaldıldı. Artıq sülh üçün cəmi “iki” addım qalıb: birinci “addım” Ermənistan Konstitusiyasının dəyişilməsi, ölkəmizə qarşı qondarma, əsassız ərazi iddialarının aradan qaldırılması, ikinci “addım” isə rəsmi İrəvanın ATƏT-in fəaliyyətsiz Minsk Qrupunun ləğvi ilə bağlı müraciətidir. Qeyd edək ki, Ermənsitanın siyasi rəhbərliyi zaman-zaman yeni Konstitusiya layihəsinin hazırlanması ilə bağlı açıqlamalar veriblər, eyni zamanda, ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı müraciət haqqında danışıblar. Amma bütün hallarda “oxlar” 2026-cı ilə tuşlanır. Ermənistan siyasi rəhbərliyinin məntiqinə əsaslanılsa, gələn il üçün nəzərdə tutulan parlament seçkiləri həm də sülh üçün əsaslı addımların atılmasına zəmin yaradacaq.
“Qərb” yolu, yoxsa Fransanın “əlaltısı”...
Amma gələn ilin parlament seçkiləri heç də sabit məcrada inkişaf etməyə bilər - ölkədə baş verənlər onu göstərir ki, Ermənistandakı siyasi böhran hələ də tam sona çatmayıb. Özünün müstəqil siyasi xətti olmayan İrəvan hələ də “seçim” axtarışındadır - amma bu seçkinin nəticəsini deyəsən, heç də “seçicilər” müəyyənləşdirməyəcək.
Hazırda ölkədə iki bir-birinə “zidd siyasi qütblər” formalaşıb - hakimiyyətin timsalında “qərbpərəst” adlandırılan qrup və köhnə komandanın fonunda “revanşist” adlanan qüvvələr. Birincilərin son illərdə apardığı siyasət sırf “Qərbə inteqrasiya” adı altında təbliğ olunsa da, əslində, fərqli statusla izah edilir:
- “Qərb” adı altında özünü Fransanın “əlaltısı” kimi aparan hazırkı siyasi rəhbərlik məhz Parisin diktəsi ilə hərəkət edir;
- Bayden-Blinken administrasiyasının qeyri-adekvat, antisülh siyasətinə “baş əyərək” ötən il ərzində bölgədə siyasi sabitliyin formalaşmasına qarşı cəbhə almışdı;
- Aİ-nin “müşahidə missiyası” adı altında regionda fərqli maraqların hərəkətlənməsini təmin edirdi.
Amma bununla belə, sülhlə bağlı fikirləri və son situasiya hazırkı hakim komandanı “özünə” gətirmiş kimi görünür - artıq, ABŞ-ın keçmiş administrasiyası ilə bağlanan “xartiya” xatırlanmır, Azərbaycanın qətiyyəti sayəsində Fransa bölgəyə təsir imkanlarını tam itirib, Aİ “missiyası”nın gələcəyi isə demək olar ki, həll edilib.
Revanşizm xəstəliyinin daşıyıcıları...
Amma eyni sözləri qarşı düşərgə - revanşistlər haqqında demək mümkün deyil. Açıq aşkar fərqli güclərin təlimatları əsasında özünün hərəkət trayektoriyasını quran revanşistlərin lideri qismində isə məqsədli şəkildə “dirildilən” Ermənistanın ikinci prezidenti Robert Köçəryandır. Son dövrlərdə bu qüvvələrin aktivləşməsi nəzərə çarpır ki, bu da əbəs yerə deyil.
Vurğulayaq ki, revanşist cəbhənin özü də bircins deyil - buraya Sarkisyan-Köçəryan qruplaşması, Ter-Petrosyan komandası və kilsə daxildir. Bu qrupların hərəsi ayrı-ayrılıqda fərqli baxışlara malik olsalar da, özlərinin bağlı olduqları ünvan eynidir. Bu baxımdan, onların bir “işarə” ilə birləşmə perspektivi hər zaman açıqdır. Son dövrlərdə sülh prosesinin kifayət qədər irəliləməsi, xüsusilə, Tiranada baş nazir Paşinyan ilə Prezident İlham Əliyevin fikir mübadiləsi aparması onları yenidən fəallaşmağa məcbur edib. Bu mənada, Köçəryanın fəallığı daha çox diqqəti cəlb edir - o, yenidən gündəmə gəlmək üçün, açıqlamalar verir, sülhü gözdən salmağa çalışır, insanları səhv yola sürükləyir.
Bu dəfə oğul Köçəryan iş başındadır
Paralel olaraq, Köçəryan özünün və ya ortağı Sarkisyanın siyasi ambisiyalarını həyata keçirmək imkanında olmadıqlarını anlayır. Onların hakimiyyəti dövründə baş verənlərdən sonra cəmiyyətin səsini qazanmaq mümkün deyil. Məhz bu baxımdan, “revanşist” komanda və havadarları yeni ssenari üzərində işləyir. Vətən müharibəsindən sonrakı müddətdə xüsusilə, antiterror tədbirlərindən sonra Paşinyana qarşı təbliğatda daha çox oğlunun siyasi siluetindən istifadə edən Köçəryan yenidən bu vasitəyə əl atır. Məsələn, bir neçə gün öncə Ermənistan parlamentində vitse-spiker Akop Arşakyan ilə Levon Köçəryan arasında mübahisə baş verib - münaqişə hətta deputatlar arasında davaya çevrilib. Robert Köçəryanın oğlu çıxışı zamanı Nikol Paşinyan və Alen Simonyanın fikirlərini xatırladıb və onları təhqir kimi qiymətləndirib. “Qoy Alen Simonyan ehtiyatlı olsun və bilsin ki, mən onu yerindən tullayanda bu, ona çox ağrılı olacaq”, - deyə L. Köçəryan bildirib. Köçəryanın sözlərinə qəzəblənən Arşakyan emosiyalarını cilovlaya bilməyib. “Ey, Levon, yerini bil! Otur yerində və sənə deyilənə qulaq as! Barmağını mənə tərəf uzatma!” - deyə o qışqırıb. Arşakyan daha sonra Köçəryanı zaldan qovacağı ilə hədələyərək onun yerinə oturmasını tələb edib.
Göründüyü kimi, artıq seçkilərə bir ildən də az müddət qaldığı bir zamanda vəziyyət tam radikal hal alıb. Levonun məhz atasının havadarlarının diqtəsi ilə bu sözləri bildirməsi təsadüfi deyil. Demək ki, artıq “düyməyə” basılıb və Ermənistan qısa zamanda özünün gələcəyi ilə bağlı soyuq başla qərar verməsə, onları heç də yaxşı perspektiv gözləmir.
Sülh müstəqillik vəd edir...
Yaranan paradoksal vəziyyət isə bir həqiqəti ortaya qoyur - Ermənistanın özünün siyasi yolu, istiqaməti və hədəfləri mövcud deyil. Bir gün Şimala, bir gün Qərbə yarınmaq üçün “hərəkətə” keçənlər isə yalnız lokal və korporativ maraqlar üçün səfərbər olur. Halbuki, Azərbaycanın təklif etdiyi yol - sülhün imzalanması, Ermənistan üçün həm də siyasi müstəqillik vəd edir. Bu ölkənin vassalıqdan xilas olaraq özü üçün yeni bir inkişaf trayektoriyası formalaşdırması, nəhayət, region üçün təhdid yaratmaması üçün sülh sənədi imzalanmalıdır. Əks halda, müstəqil yolu, müstəqil siyasəti olmayan bu dövlət bütövlükdə, Cənubi Qafqazın inkişafına ziyan vura bilər.
SADİQ
Xəbər lenti
Hamısına baxElm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09

