Trampın ilk rəsmi səfəri...
13.05.2025 [08:53]
Yenə də Körfəz ölkələri: ünvan dəyişməsə də, prioritetlər yenidir
ABŞ prezidenti Donald Trampın mayın 13-dən 16-dək davam edəcək Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə səfəri qlobal diqqət mərkəzindədir. Bu gündən başlanan tur prezidentin yanvarın 20-də vəzifəyə başladıqdan sonra ilk tamhüquqlu xarici səfəri sayılır. Xatırladaq ki, Tramp ilk prezidentliyi dövründə də ilk rəsmi səfərini məhz Səudiyyə Ərəbistanına etmişdi.
Qəzza diqqət mərkəzində olacaq...
Trampın Ər-Riyadda ABŞ və Körfəz Əməkdaşlıq Şurasının sammitində iştirak edəcəyi gözlənilir. Amerika mətbuatının yazdığına görə, prezidentin ABŞ-ın Yaxın Şərqdəki rolu və məqsədləri ilə bağlı fikirlər səsləndirəcəyi gözlənilir. AXİOS-dakı mənbələrin məlumatına görə, sammit mayın 14-nə planlaşdırılıb. Turun əsas məqsədlərindən biri iqtisadi sövdələşmələrin bağlanması və Amerika iqtisadiyyatına investisiyaların cəlb edilməsidir. Bundan başqa, səfər çərçivəsində HƏMAS - İsrail münaqişəsinin həlli yolları da müzakirə predmeti ola bilər. Qeyd edək ki, Trampın səfər edəcəyi ölkələrdən biri olan Qətər İsrail və HƏMAS arasında aparılan danışıqlarda əsas vasitəçidir.
Paralel olaraq Trampın qlobal neft qiymətlərini də müzakirə etməyi planlaşdırdığı bildirilir. ABŞ mətbuatının yazdığına görə, Vaşinqton ölkənin iqtisadi artımını sürətləndirmək üçün neft qiymətlərinə yenidən baxmağı əsas məqsədlərindən biri sayır.
“İbrahim sazişləri” yenidən gündəmə gəlir...
Trampın Körfəz ölkələrinə səfəri bir sıra məqamları ilə yadda qala bilər - belə ki, ABŞ mətbuatı səfər zamanı Donald Trampın Fələstin dövlətini tanıdığını elan edə biləcəyi ehtimalını irəli sürür. Siyasi mütəxəssislər bu fikri Trampın İsrail baş naziri ilə son dövrlərdəki soyuq münasibəti ilə əlaqələndirirlər. Bir müddət öncə NBC telekanalı mənbələrə istinadən Trampın son aylarda Netanyahu ilə gərgin münasibətdə olduğunu yazmışdı. Siyasətçilər arasında münasibətlər Qəzza zolağında hərbi əməliyyatların bərpası və İranla qarşıdurma ilə bağlı fikir ayrılıqlarına görə pisləşib.
Qeyd edək ki, belə bir addım ABŞ-ın mövqeyində dramatik dəyişiklik sayıla bilər - “The Media Line” mənbəsinə görə, İsrail və ərəb ölkələri arasında diplomatik münasibətləri normallaşdırmaq üçün “İbrahim Sazişləri”nin cəlbediciliyi artacaq. Donald Tramp prezident kimi ilk dönəmində belə sazişlərin təşəbbüskarı olsa da, Qəzzada davam edən müharibə kontekstində İsrailin Fələstin anklavını heç bir fərq qoymadan bombalamasına qarşı çıxan ərəb dünyası ölkələri üçün “İbrahim razılaşmaları” öz cəlbediciliyini itirmişdi.
Tramp administrasiyasının digər kompromis qərarı isə ABŞ-ın martın 15-dən bəri fəal şəkildə mübarizə apardığı Yəmən husilərinə qarşı zərbələrin dayandırıldığını elan etməsidir. MEE-nin məlumatına görə, Tramp administrasiyasının husilərlə atəşkəsə razılaşması ABŞ-Ərəb sammitinin təşkilatçısı olan Ər-Riyadın təşəbbüsüdür.
Kompromis axtarışında...
Trampın səfəri ilə bağlı fikirlərə diqqət çəkərkən, bir amili gözdən qaçırmaq olmaz - ABŞ prezidentinin son dövrlərdəki addımları göstərir ki, Vaşinqton artıq birtərəfli mövqedən əl çəkir və kompromis tapmağa çalışır. Hətta Qərb politoloqları da bildirirlər ki, Trampın hərəkətləri böyük ambisiyalardan xəbər verir - o, təkcə Rusiya ilə Ukraynanı, Hindistan və Pakistanı barışdırmaq niyyətində deyil, həm də ərəb-İsrail istiqamətində eskalasiyanı azaltmaq istəyir. Bəzi siyasətçilər Ağ Ev rəhbərinin vəziyyətə “effektiv menecer” nöqteyi-nəzərindən baxdığını bildirirlər - bu yolla da bütün dünyanı: Moskva ilə Kiyevi, Dehli və İslamabadı, İsraillə Fələstini barışdırmağı bacaracaq deyə iddialar irəli sürülür.
Əsas prioritetlər...
Səfər ediləcək dövlətlərin də Trampla bağlı prioritetləri mövcuddur. Enerji ilə zəngin üç körfəz dövləti Trampın Yaxın Şərq səfərini münasibətlər baxımından nəzərəçarpacaq faydaya çevirməyə çalışacaq. Prosesin əvvəlinə diqqət yetirək:
- ABŞ prezidenti ilə əlaqələr qurulur;
-ABŞ iqtisadiyyatına trilyonlarla dollar investisiya vəd edilir;
-Trampın Qəzza, Ukrayna kimi həll etmək istədiyi münaqişələrdə əsas vasitəçi rolu üzərlərinə götürməyə çalışılır (Ərəbistanda keçirilən görüşlər də bunun sübutudur).
Başqa sözlə, burada hər bir tərəfin öz gözləntisi var - Tramp investisiya və maddi inkişaf üçün parametr, körfəz ölkələri isə ABŞ ilə daha yaxın münasibət axtarışındadır. Və bu qarşılıqlı istəklər də müəyyən mənada reallaşır. Tramp “Oval kabinetə” qayıtdıqdan sonra ABŞ ilə Körfəz ölkələri arasında münasibətlər xeyli yaxşılaşıb. Bayden administrasiyası dövründə bu münasibətlər donmuş vəziyyətdə idi. Qərbi politoloqlar iddia edirlər ki, körfəz ölkələri Vaşinqtonla əlaqələri gücləndirmək və dünyanın ən güclü ölkəsi ilə münasibətlərdə daha böyük imtiyazlar əldə etmək şansını qaçırmayacaqlar.
Körfəz ölkələrinin gözləntiləri...
Məsələn, ötən il Vaşinqton ilə Ər-Riyad arasında müdafiə sahəsi üzrə çoxmilyardlı bir müqavilənin imzalanacağı gözlənilirdi. Bu, sonradan dayandırıldı. Tramp isə İsrail-Fələstin münasibətlərindən kənarda böyük razılaşmaların axtarışındadır. Ər-Riyad həmçinin mülki nüvə proqramının hazırlanmasında ABŞ-la əməkdaşlığa can atır. CNN yazır ki, Səudiyyə Ərəbistanının nüvə proqramı Amerika şirkətlərinə gəlirli müqavilələr üçün “yaşıl işıq” ola bilər.
Tramp üçün ən vacib səfərlərdən biri isə BƏƏ-yə səfər sayılır. Çünki ABŞ-ın yeni münasibətlər strategiyasının mərkəzində daha çox BƏƏ investisiyaları diqqəti cəlb edir: Əbu-Dabi Amerika iqtisadiyyatına trilyonlarla investisiya yatıracağını vəd edib.
Qətərə gəldikdə isə, Doha ABŞ-la rəsmi təhlükəsizlik əlaqələri olan bir dövlət sayılır. Burada ABŞ-ın Yaxın Şərqdəki ən böyük hərbi bazası yerləşir. Xatırladaq ki, ötən il ABŞ Qətərdəki hərbi mövcudluğunu daha 10 il müddətinə uzadıb. CNN xəbər verir ki, Doha səfəri zamanı Trampla müzakirə ediləcək əsas məsələnin Suriya olacağı düşünülür. Qətər Tramp administrasiyasını Suriyaya qarşı sanksiyaları ləğv etməyə çağırır - bildirilir ki, Doha Suriyaya maddi yardım etmək üçün Vaşinqtonun da müsbət yanaşmasını gözləyir.
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55

