Dünya ölkələri yeni tariflərə qarşı...
08.04.2025 [08:32]
Trampın gömrük siyasəti nə vəd edir?
Trampın gömrük siyasəti beynəlxalq ictimaiyyətdə ciddi əks-səda doğurub. Bu yaxınlarda Ağ Ev rəhbərinin ABŞ-a idxal olunan mal və məhsullara yeni gömrük rüsumları tətbiq etməsi bir çox ölkələr, xüsusilə də Avropa və Asiya ölkələri tərəfindən birmənalı qarşılanmayıb. Trampın addımı Avropa və Asiya ölkələrinin ciddi narazılığına səbəb olub. Belə ki, Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hasset “ABC News” telekanalına müsahibəsində bildirib ki, ABŞ 50-dən çox ölkədən Vaşinqtonun tətbiq etdiyi idxal rüsumlarının azaldılması və ya ləğv edilməsi ilə bağlı danışıqlara başlamaq üçün müraciət alıb. Eyni zamanda, Tramp keçən həftənin sonu Floridadan Vaşinqtona qayıdan zaman prezident təyyarəsinin göyərtəsində jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, o, Avropa və Asiya liderləri ilə Birləşmiş Ştatların rüsumları ilə bağlı müzakirələr aparıb. Xüsusi bir məqamı da qeyd etmək lazımdır ki, artıq Avropa İttifaqı ölkələri Trampın gömrük siyasətinə qarşı vahid cəbhədə birləşmək niyyətindədirlər - onlar ABŞ-ın 28 milyard dollar dəyərində olan mal və məhsullarına adevkat cavab tədbirləri görməyi planlaşdırırlar.
ABŞ-ın ticarət naziri Hovard Latnik hesab edir ki, Tramp administrasiyası aprelin 2-də elan edilmiş gömrük rüsumları ilə bağlı danışıqlara getməyə bilər. Latnik “CBS News” telekanalına açıqlamasında qeyd edib ki, rüsumlar heç bir halda təxirə salına bilməz. Onun sözlərinə görə, rüsumlar mütləq bir neçə gün və həftə ərzində qüvvədə qalacaq. Hətta əlavə edib ki, yaxın zamanda əlavə rüsumların tətbiq olunacağı gözlənilir. Bir çox ekspertlərin fikrincə, Trampın öz gömrük siyasətində hər hansı güzəştə gedəcəyi ehtimal olunmur.
Daha çox ABŞ zərər görə bilər
Məsələ ilə bağlı iqtisadi-siyasi ekspert Eldəniz Əmirov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Trampın tarif siyasəti qlobal iqtisadiyyatda ciddi təlatümlərə yol açacaq. “Bu, çox ağır problemlər yaradacaq. Problemlərdən ən çox zərərli çıxacaq ölkə məhz ABŞ-ın özü olacaq. Hər bir ölkəyə dəymiş mənfi iqtisadi təsir kiçik miqdarda da olsa, Birləşmiş Ştatlara da təsir edəcək. Sözsüz ki, belə ölkələrin sayı çox olacaq. İstər Kanada və Meksika, istər Avropa ölkələri, istərsə də Çinin, habelə digər ölkələrin məhsullarına yüksək həcmdə rüsum tətbiq etmək ABŞ-ın özündə iqtisadi-sosial vəziyyəti ağırlaşdıracaq. Həmin ölkələr də qarşılıqlı cavab tədbirləri görəcəklər. Nəticədə ölkədə sahibkarlığın inkişafına böyük zərbə dəyəcək və inflyasiyanın səviyyəsi artacaq. Bu isə özü-özlüyündə insanların Tramp hakimiyyətinə narazılığının artmasına gətirib çıxaracaq. ABŞ öz tarif siyasətinə yenidən baxmaq məcburiyyətində olacaq. Bu, birmənalı şəkildə baş verəcək”.
Müraciətlərin heç bir əhəmiyyəti yoxdur
E.Əmirovun sözlərinə görə, rüsumların azadılması ilə bağlı Trampa nə qədər çox ölkə müraciət etsə də, bu problem asanlıqla həll olunmayacaq: “Çünki ABŞ öz iqtisadi maraqlarını digər ölkələrin iqtisadi maraqlarından üstün tutur. Sadəcə olaraq, məsələ burasındadır ki, həm Trampın özü, həm də komandasında olan şəxslər yalnız biznes sahəsində peşəkardırlar, amma dövlət idarəçiliyində ciddi və dərin təcrübəyə malik deyillər. Dövlət idarəçiliyi isə biznes idarəçiliyindən çox fərqlənir. Burada makro-iqtisadi yanaşmalar, o cümlədən ölkələrarası geostrateji, geosiyasi və geoiqtisadi yanaşmalar çox önəmlidir. Buna görə də hesab edirəm ki, Trampın addımları ABŞ-ın tarixində yanlış siyasət kimi qələmə veriləcək. Qarşıdakı illərdə bunun fəsadlarına şahid olacağıq”.
Tramp müəyyən güzəştlərə gedə bilər
ABŞ ilə Avropa İttifaqı və Asiya ölkələri arasında gözlənilən danışıqlarda qarşılıqlı güzəştlərin olub-olmayacağı məsələsinə gəlincə, E.Əmirov vurğulayıb ki, Tramp buna gedə bilər: “Şübhəsiz ki, Tramp gömrük rüsumları tətbiq edərkən öz siyasətində müəyyən güzəştləri də düşünüb. Əgər qarşılıqlı danışıqlar baş tutacaqsa, bu danışıqlarda ABŞ-ın qarşı tərəfə tətbiq etdiyi 20 faizlik rüsum 10 faizə endirilə bilər”.
Tramp Çinə qarşı mübarizəni daha da gücləndirəcək
E.Əmirov bildirib ki, Trampın Rusiya-Ukrayna müharibəsini tez bir zamanda sona çatdırmaqda başlıca məqsədi Çin faktorudur. Ekspert hesab edir ki, Tramp Çinin Rusiya üzərində olan təsirini azaltmaq və Rusiyanı öz tərəfinə çəkmək niyyətindədir: “Rusiya 73 trilyon dollarlıq təbii sərvətlərə malik olan ölkədir. Tramp istəmir ki, Çin Rusiyanın sərvətlərindən öz iqtisadi maraqları üçün istifadə etsin. Bildiyimiz kimi, Çin ABŞ-ın ən böyük rəqibidir. Qeyd edim ki, gec-tez Çin qlobal rəqabətdə ABŞ-ı üstələyəcək. Çin öz xüsusi texnoloji imkanları ilə buna nail olacaq,” - deyə bildirən E.Əmirov, həmçinin əlavə edib ki, Çinin digər ölkələrdən fərqlənən cəhəti onun xüsusi çevikliyə malik olmasıdır: “ABŞ-da, eləcə də digər ölkələrdə formalaşan ideyalar müəyyən müddət ərzində layihəyə çevrilir, ondan sonra icra olunur, daha sonra isə məhsul ortaya çıxarılır. Amma Çində isə bu gün ortaya atılan ideya cəmi bir neçə həftə sonra tətbiq olunur. Bütün ölkələr sürətdə Çinə uduzur. Bu, Çinin qlobal təsir imkanlarını artırır. Trampı narahat edən əsas faktor məhz budur”.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19
Dünya
21 Aprel 20:57
Dünya
21 Aprel 20:35
Dünya
21 Aprel 20:25
Dünya
21 Aprel 19:41
Dünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58

