Makron siyasi rəqiblərini “sıradan çıxarır”...
02.04.2025 [09:06]
Paris məhkəməsindən antidemokratik qərar
Fransa qanunvericiliyinə görə ölkədə növbəti prezident seçkiləri 2027-ci ildə keçiriləcək. Bununla belə, hakimiyyətinin ömrünü uzatmaqla bağlı planlar quran Makron elə indidən seçki hazırlıqlarına başlayıb. Ancaq bu hazırlıqlar heç də Fransanın tarix boyunca bəyan etdiyi demokratik prinsiplərə və qanunun aliliyinə əsaslanmır. Makron seçki hazırlıqlarını səlahiyyətlərindən sui-istifadə edərək siyasi rəqiblərini sıradan çıxarmaqla həyata keçirir. Deyə bilərik ki, o, bu məqsədlə bütün hakim komandanı səfərbər edib.
Bu günlərdə Paris məhkəməsinin Fransada siyasi olimpə doğru inamlı addımlar atan və növbəti prezident seçkilərində Makrona potensial rəqib kimi dəyərləndirilən sağçı “Milli Birlik” Partiyasının parlament fraksiyasının rəhbəri Marin Le Penə qarşı çıxardığı antidemokratik qərar başqa izaha seçim qoymur. Belə görünür ki, Fransada məhkəmə sistemi də Yelisey Sarayının təsiri altındadır və hakim komandadan gələn sifarişləri yerinə yetirir.
Marin Le Penin seçki marafonundan kənarda saxlanılmasına hesablanan qərar
Bu dəfə Makron siyasi rəqibini məhkəmə qərarı ilə seçki marafonundan uzaqlaşdırmaq texnologiyasını işə salıb. Paris məhkəməsi Marin Le Pen və “Milli Birlik” Partiyasından olan səkkiz deputatı parlament köməkçiləri işində təqsirli bilib. Məhkəmənin qərarı ilə Le Pen dörd il müddətinə (iki il şərti və iki il elektron qolbaqla) azadlıqdan məhrum edilib. O, həmçinin 100 min avro məbləğində cərimələnib. Bundan başqa, məhkəmə Le Penə beş il müddətində dövlət orqanlarına seçilməyi qadağa qoyub. Məhkəmə qərara gəlib ki, hökm təcili yerinə yetirilməlidir. Le Pen Avropa Parlamentində köməkçiləri işə götürmək üçün ayrılan vəsaiti mənimsəməkdə təqsirli bilinib.
Əslində, geniş şərhə ehtiyac yoxdur. Aydın şəkildə görünür ki, hökm siyasətçinin 2027-ci ildə prezidentliyə namizədliyini irəli sürməsinə mane ola biləcək seçilmək hüququnun itirilməsini nəzərdə tutur. Makronun Marin Le Pen sarıdan narahatlığı isə sonuncunun təmsil olunduğu “Milli Birlik” Partiyasının ötən il həm Avropa Parlamentinə (AP), həm də Milli Assambleyaya baş tutan seçkilərdə mərkəzçi kimi təqdim olunan hakim koalisiyanı əhəmiyyətli dərəcədə üstələməsindən qaynaqlanır. Xatırladaq ki, Fransada 2024-cü il iyunun 9-da Avropa Parlamentinə keçirilən seçkilərdə sağçı “Milli birlik” Partiyası 31,36 faiz səs toplayaraq Makron koalisiyasını iki dəfədən çox üstələyib. Partiyasının Avropa seçkilərində iflasından sonra Makron parlamentin aşağı palatasını buraxaraq növbədənkənar seçkilər elan etdi. Bu qərar əslində onun revanş cəhdi idi. Ancaq Makronun ikinci seçki cəhdi də uğursuz oldu. Belə ki, Milli Assambleyaya seçkilərin birinci turunda “Milli birlik” Partiyası və onunla müttəfiq qüvvələr 33,4 faiz səs toplayaraq qalib gəldi. Həmin seçkilərdə ikinci yeri 27,98 faizlə solçu “Yeni Xalq Cəbhəsi” koalisiyası qazandı. Makronun mərkəzçi adlandırılan koalisiyası isə 20,76 faiz səslə yalnız üçüncü yerlə kifayətlənməli oldu.
Makronun komandası dalbadal iki məğlubiyyətdən sonra üçüncü seçki cəhdinə saxtakarlığa, siyasi oyunbazlığa qol qoymaqla hazırlaşdı. Belə ki, Yelisey Sarayından gələn siyasi sifariş əsasında sağçıların ikinci turda mütləq qələbəsini əngəlləmək məqsədilə planlar quruldu - solçuların üstünlük təşkil etdikləri dairələrdə mərkəzçilər, mərkəzçilərin üstünlük təşkil etdikləri dairələrdə isə solçular namizədliklərini geri götürdülər və 200-dən çox namizəd ikinci tur seçkilərinə qatılmadı. Bu seçki oyunu prezident koalisiyasına müəyyən üstünlüklər yaratmaqla mərkəzçi düşərgədən birinci turla müqayisədə daha çox namizədin qalib gəlməsinə yol açsa da, Makronun parlamentdə mütləq səs çoxluğuna nail olmaq istəyini təmin etmədi. Mərkəzçilər ikinci turun nəticələrinə görə Mari Le Penin partiyasını üstələsələr də, yalnız ikinci yerlə kifayətlənməli oldular.
Makron ötənilki seçkilərin və onun reytinqinin hədsiz dərəcədə aşağı düşdüyünü təsdiqləyən son rəy sorğusunun nəticələrinin fərqindədir. İndi Yelisey Sarayının sahibi üçün tunelin sonunda işıq görünmür və o, yeganə çıxış yolunu məhz antidemokratik yolla rəqiblərini sıradan çıxarmaqda görür.
Fransa demokratiyasının edamı
Gözlənildiyi kimi, Paris məhkəməsinin antidemokratik qərarı birmənalı qarşılanmayıb. Eyni zamanda, “Milli Birlik” Partiyası məhkəmə qərarına etiraz olaraq petisiyaya başlayıb. Bu barədə partiyanın lideri Jordan Bardella “X” sosial şəbəkəsində yazıb. “Marin Le Penin 2027-ci ildə namizəd olmasını əngəlləyən hökm demokratik qalmaqaldır. Onlara xalqın iradəsinin daha güclü olduğunu göstərək, - deyə siyasətçi çağırış edib.
Bardella partiyanın internet saytında “Hakimlərin diktaturasına” qarşı petisiyaya “Marinə dəstək!” başlığı və “demokratiyanı xilas et” həştəqi ilə link yerləşdirib. Müraciətdə deyilir: “Ədalətsiz məhkum edilən təkcə Marin Le Pen deyil: bu, Fransa demokratiyasının edamıdır. Bu, artıq hakimlər hökuməti deyil, hakimlərin diktaturasıdır ki, Fransa xalqının öz fikrini ifadə etməsinə mane olmaq istəyir”.
Marin Le Penin özü məlum qərarı partiyasını məhv etmək cəhdi kimi qiymətləndirib. Siyasətçi onu seçki hüquqlarından məhrum edən Paris məhkəməsinin hökmündən apellyasiya şikayəti verməyi planlaşdırır. Onun vəkili Rodolf Bosselyu BFMTV telekanalının efirində bildirib ki, qalmaqallı vəziyyət yaranıb və müdafiə tərəfi boş oturmaq niyyətində deyil. Bosselyu qeyd edib ki, Le Pen özü də məhkəmənin qərarından şoka düşüb, xüsusilə də seçkilərdə iştirak qadağası dərhal qüvvəyə minib.
Ağ Evdən çağırış
Paris məhkəməsinin qərarı ölkə hüdudlarından kənarda da birmənalı qarşılanmayıb. Bu günlərdə ayrı-ayrı ölkələr və beynəlxalq təşkilatlar Yelisey Sarayını Fransanın demokratik dəyərlərinə sadiq qalmağa çağırırlar.
Həmçinin Paris məhkəməsinin qərarına Ağ Evdən də reaksiya özünü çox gözlətməyib. “Qərb ölkələri uyğun olmayan şəxsləri siyasi proseslərdən kənarda qoymamalıdırlar”. Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Brüs sözügedən qərarı şərh edərkən deyib. Fikirlərinə davam edən Ağ Ev rəsmisi vurğulayıb: “İnsanların siyasi proseslərdən kənarda qalması xüsusilə narahatedicidir”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
04 İyun 11:50
Siyasət
04 İyun 11:33
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54

