Sülh üçün...
27.11.2024 [09:31]
Türkiyənin vasitəçiliyinə ehtiyac artır
NATO və Rusiya Ankaranın potensialını necə dəyərləndirir?
Hazırda Rusiya-Ukrayna müharibəsində yeni vəziyyətin yaranması dünya üçün qlobal təhdidləri artırır. Qərb ölkələrinin Ukraynaya verdiyi ağır silahlarla Rusiya ərazisini vurmağa icazə verməsi, Moskvanın isə bunu ballistik raketlərlə cavablandırması müharibənin miqyasını daha da genişləndirib. Digər tərəfdən, Rusiyanın nüvə doktrinasına yenidən baxması isə əlavə narahatlıqlar yaradır. Bütün bunlar Qərb və Rusiya arasında gərginliyin pik həddə çatdığını göstərir.
Türkiyə və Rusiya liderlərinin telefon söhbəti
Belə bir şəraitdə Türkiyə sülh təşəbbüslərini davam etdirir. NATO-nun aparıcı üzvü olmasına baxmayaraq Türkiyə Rusiya ilə Ukrayna arasında tezliklə sülhün təmin olunmasının tərəfdarıdır. NATO müttəfiqlərinin əksəriyyətinin mənfi qarşılamasına baxmayaraq, rəsmi Ankara mövqeyində qətiyyətlidir. Ən azı ona görə ki, Türkiyə hər iki ölkə ilə qonşudur. Hazırda gərginliyin pik həddə çatması Ankaranın diplomatik fəallığın daha da artırmasını zəruri edir. Bu baxımdan, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyanın dövlət başçısı Vladimir Putinlə son telefon danışığı qeyd olunmalıdır. Telefon söhbətində Türkiyə ilə Rusiya arasında ticarət həcminin genişləndirilməsi başda olmaqla bir çox sahədə əməkdaşlığın artırılması müzakirə edilib. Lakin təbii ki, regiondakı vəziyyət xüsusi diqqət mərkəzində olub. Prezident Ərdoğan Türkiyənin bölgədəki gərginliyin aradan qaldırılması üçün səylərinə və sülh proseslərinə töhfə verməyə davam edəcəyini bildirib.
NATO-nun Baş katibi Ankaraya niyə gəlmişdi?
Diqqət çəkən daha bir məqam isə hazırkı şəraitdə NATO-nun Baş katibi Mark Ruttenin Ankaraya səfər etməsidir. Bu faktlar Türkiyənin həm Rusiya, həm də Qərb tərəfindən güclü dövlət kimi qəbul olunmasının göstəricisidir. Xatırladaq ki, NATO-nun Baş katibi Mark Rutte noyabrın 25-də Türkiyə rəhbərliyi ilə danışıqlar aparıb. Hərbi blokun rəhbəri ilə Prezident Rəcəb Tayyib Ərdoğan arasında görüş bir saata yaxın və mətbuata qapalı keçirilib. Görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan və milli müdafiə naziri Yaşar Gülər də iştirak ediblər.
Gün ərzində Alyansın rəhbəri Rutte H.Fidan və Y.Gülərlə də ayrı-ayrılıqda görüşlər keçirib. Türkiyə Prezidentinin Administrasiyasının açıqladığı məlumata görə, NATO Baş katibinin iştirakı ilə keçirilən danışıqların gündəliyində Ukraynadakı müharibə, Yaxın Şərqdəki böhran, həmçinin terrorizmlə mübarizədə birgə fəaliyyət məsələsi yer alıb. Bundan əlavə, görüşlərdə 2026-cı ildə Türkiyədə NATO sammitinin təşkili və müdafiə sənayesi məhsullarının tədarükü sahəsində alyans üzvləri arasında həmrəylik məsələləri müzakirə olunub.
Nəzərə almaq lazımdır ki, Türkiyə NATO-nun ikinci ən böyük ordusuna sahibdir. Qlobal münaqişə potensialı olan bəzi məsələlər, xüsusən Rusiya-Ukrayna müharibəsi NATO-nun təhlükəsizlik problemlərində sadəcə əməkdaşlıq və həmrəylik təşkilatı olmaqdan savayı, həmçinin müəyyən addımlar atmalı olduğunu göstərir. Bu funksiyalardan ən mühümü NATO-nun çəkindirmə və təhlükəsizlik perspektivinə malik olmasıdır. Lakin bundan əlavə, onun həm də sülh missiyası olmalıdır. Rəsmi Ankara hesab edir ki, alyans sülhü bərqərar etmək üçün öz vəzifələrini yenidən nəzərdən keçirməlidir. Bu kimi proseslərdə həm NATO mütəfiqləri, həm də Rusiya Türkiyənin imkanlarını real qiymətləndirməlidir.
Dünyanın ən böyük hərbi güclərindən biri
Digər vacib məqam da odur ki, Türkiyə son 20 ildə öz hərbi gücünü əhəmiyyətli dərəcədə artırıb. Bu dövrdə Türkiyə çox sürətlə öz müdafiə sənayesini gücləndirib və ordusunu ən müasir hərbi texnika və atıcı silahlarla təmin edib. Hazırda Türkiyə dünyanın ən böyük pilotsuz uçuş aparatları (PUA) istehsalçısıdır. Ankara bundan sonra da diqqətini pilotsuz döyüş platformalarının işlənib hazırlanmasına yönəldəcək və ölkə üçün istənilən potensial təhdidin qarşısını almaq üçün çoxsəviyyəli “Polad günbəz” hava hücumundan müdafiə sistemi yaradacaq. Artıq uzunmənzilli hava hücumundan müdafiə sistemi olan “Siper Blok-1” Türkiyə Silahlı Qüvvələrinin arsenalına daxil edilib. “Siper Blok-1” ölkənin “Polad Günbəz” (“Çelik Kubbe”) sisteminin yeni elementinə çevrilib. Türkiyə mediası yazır ki, sözügedən sistem ABŞ istehsalı olan “Patriot” və Rusiya istehsalı olan “S-400”ə bənzərdir.
Bundan başqa, Türkiyə sualtı qayıq layihəsini də uğurla reallaşdırır. Hələ 2015-ci ildə Yeni Tip Sualtı Qayıq Layihəsi çərçivəsində yerlilik göstəricisi yüksək olan “Type-214TN (Reis)” sinfinə məxsus sualtı qayıqların istehsalına başlayan Türkiyə 2017-ci ilin iyun ayında MİLDEN (Milli Sualtı Qayıq) layihəsinə start verib. 2025-ci ilə qədər layihələndirmə işlərinin başa çatdırılması və Gölcük Gəmiqayırma Zavodunda ilk gəminin istehsalına başlanması planlaşdırılır. İlk gəminin 2031-ci ilə qədər tamamlanacağı gözlənilir.
Türkiyə ən yeni nəsil texniki göstəricilərə malik qırıcılar, helikopterlər və avtomobillər də istehsal edir. Türkiyə milli döyüş təyyarəsi “KAAN”ı istehsal etməklə dünyada 5-ci nəsil qırıcı istehsal edən 5 ölkədən biri sayılır. Xatırladaq ki, Türkiyənin “KAAN” milli hərbi təyyarəsi bu ilin fevralında ilk uçuşunu uğurla həyata keçirib. Bütün bunlar Türkiyənin hərbi sənayesinin mühüm nailiyyətləridir. Təbii ki, belə güclü hərbi potensiala sahib olan ölkə ilə digər dövlətlər hesablaşmalıdır. Lakin Ankara bu gücü ilə sadəcə öyünmür, dünyada sülh və təhlükəsizliyin təmin olunması təşəbbüslərini davam etdirir.
Hazırda gərginliyin pik həddə çatması Ankaranın diplomatik fəallığın daha da artırmasını zəruri edir.
Rəsmi Ankara hesab edir ki, alyans sülhü bərqərar etmək üçün öz vəzifələrini yenidən nəzərdən keçirməlidir. Bu kimi proseslərdə həm NATO mütəfiqləri, həm də Rusiya Türkiyənin imkanlarını real qiymətləndirməlidir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55

