İranda helikopter qəzası...
21.05.2024 [10:20]
Prezident İbrahim Rəisi həyatını itirdi
Xəbər verildiyi kimi İran Prezidenti İbrahim Rəisinin helikopteri qəzaya uğrayıb. Prezidenti daşıyan helikopter İran-Azərbaycan sərhədindən çox da uzaq olmayan Verzeqan şəhəri yaxınlığında sərt eniş edib. Helikopterdə Prezident İbrahim Rəisi ilə birgə Təbrizin cümə imamı Höccətülislam əl-Haşim, XİN başçısı Hüseyn Əmir Abdullahian, Şərqi Azərbaycan qubernatoru Malik Rəhməti, iki pilot və bir pilot köməkçisi, təhlükəsizlik qrupunun rəhbəri, mühafizəçilərdən biri olub. Qəza nəticəsində helikopterdə olan bütün şəxslər həyatını itirib.
Azərbaycan Prezidenti başsağlığı verdi...
Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin faciəvi vəfatı ilə əlaqədar İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyiyə baş sağlığı məktubu ünvanlayıb: “Dost və qardaş İran İslam Respublikasına və xalqına üz vermiş ağır itki - İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olması xəbəri bizi olduqca sarsıtdı. Prezident Seyid İbrahim Rəisinin simasında İran xalqı bütün həyatını ölkəsinə fədakarlıqla və sədaqətlə xidmət etmiş görkəmli dövlət xadimini itirdi. Onun əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır. Bu hüznlü gündə Uca Allahdan dost və qardaş İran xalqına səbir və dözüm diləyir, kədərinə şərik olduğumuzu bildirir, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.
Qəzada həlak olanlar kimlərdir?
Qeyd edək ki, faciəvi qəza ilə bağlı İranda milli matəm elan edilib. Faciəvi hadisədə həyatını itirən İran Prezidenti Seyid İbrahim Rəisi 1960-cı ildə İranın Məşhəd şəhərində doğulmuşdu. Hüquq təhsili olan Rəisi bir müddət Tehranın baş prokuroru olaraq çalışıb. 2014-15-ci illərdə isə ölkənin baş prokuroru postunu tutub. 18 iyun 2021-ci ildə keçirilən 13-cü prezident seçkisinin rəsmi nəticələrinə görə, Rəisi 17 milyon 900 min səs qazanaraq seçkidə qələbə qazanmışdı və İran İslam Respublikasının 8-ci prezidenti seçilmişdi.
Qəzada həlak olan İranın xarici işlər naziri olmuş Hüseyn Əmir-Abdullahian isə 1964-cü ildə İranın Damğan şəhərində anadan olmuşdu. O, Tehran Universitetində Beynəlxalq Münasibətlər üzrə fəlsəfə doktoru dərəcəsini yiyələnib. Ərəb və ingilis dilində sərbəst danışıb. H.Əmir-Abdullahianın 20 ilə yaxın diplomatik təcrübəsi olub. O, əsasən, Bəhreyndə və İranın Körfəz ölkələrində yerləşən səfirliklərində çalışıb. 2011-2016-cı illərdə Ərəb və Afrika ölkələri üzrə xarici işlər nazirinin müavini vəzifəsini icra edib Hüseyn Əmir-Abdullahian 2021-ci ildə İranın xarici işlər naziri təyin edilmişdi.
Şərqi Azərbaycan əyalətinin qubernatoru vəzifəsində çalışmış Malik Rəhməti 1982-ci ildə doğulub. Rəhməti Tehran Xarəzmi Universitetində hüquq üzrə doktorluq dərəcəsini alıb. Bir müddət özəl hüquq fəaliyyəti ilə məşğul olub. Daha sonra İranın iqtisadi işlər və maliyyə nazirliklərində müxtəlif postlarda çalışıb. İbrahim Rəisinin prezident seçilməsindən sonra isə 13-cü hökumətdə Şərqi Azərbaycanın qubernatoru vəzifəsinə təyin edilib.
Təbrizin imam cüməsi Məhəmmədəli Al-Haşim 1962-ci ildə Təbriz şəhərində ruhani ailəsində doğulub. İlkin dini biliklərə Təbrizdə yiyələnən Məhəmmədəli Al-Haşim alimlik dərəcəsini İranın Qum şəhərində alıb. O, Təbrizin imam cüməsi olmamışdan əvvəl 2008-16-cı illərdə İranda “Ordunun Siyasi İdeoloji Təşkilatı”nın rəhbəri vəzifəsində çalışıb. 2016-cı ildən Təbrizin imam cüməsi olub.
Rəisini Moxber, Abdullahianı isə Kəni əvəz edəcək
İran konstitusiyasına görə 1-ci vitse-prezidenti Məhəmməd Moxber prezidentin vəzifəsini icra edəcək. Bununla yanaşı, 50 gün ərzində İranda yeni prezident seçkiləri keçiriləcək. Bunu İranın Ali Lideri Ayətulla Seyid Əli Xamenei İran prezidenti və onu müşayiət edən şəxslərin ölümü ilə əlaqədar verdiyi başsağlığı müraciətində bildirib. Xamenei bildirib ki, 1-ci vitse-prezident, məhkəmə sisteminin sədri və parlament sədri yeni prezident seçkilərinin keçirilməsi üçün addımlar atmalıdır.
İran hökumətinin sözçüsü Əli Bəhadori Cəhromini isə bildirib ki, mərhum XİN başçısı Hüseyn Əmir Abdullahianın vəzifəsini onun müavini Əli Baqeri Kəni icra edəcək. O qeyd edib ki, artıq bununla bağlı Nazirlər Kabinetinin iclası keçirilib və yekun qərar qəbul edilib. 20 may tarixli qərara əsasən, Əli Baqeri Kəni hökumətin xarici məsələlər üzrə əlaqələr komitəsinin məsul şəxsi təyin olunub.
Yeni gəlmişkən, Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İrana başsağlığı verib. Bu barədə XİN-in “X” hesabında paylaşım edilib. Bildirilib ki,bu acı gündə Azərbaycan qardaş və dost İran İslam Respublikası ilə həmrəydir: “Helikopter qəzası zamanı İran İslam Respublikasının Prezidenti İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahyanin, Şərqi Azərbaycan vilayətinin general-qubernatoru Malek Rəhmətinin, Təbrizin imamı Məhəmməd Əli Haşemin və onları müşayiət edən digər şəxslərin həlak olması ilə bağlı dəhşətli xəbər bizi dərindən kədərləndirdi. Faciəvi qəza zamanı bütün həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”.
SADİQ
Xəbər lenti
Hamısına baxElm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59

