Türkiyə-Yunanıstan münasibətlərində dönüş mərhələsi
15.05.2024 [10:55]
Uzun illər Türkiyə ilə Yunanıstan arasında gərginlik davam etsə də, tərəflər arasında münasibətlər yaxşılaşmağa başlayıb. 2020-ci ildən etibarən ikitərəfli münasibətlərdə yaşanan gərginlik dövrü 2023-cü ilin fevralında Türkiyədə baş verən zəlzələlərdən sonra azalmağa başlayıb. İndi iki qonşu ölkə yenidən yaxınlaşma prosesi gedir. Bu müddət ərzində hər iki ölkə qarşılıqlı addımlarla yaxınlaşma prosesinə öz töhfə verir. Təxminən bir ildən artıqdır ki, davam edən yaxınlaşma prosesində iki ölkənin liderləri ilə yanaşı, siyasətçilər mütəmadi olaraq görüşüblər. Prezident Rəcəb Tayyib Ərdoğan ilə Baş nazir Kiriakos Mitsotakis son bir ildə artıq dördüncü dəfədir görüşüblər.
Belə ki, Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis mayın 13-də Türkiyədə səfərdə olub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutan səfər çərçivəsində rəsmi Ankara ilə Afina arasında ikitərəfli münasibətlərin müxtəlif aspektləri, əməkdaşlığın inkişafı istiqamətində atılacaq addımlarla yanaşı, aktual regional və qlobal məsələlərə dair müzakirələr aparılıb.
Səfər çərçivəsində Türkiyə-Yunanıstan əlaqələrinin inkişafına töhfə verəcək bir sıra sazişlər imzalanıb. İqtisadiyyat, nəqliyyat, elm, texnologiya, kənd təsərrüfatı, turizm, səhiyyə kimi müxtəlif sahələrdə əməkdaşlığın davam etdirilməsi, iki ölkə arasında altı milyard ABŞ dollarına yaxın olan ticarət dövriyyəsinin on milyard dollara çatdırılması istiqamətində atılacaq addımlar səfərin əsas mövzuları sırasında yer alıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Yunanıstanın Baş naziri Kiriakos Mitsotakisin görüşündən sonra birgə mətbuat konfransı keçirilib. Rəcəb Tayyib Ərdoğan bildirib ki, görüşlərdə Türkiyə-Yunanıstan münasibətlərindəki bir-biri ilə əlaqəli məsələlər müzakirə edilib, onların dialoq yolu ilə həlli iradəsinə sadiqlik ifadə olunub. Qarşıya iki ölkə arasındakı ticarət dövriyyəsini 10 milyard dollara çatdırmaq məqsədi qoyulub. “Kipr probleminin adadakı həqiqətlər əsasında ədalətli və qalıcı həllinin tapılması vacibdir. Belə bir addım regionumuzda sabitliyi və əmin-amanlığı gücləndirəcək”, - deyə Ərdoğan vurğulayıb.
Baş nazir Mitsotakis isə Türkiyə ilə Yunanıstan arasındakı anlaşma və xoş münasibət mühitinin davamlı olaraq daha müsbət istiqamətdə inkişaf etdiyini, ölkəsinin Türkiyənin Avropa İttifaqına üzvlük məsələsinə dəstəyini davam etdirəcəyini bildirib.
Liderlər görüş zamanı regional və qlobal məsələlər, o cümlədən İsrail ilə Fələstin arasında davam edən qarşıdurmanın da müzakirə olunduğunu bildirərək, Qəzza zolağında dinc əhalinin qorunmasının vacibliyini vurğulayıblar.
Türkiyə Prezidenti terrorla mübarizə məsələsində də Yunanıstanla fikir birliyinin getdikcə gücləndiyini söyləyib: “Bölgəmizin gələcəyində terror təşkilatlarına yer olmadığı ilə bağlı həmfikirik. Əlaqələrimizdəki müsbət atmosferin Yunanıstandakı soydaşlarımızın hüquqlarının təmin olunmasına töhfə verəcəyini gözləyirik”.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən il dekabrın 7-də Yunanıstanda səfərdə olmuşdu. Bu, prezident səviyyəsində 65 illik fasilədən sonra Yunanıstana edilən səfər idi. Həmin səfər zamanı Türkiyə-Yunanıstan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının beşinci toplantısı keçirilmişdi. Afinada Prezident Ərdoğan və Baş nazir Mitsotakisin sədrliyi və əlaqədar nazirlərin iştirakı ilə keçirilən iclasda Türkiyə-Yunanıstan münasibətləri bütün sahələr üzrə nəzərdən keçirilmiş, iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün imkanlar müzakirə olunmuşdu. Baş nazir Kiriakos Mitsotakis isə iki qonşu ölkə arasındakı münasibətlərin yeni dövrünü “sakit sularda gözəl mehlə üzən gəminin kapitanları kimi ikimiz də gözəl bir gələcək yaratmalıyıq” sözləri ilə ifadə edib.
Həmin səfər zamanı Türkiyə ilə Yunanıstan arasında “Dostluq münasibətləri və mehriban qonşuluq haqqında Afina Bəyannaməsi” imzalanmışdı. Bəyannaməyə əsasən, iki ölkə dostluq münasibətlərini inkişaf etdirmək, qarşılıqlı hörmət və beynəlxalq hüquqa əsaslanan siyasi əlaqələri gücləndirmək, aralarındakı hər hansı mübahisələri sülh yolu ilə və beynəlxalq hüquqa uyğun olaraq həll etmək kimi öhdəliklər götürüb. Bundan əlavə, tərəflər ikitərəfli münasibətlərin bütün aspektlərini, xüsusən də iqtisadi əlaqələri gücləndirməyə dair razılığa gəliblər. Bütün bunlar deməyə əsas verir ki, Türkiyə-Yunanıstan münasibətlərində yeni mərhələ başlayıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43

