BMT-nin səkkizinci İqlim Dəyişikliyi Konfransı
08.03.2024 [11:19]
COP8 harada keçirildi?
Günel ABBAS
Birləşmiş Millətlər Təşkilatının səkkizinci İqlim Dəyişikliyi Konfransı 2002-ci il 23 oktyabr - 1 noyabr tarixləri arasında Hindistanın Nyu Dehli şəhərində keçirilib. Konfransda əldə edilən əsas uğur “Dehli Nazirlər Bəyannaməsi”nin qəbul edilməsi oldu. Bəyannamədə digər məsələlərlə yanaşı, inkişaf etmiş ölkələr texnologiyanın ötürülməsi və iqlim dəyişikliyinin inkişaf etməkdə olan ölkələrə təsirini minimuma endirmək üçün səy göstərməyə çağırılırdı.
Əlavə olaraq, Konvensiyanın 6-cı Maddəsi üzrə Yeni Dehli iş proqramı da təsdiq edilmişdi. COP8 əsasən Rusiyanın tərəddüdləri ilə yadda qaldı. Və bu ölkənin düşünmək üçün daha çox vaxta ehtiyacı olduğunu sübut etdi. Xatırladaq ki, Kioto Protokolu karbon qazı emissiyasının 55 faizinə cavabdeh olan ölkələr də daxil olmaqla, 55 ölkə tərəfindən ratifikasiya edildikdən sonra qüvvəyə minə bilərdi. ABŞ (karbon qazının 36,1%-i) və Avstraliyanın ratifikasiyadan imtina etməsi, Rusiyanın isə (qlobal emissiyaların 17%-i) ratifikasiya meyarlarına cavab verməsi tələb olunurdu. Nəticədə proses gecikdirilirdi.
Tərəflər İqlim dəyişikliyi və onun mənfi təsirlərinin qiymətləndirilməsi üçün bir sıra məsələləri qarşıya məqsəd qoydular. Və iştirakçıları gücləndirilmiş beynəlxalq əməkdaşlıq vasitəsilə müəyyən tədbirlər görməyə çağırdılar.
1) Tərəflərin davamlı inkişafı təşviq etmək hüququ var. İqlim sisteminin səbəb olduğu dəyişikliklərdən qorunmaq üçün tədbirlər həyata keçirilməlidir. Bununla yanaşı iqlim dəyişikliyi ilə bağlı tədbirlərin görülməsi üçün iqtisadi inkişaf zəruridir;
2) Bütün Tərəflər həm ümumi, həm də xüsusi hüquqlarını nəzərə alaraq milli və regional inkişaf prioritetlərinə diqqət yetirməlidir. Bununla yanaşı iqlim dəyişikliyi və onun mənfi təsirlərini aradan qaldırmaq üçün öhdəlikləri yerinə yetirməli, habelə davamlı inkişafa nail olmalıdır;
3) İqlim dəyişikliyinin mənfi təsirlərinin qarşısının alınması əsas prioritetə çevrilməlidir. Xüsusən inkişaf etməkdə olan ölkələr tərəfindən effektiv və nəticəyönümlü tədbirlər görülməlidir. İqlim Dəyişikliyinə yyğunlaşmanın inteqrasiyası üçün potensial yaradılmalı və bu istiqamət davamlı inkişaf strategiyalarına daxil edilməlidir. Bununla yanaşı gələcəkyönümlü fəaliyyətlərə başlayaraq ehtiyat tədbirləri həyata keçirilməlidir;
4) Beynəlxalq əməkdaşlığ inkişaf etdirmək və genişləndirmək, inkişafın əsas sektorlarına aid innovativ texnologiyalar, xüsusilə enerji və özəl sektor sahəsinə investisiya etmək. Bu mənada həm də bazaryönümlü və dəstəkləyici yanaşmalar sərgilənməlidir;
5) Konkret layihələr vasitəsilə texnologiya transferi gücləndirilməli, enerji, nəqliyyat və sənaye daxil olmaqla, bütün müvafiq sektorlarda potensial artırılmalıdır. Kənd təsərrüfatı və meşə təsərrüfatı sahəsində tədqiqat və texnoloji inkişaf yolu ilə tullantıların idarə edilməsi istiqamətində irəliləyişlər əldə edilməlidir. İqtisadi davamlı inkişaf institutları şaxələndirilməli və gücləndirilməlidir;
6) Etibarlı, əlverişli, iqtisadi cəhətdən səmərəli resurslara çıxış tam təmin edilməlidir;
7) Əlavə I siyahısında olan tərəflər Konvensiya üzrə öz öhdəliklərini yerinə yetirməlidirlər. Maliyyə resursları və texnologiya transferi ilə bağlı uzunmüddətli tendensiyaların dəyişdirilməsində lider olduqlarını nümayiş etdirməlidirlər. Konvensiyanın məqsədinə uyğun olaraq antropogen emissiyalar üçün müvafiq tədbirlərin qəbul edilməsi yolu ilə iqlim dəyişikliyi və onun təsirləri yumşaldılmalıdır.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59

