Azərbaycanda transyağlarla bağlı görülən işlər ÜST tərəfindən yüksək qiymətləndirilib
04.03.2024 [10:37]
Azərbaycan bu ildən etibarən transyağ turşuları ilə mübarizə sahəsində görülən işlərlə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən hazırlanan “Ölkələrin Qiymətləndirmə Aləti”ndə 2-ci səviyyədən 3-cü səviyyəyə yüksəlib.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yaxılabilən yağlarda və qatı yağlarda transyağ turşularının miqdarının azaldılması istiqamətində bir sıra məqsədyönlü tədbirlərin həyata keçirilməsi, o cümlədən “Yaxılabilən yağlarda və qatı yağlarda transyağ turşularının tənzimlənməsinə dair sanitariya norma və qaydası”nın təsdiqlənməsi ilə bağlı respublikamız “Ölkələrin Qiymətləndirmə Aləti”ndə Rusiya Federasiyası və İsveçrə kimi dövlətlərin də yer aldığı 3-cü səviyyədə qərarlaşıb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin tənzimləmə sayəsində transyağ turşularının mövcudluğu ehtimalı daha yüksək olan marqarin və spred yağlarda transyağ turşularının miqdarı (heyvan mənşəli yağlarda və piylərdə təbii halda yaranan transyağ turşuları istisna olmaqla) məhsulun ümumi yağ tərkibinin ən çoxu 2 faizi həddində müəyyənləşdirilib.
Qeyd edək ki, 2023-cü ilin sonunadək Azərbaycan transyağ turşularının aradan qaldırılması üçün strateji sənədlərdə üzərinə götürdüyü öhdəliklərin və digər tamamlayıcı tədbirlərin icrası baxımından İsrail, Çin Xalq Respublikası və Koreya Respublikası kimi ölkələrin də yer aldığı 2-ci səviyyədə idi.
Onu da bildirək ki, ÜST qida məhsullarında transyağ turşularının azaldılması və ya aradan qaldırılması məqsədilə ölkələrin həm qanunvericilik, həm də digər istiqamətlərdə həyata keçirdikləri tədbirlərin mövcud statusuna nəzarət etmək və davamlı olaraq ölkələrin bu sahədə fəaliyyətini izləmək üçün “Ölkələrin Qiymətləndirmə Aləti”ni hazırlayıb. Alətdə cari dövr üçün 141 dövlət transyağ turşularının aradan qaldırılması istiqamətində gördükləri tədbirlərin növünə görə 4 səviyyə üzrə qruplaşdırılıb. Transyağ turşularının azaldılması (və ya aradan qaldırılması) ilə bağlı ən yaxşı təcrübəyə malik ölkələr 4-cü, ən yaxşı təcrübəyə nisbətən daha az məhdudlaşdırıcı tədbirlərə sahib dövlətlər 3-cü səviyyəyə aid edilib.
Xəbər lenti
Hamısına baxDünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35

