Peru Konqresi Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat qəbul edib
28.02.2024 [14:18]
Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Peru Konqresi tərəfindən növbəti bəyanat qəbul edilib.
Ölkəmizin Meksikadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, bəyanatda 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində azərbaycanlı mülki əhaliyə qarşı törədilmiş soyqırımı aktından 32 il keçdiyi diqqətə çatdırılıb. Həmçinin misli görünməmiş hadisələr nəticəsində 106-sı qadın, 63-ü uşaq və 70-i qoca olmaqla, 613 nəfərin qətlə yetirildiyi, 1275 nəfərin girov götürüldüyü, 150 nəfərin taleyinin hələ də naməlum qaldığı bildirilib.
Sənəddə baş vermiş soyqırımı aktının çoxsaylı beynəlxalq insan hüquqları təşkilatları tərəfindən tam şəkildə sənədləşdirildiyi, “Human Rights Watch” tərəfindən isə “münaqişə zamanı törədilmiş ən qanlı qətliam” olaraq qeydə alındığı vurğulanıb.
Bundan başqa, bəyanatda 2013-cü ildə Peru Konqresi tərəfindən Xocalı soyqırımı qurbanlarına ədalət tələb edən sənədə istinad olunduğu da əksini tapıb.
Həmçinin bu gün bütün dünya azərbaycanlılarının Xocalı şəhərində qətlə yetirilmiş günahsız insanların xatirəsini ehtiramla yad etdiyi bildirilib, onların əziz xatirəsinə, baş vermiş faciənin 32-ci ildönümünün anılması ilə əlaqədar Azərbaycan hökumətinə və xalqına dərin hüznlə başsağlığı ifadə olunub.
Yüz minlərlə məcburi köçkünün öz evlərinə ləyaqətli və təhlükəsiz şəkildə qayıtmasını təmin etmək üçün Azərbaycanın sülh axtarışında, işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında və orada aparılan minaların təmizlənməsi prosesində göstərdiyi səylərə dəstək ifadə edilib.
Sənəddə xüsusilə mina problemi ilə üzləşən Azərbaycan kimi ölkələrə bu ciddi təhlükəni aradan qaldırmaq və günahsız insanların həyatını qorumaq məqsədilə dəstək göstərilməsi üçün beynəlxalq ictimaiyyətə çağırış da edilib.
Xatırladaq ki, Peru Konqresi 2023-cü ildə də Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat qəbul edib.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

