Qul psixologiyası
29.11.2023 [14:42]
Bəxtiyar Mustafayev
YAP Mingəçevir şəhər təşkilatının sədri
Artıq üç ildir tarixi Zəfərimizin yaratıdığı reallıqları yaşayırıq. Azərbaycan çoxəsrlik tarixinin bu mühüm səhifəsini yazmaqla tarixi ədaləti və ərazi bütövlüyünü bərpa etdi, eyni zamanda, bu addımın reallaşdırılması üçün malik olduğu imkanları göstərdi. Bir daha təsdiqləndi ki, Qarabağ münaqişəsinin həlli dövlətimizin xarici siyasətinin prioritet məsələsi idi və həlli ilə bağlı nümayiş etdirdiyi mövqedən bir addım da belə geri çəkilmədi. Azərbaycan xalqı yenilməz, məğrur xalq olduğunu hər zaman təsdiqləyir. Möhtəşəm Zəfər Azərbaycanın müstəqilliyinin bərpasından, daha dəqiq desək, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövrdə görülən işlərin, uğurların nəticəsi oldu. Təbii ki, bu uğurlara yol açan dövlətimizin düzgün müəyyənləşdirdiyi siyasət, qarşısına qoyduğu hədəflərə zamanında və yüksək səviyyədə nail olmaq üçün göstərdiyi səylər, qətiyyətdir. Bunları qeyd etməkdə məqsədimiz bəllidir. Hər zaman hakimiyyətin gördüyü işlərə qara eynəkdən baxan, radikallığı özlərinə bir fəaliyyət istiqaməti seçən, Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımların əhəmiyyətini azaltmağa, mahiyyətinə kölgə salmağa çalışan əli kərimlilər unutdular ki, özləri hakimiyyətdə olduqları dövrün nostalji hissləri ilə yaşasalar da, nə Azərbaycan həmin dövrün Azərbaycanıdır, nə də xalq həmin illərin xalqıdır. Xalq ağı qaradan seçməyi, kimin hansı məqsəd uğrunda çalışdığını çox yaxşı bilir. Bu ünsürlərin bir illik haikimiyyətləri dövründə xalqın başına gətirdikləri faciələr yaddaşlardadır. Torpaqlarımızın işğalı AXC-Müsavat cütlüyünün xəyanatkar əməllərinin nəticəsi idi. Bu gün həmin ünsürlər dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Ordumuza minnətdar olmalıdırlar. Onların şəxsi ambisiyaları naminə satdıqları torpaqları dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz işğaldan azad etdi.
44 günlük İkinci Qarabağ müharibəsinin getdiyi, eyni zamanda, postmünaqişə dövründə siyasi partiyalar Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi siyasətə dəstəklərini imzaladıqları birgə bəyanatla təsdiqlədikləri halda, bundan kənarda qalan məhz radikallığı özləri üçün böyük «qəhrəmanlıq» hesab edən əli kərimlilər oldu. Bu kimi addımlar, həmin ünsürlərin erməni sevgisini nümayiş etdirdi. Tarix Zəfərimiz əlləri xarici dayılarının cibində olan ünsürləri sevindirmədi. Müxalifətçilik anlayışının mahiyyətini düzgün anlmayan bu ünsürlər ümummilli məsələlərdə müxalifət-iqtidar münasibətlərinin bir kənara qoyulmasının vacibliyini dərk etmək istəmirlər. Təbii ki, bu da başadüşüləndir. Dövlət maraqlarını şəxsi ambisiyalarına qurban verən əli kərimlilər və onun əlaltıları xarici dayılarından aldıqları qrantların müqabilində təbii ki, onların çaldığı hava ilə oynayacaqlar.
İllərdir diqqət çəkən məqamlardan biri budur ki, AXCP sədri Əli Kərimli rəhbərlik etdiyi partiyanın belə maraqlarını tapdalayır, şəxsi ambisiyalarını hər şeydən üstün tutur. Onun avtoritar idarəçiliyi partiya daxilində narazılıqların dərinləşməsinə, kütləvi tərketmələrin baş verməsinə səbəb olur. Son zamanlar partiyada cərəyan edən proseslərə diqqət yetirmək kifayətdir. Vicdanını xarici anti-Azərbaycan dairələrdən aldıqları qrantlara satan Əli Kərimli kimilərdən ölkənin xeyrinə hansısa addımı gözləmək mümkün deyil.
Vətənə xəyanət Əli Kərimlinin əsas məqsədidir. Gəncləri də bu ruhda tərbiyə etməyə çalışdığını təsdiqləyən xeyli sayda faktlar sadalmaq olar. Əli Kərimlinin başı xarici dayılarından aldığı qrantlara necə qarışıbsa rəhbrlik etdiyi partiyada yaşanan durumun fərqində deyil. Çünki onu həyata keçirəcəyi ssenarinin qarşılığında alacağı vəsait düşündürür.
Məlum olduğu kimi, bu günlərdə partiyanın Ali Məclisinin və Təşkilat şöbəsinin üzvü Seymur Əhmədzadə, həmçinin partiyanın üzvü Pərvin Hüseynli növbəti tərketmənin iştirakçıları oldular. Onlar Əli Kərimlinin partiyada həyata keçirdiyi avtoritar idarəçiliyin qəbul olunmayacaq səviyyəyə yüksəldiyini, vəziyyətin dözülməz olduğunu önə çəkərək AXCP-ni tərk ediblər. Partiya daxilindən sızdırılan və sosial şəbəkələrdə yayılan məlumatlara əsasən proses davamlı xarakter daşıyacaq. Partiyadan istefa verənlərin Əli Kərimlinin tapşırığı əsasında sosial şəbəkələrdə təhqir olunması da yayılan məlumatlar sırasındadır. Partiyadan istefa verənlər bu məqamı da xüsusi qeyd edirlər ki, AXCP sədri partiya üzvlərindən dövlətə qarşı yalan, şər-böhtan kampaniyası aparmağı tələb edir. Buna riayət etməyənlər təzyiqlə üzləşir. Partiyada yaradılan gərginlik tərketmələrlə başa çatır. Günün reallığı budur ki, AXCP-də yarpaq tökümü davam edir. Əli Kərimli şəxsi ambisiyalarının quluna çevrilməklə, hətta, rəhbərlik etdiyi partiyada belə qəbul olunmur. Bu isə öz növbəsində onun siyasi meydanı tərk etməsini şərtləndirir.
Xəbər lenti
Hamısına baxXəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45

