Ədalətli və düzgün qərar!
18.11.2023 [11:20]
“Qızıl qələm” mükafatı daha verilməyəcək...
Y.SAHİB
Bir zamanlar cəmiyyətdə müəyyən nüfuz qazanmış “Qızıl qələm” mükafatının verilməsi dayandırılıb. Bu barədə Azərbaycan Mətbuat Şurası məlumat yayıb.
Bildirilib ki, vaxtilə dəyərli qələm adamlarına verilmiş, Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqının (KİVİHİ) təsis etdiyi “Qızıl qələm” mükafatı son illər jurnalistikadan uzaq insanlara təqdim olunmaqla etibarını itirib və cəmiyyətdə haqlı narazılıq doğurub.
Mətbuat Şurası jurnalistikamızın və peşəkar media işçilərinin nüfuzuna xələl gətirən məsələyə biganə qala bilməzdi. Buna görə də sözügedən quruma faktiki rəhbərlik edən Çingiz Qurbanoğlu Şuraya dəvət olunub, icraçı katibin müavini İlqar Tağıyev Mətbuat Şurasının mövqeyini, irad və tövsiyələrini onun diqqətinə çatdırıb. Nəticədə Ç.Qurbanoğlu Mətbuat Şurasına müraciət ünvanlayıb.
Müraciətdə qeyd olunub: “Son zamanlar mətbuatda və sosial şəbəkələrdə sədri olduğum KİVİHİ-nın müxtəlif insanlara təqdim etdiyi “Qızıl qələm” və digər media mükafatları ilə bağlı narazılıqları, həmçinin MŞ-nın tövsiyələrini nəzərə alaraq, KİVİHİ Rəyasət Heyətinin qərarı ilə bu mükafatların təqdimatını dayandırdığımızı bildirirəm”.
Mətbuat Şurası müraciəti anlayışla qarşılayaraq problemin həllini tapdığını bildirir. Şura digər təşkilatlara da müraciət edərək, media ilə bağlı mükafatlar verilməsi məsələsinə ehtiyatlı və həssas yanaşmağa, jurnalistikamızın nüfuzuna xələl gətirən addımlardan çəkinməyə çağırır.
Bu durum bizə ağır gəlirdi...
Əməkdar jurnalist Azər Həsrət “Yeni Azərbaycan”a açıqlamasında sözügedən mükafatın daha verilməyəcəyi ilə bağlı qərarı müsbət dəyərləndirib. Onun sözlərinə görə, hətta mükafatın verilməsinin dayandırılması ilə bağlı qərar bir az gecikib: “Əvvəllər bu mükafatla bağlı dəfələrlə həyəcan təbili çalmışdm. Həqiqətən də jurnalistikaya aidiyyəti olmayan, yazmağı bacarmayan adamlara 20-30-50 manata “Qızıl qələm” mükafatı təklif edirdilər. Sanki bir bazar açmışdılar. Təbii olaraq, bu durum da bizə ağır gəlirdi, həqiqətən də jurnalistika ilə məşğul olan adamlar bunu qəbul edə bilməzdilər. Dəfələrlə məsələ qaldırmışdıq, hətta bir dəfə mənə də zəng edib o mükafatı vermək istəyirdilər. İddia edirdilər ki, yazım onların çox xoşuna gəlib, təbii ki, sərt və kobud cavab vermək məcburiyyətində qaldım”.
Jurnalistika adına ləkə idi...
A.Həsrət təklif edib ki, “Qızıl qələm” mükafatını alan şəxslər həmin mükafatdan imtina etsinlər: “Həqiqətən düzgün deyil, ömründə 1-2 cümlə yazmamış birinə belə mükafatın verilməsi nə qədər ədalətli və düzgün ola bilər? Təəssüf ki, bu durum jurnalistika adına bir ləkə idi. Ona görə də hesab edirəm ki, mükafatın daha verilməyəcəyi yerində olan və ədalətli bir qərardır, alqışlanmalıdır”.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

