/ / Şuşada Heydər Əliyev Fondu tərəfindən Mamayı məscidində aparılan bərpa işləri ilə tanışlıq YENİLƏNİB
Şuşada Heydər Əliyev Fondu tərəfindən Mamayı məscidində aparılan bərpa işləri ilə tanışlıq YENİLƏNİB
07.11.2023 [16:21]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Şuşada Heydər Əliyev Fondu tərəfindən Mamayı məscidində aparılan bərpa işləri ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verildi.
Bildirildi ki, bu məscid Şuşa şəhərinin mərkəzi hissəsində yerləşən Mamayı məhəlləsində XIX əsrin sonlarında Kərbəlayi Səfixan Qarabaği tərəfindən inşa edilib. Düzbucaqlı quruluşu olan ikimərtəbəli məscidin sütunlu interyeri var.
Məhəllə məscidləri kimi Mamayı məscidinin də damında azan vermək üçün taxtadan güldəstə quraşdırılıb. Burada da məscid, bulaq, kiçik meydan, hamam olub. Lakin işğal zamanı onlar da erməni vandalizminə məruz qalıb. Sovet hakimiyyəti illərində isə Mamayı məscidi poeziya evi kimi fəaliyyət göstərib.
Hazırda məsciddə “PAŞA Holding”in dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən bərpa işləri həyata keçirilir.
Qeyd olundu ki, bərpa işləri Mamayı bulağını da əhatə edir. Vaxtilə Mamayı məhəlləsindəki bulağın yuxarı hissəsində kitabə olub. Kitabədə bulağın 1900-cu ildə Səməd ağa Cavanşir tərəfindən tikildiyi yazılmışdır. Ermənilər Şuşanı işğal altında saxladığı dövrdə şəhərdəki bir çox abidələr kimi Mamayı bulağını da erməniləşdirməyə çalışıblar. Bulağın üzərindəki yazılar silinib və yerinə xaç işarəsi həkk olunub. Bundan başqa, ermənilər saxtakarlıq edərək bulağın daşlarının üzərinə erməni və rus dillərində yazılmış lövhə də həkk ediblər. Aparılacaq işlər zamanı Mamayı məscidinin və bulağın tarixi görkəmi bərpa olunaraq istifadəyə veriləcək.
Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Heydər Əliyev Fondu tərəfindən Çöl Qala məscidində və bulağında aparılan bərpa işləri barədə də məlumat verildi.
Bildirildi ki, Çöl Qala məscidi XIX əsrdə Şuşa şəhərində fəaliyyət göstərən 17 məsciddən biri olub. Məscid XIX əsrdə Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikdirilib. Məscid minarəsiz formada inşa edilib. Onun forması Şuşa şəhərinin əksər məscidləri kimi düzbucaqlı olub. Məscidin ümumi girişi asimmetrik şəkildə düzülmüş əsas fasaddan ibarət olub. İbadət ocağının interyeri tamamilə İslam memarlığına uyğundur. Məscidin daxili hissəsi dörd ədəd səkkizguşəli daş sütunla bəzədilib. Bu sütunlar ümumi ibadət zalını üç hissəyə ayırır.
Məscidin taleyi Şuşa şəhəri 1992-ci ilin mayında Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra şəhərin digər tarixi abidələri kimi olub və bu dini-tarixi abidəmiz də dağıdılaraq talan edilib.
Çöl Qala məscidinin yaxınlığında məscidin üslubunda tikilən XIX əsrə aid Çöl Qala bulağı yerləşir. Şuşa şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal ediləndən sonra bulaq da dağıdılıb, daş kitabələri də məhv edilib.
Xəbər lenti
Hamısına baxDünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55

