Ölkəmizin şərtsiz hərbi üstünlüyünü təsdiq edən bəyanat
07.11.2023 [14:40]
“Azərbaycan 30 ilə yaxın müddətdə torpaqlarının işğaldan azad edilməsi və BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin ərazilərimizdən qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən məlum 4 qətnaməsinin icra edilməsi üçün Ermənistanla danışıqlar apardı. Təəssüflər olsun ki, bu müddət ərzində aparılan danışıqlar heç bir nəticə vermədi, əksinə, Ermənistan tərəfi, vaxtı süni şəkildə uzadaraq, münaqişənin həllini ləngitməyə, status-kvonu möhkəmləndirməyə və torpaqlarımızı hələ uzun illə boyu işğal altında saxlamağa çalışırdı. Azərbaycan isə bu işğalla barışa bilməzdi və barışmadı”.
Bu sözləri yeniazerbaycan.com-a açıqlamasında Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirdi. Onun sözlərinə əsasən 2020-ci ilin sentyabrın 27-də başlanan Vətən müharibəsi, Ermənistanın qeyri-konstruktiv mövqeyinin və davamlı xarakter alan hərbi və siyasi təxribatlarının nəticəsi idi. Azərbaycanın dövlət başçısı İlham Əliyev dəfələrlə bəyan edirdi ki, bizim səbrimiz tükənməz və biz nəyin bahasına olursa, olsun torpaqlarımızı işğaldan azad edəcəyik. Azərbaycan hərb yolunu heç bir zaman istisna etmirdi, əgər Ermənistan münaqişənin sülh yolu ilə həllinə manelər törədərək dondurmağa çalışarsa, Azərbaycan beynəlxalq hüququn tələblərinə uyğun olaraq ərazilərini işğaldan azad etmək haqqını hər an yerinə yetirə bilər və bu belə də oldu: “44 gün ərzində davam edən Vətən müharibəsi qələbəmizlə başa çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu əsl peşəkarlıq və misli görünməmiş qəhrəmanlıq göstərərək tarixi torpaqlarımızı Ermənistanın 30 illik işğalından azad etdi. Ərazi bütövlüyümüz bərpa edildi, 30 illik Vətən həsrətimizə son qoyuldu. Müasir tariximizə milli qürur günümüz kimi həkk olunan bu tarixi günlərimiz daim xatırlanacaq. Azərbaycan Ordusu, qəhrəman əsgər və zabitlərimiz bu sevinci və xoşbəxtliyi bizlərə yaşatdılar. Biz hər zaman onlara borcuyuq və minnətdarıq”.
Onun sözlərinə görə bu tarixi qələbəmiz növbəti qələbələrimiz üçün əsas oldu və məğlub edilmiş Ermənistan ordusu dizi üstə çökdürüldü: “Ermənistan, nəhayət, bütün məkrli niyyətlərinin puç olduğunu gördükdən sonra 2020-ci ilin 10 noyabr tarixində kapitulyasiya aktını - “Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin Bəyanatı”nı imzalamağa məcbur oldu. Çünki Ermənistan ordusu artıq darmadağın edilmiş, gücü tükənmişdi. Tariximizə “10 noyabr bəyanatı” adı ilə daxil olan bu sənədə əsasən Ağdam, Kəlbəcər və Laçın bir güllə belə atılmadan, Ermənistanın təslimçiliyi nəticəsində işğaldan azad edildi və Azərbaycana təhvil verildi. Bir sözlə, üçtərəfli Bəyanatın imzalanması ümumxalq birliyinin təntənəsidir və döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi. Ölkəmizin şərtsiz hərbi üstünlüyünü təsdiq edən Bəyanatın imzalanması Vətən müharibəsində Azərbaycanın parlaq qələbəsini rəsmiləşdirdi. Münaqişə artıq başa çatıb, torpaqlarımız işğaldan azad olunub”.
Artıq işğaldan azad edilmiş ərazilərimiz yenidın qurulur, dirçəldirilir, oradakı həyat şəraiti bərpa edilir, məcburi köçkünlər öz yurdlarına geri qayıdırlar. Tarixi ata-baba yurdlarımız öz həqiqi sahiblərinə qovuşub və biz orada əbədi olaraq yaşayacağıq.
N. Bayramlı
Xəbər lenti
Hamısına baxXəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13

