“Sağlam olun”!
02.11.2023 [11:30]
Asqırmanı saxlamaq təhlükəlidir...
Yeganə BAYRAMOVA
Dünyanın çox yerində, o cümlədən Azərbaycanda asqıran şəxsə (el arasında - səbir gətirənə) “Sağlam ol!” deyirlər və bu, bir həyat tərzinə çevrilib. Asqırmaq insanın təbii olaraq mane ola bilmədiyi davranışlardan biridir. İnsan istəməsə belə asqırma burun kanallarındakı sinirlərin xəbərdar edilməsi nəticəsində yaranan reflektiv bir reaksiyadır. Gündə orta hesabla dörd dəfə asqırmaq fərdlər üçün sağlam sayılır.
Asqırma necə yaranır?
Burun nəfəs almağımızı təmin edən orqandır. Bu orqanın içərisindən hava keçib ciyərlərimizə gedərkən burun içi tüklər həm havanın temperaturunu tənzimləyir, həm də toz kimi yad cisimləri tutub saxlayır. Bu zaman burun sinirlərinin xəbərdar edilməsi nəticəsində asqırıq meydana gəlir. Asqırmadan əvvəl sanki bir yerimiz dişlənmiş kimi sinir uclarının xəbərdarlıq göndərməsi nəticəsində burnumuzdan ilk öncə ifrazat gəlir. Biz bunu o qədər də hiss etmirik. Bu maddənin ardından baş və boynumuzdakı əzələlərə xəbərdarlıq edilərək ani nəfəs boşalma hadisəsi yaşanır. Əvvəlcə səs tellərinin olduğu hissə bağlanır və buradakı havanın təzyiqi daha da yüksəlir. Sonra anidən açılaraq hava güclü səslə çölə verilir. Eyni zamanda burundakı toz kimi yad maddələr və soyuqdəymə yaradan mikroblar da çölə atılmış olur.
Asqırmanın səbəbləri...
Bayaq da qeyd etdiyimiz kimi, asqırma burundakı sinirlərə xəbərdarlıq edilməsi nəticəsində meydana gəlir. Burun sinirlərinə xəbərdarlıq edilməsinin səbəbləri müxtəlifdir. Asqırma ən çox allergik hallarda ortaya çıxır. Toz, tüstü, ətirlər hətta anidən işığa baxma kimi bir çox asqırma səbəbləri var. Günəş işığı ilə qarşılaşanda asqırmağın genetik olduğu irəli sürülür. Qrip və soyuqdəymə tez-tez asqırma səbəblərindən biridir. Bu xəstəliklər zamanı insan burun tıxanıqlığı və burunda allergik bir vəziyyət yaşandığı üçün tez-tez asqırır.
Asqırmanın faydaları nədir?
Refleksiv bir davranış olan asqırma hərəkətinin fərdlər üçün bir çox faydası var. İnsanlar asqırdıqda beyin və ürək qanı pompalayır. Beləliklə, ürəyin və beynin daha sağlam işləməsində təsirli olur. Damarların genişlənməsi üçün də mükəmməldir. Fərdin ağciyərlərinə daxil olan zərərli sayıla biləcək maddələr asqırma yolu ilə bədəndən xaric olur.
Asqırma zamanı ürək bir saniyəlik fəaliyyətini dayandırır, başqa sözlə, dayanır. O zaman ürək üçün bu dayanma hərəkəti, bir saniyəlik də olsa, fasiləsiz işdən sonra istirahət kimi ifadə edilir. Baş və ətrafdakı fərdlərin sinuslarının açılmasında da faydalı olaraq görülür.
Amma asqırma xəstəlik mikroblarının nəfəs yolu ilə çölə atılmasını təmin etdiyinə görə faydalıdır.
Asqırmaqla bağlı bilinməyənlər...
Asqırmaq güclü prosesdir, həmin anda verilən havanın təzyiqi 100 mm civə sütunu, nəfəsvermə sürəti isə saniyədə 120 metr olar! Asqırmanı praktiki olaraq saxlamaq mümkün deyil. Əgər burun qıcıqlanıbsa, hansı vəziyyətdə olmanızdan asılı olmayaraq asqırma baş verəcək.
İnsanın yatarkən asqırması da mümkün deyil. Çünki yuxu zamanı xüsusilə yuxugörmə ərəfəsində sinir sisteminin bəziləri qapalı olduğundan asqırma baş vermir. Yatarkən burun sinirlərinə xəbərdarlıq çox güclü ola bilər, amma bu zaman da insan asqırmır, ani şəkildə yuxudan oyanır.
İnsanlar asqırarkən gözlərini açıq saxlaya bilməzlər. Mütəxəssislər bunu insanların ağrı hiss etdiyi zaman gözlərini bağlamaları formasında açıqlayırlar. Asqırma ani və şiddətli bir refleks vəziyyəti olduğundan insanlar özlərindən asılı olmayaraq gözlərini yumurlar.
Nəfəsinizi tutmayın...
Bəzi insanlar asqırma refleksi gəldiyi zaman nəfəsini tutur, ağzını bağlayır və səssiz bir asqırma yaşayır. Mütəxəssislər bu şəkildə asqırmağın çox təhlükəli olduğunu qeyd edirlər. Həkimlər asqırmağın səsli və tamamilə nəfəsi açacaq şəkildə olmasını tövsiyə edirlər. Çünki asqırma səssiz və nəfəsi tutmaqla olduğu zaman boyun çıxmasına kimi bir çox zərərli təsirləri ola bilər.
Niyə “Sağlam ol” deyirik?
Asqıran şəxslərə adətən, “sağlam ol”, “çox yaşa” kimi xoş arzular deyilir. İslamda asqıran adama “Yerhamukallah” deyilir. Bu söz “Allah rəhmət eləsin” mənasında işlənir. Başqa dillərdə istifadəsini nəzərə alsaq, ingilis dilində “xeyir-dua” kimi ifadə edilir.
Asqıran insanın sağlam olması üçün deyilən xoş arzular 1300-cü illərə gedib çıxır. O dövrdə bütün dünyaya yayılan vəba epidemiyası ilə asqıran adama “çox yaşa” deyilirdi. Can itkisinə səbəb olan bu ölümcül xəstəlikdə insanlar həyata bağlandıqda şükür edirdilər. Buna görə də o zamandan asqıran şəxslərə sağ qalmaları üçün şəfa diləmək adətə çevrilib.
Almaniyadakı fərdlər isə asqıran fərdlərin sağlam həyat sürməsini diləmək üçün “Gesundheit” sözündən istifadə edirlər. Qədim Misir, Roma və Yunanıstanda asqıran zaman üzünü sağa tutursansa xeyir, sola tutursansa uğursuzluğun əlaməti sayılırdı. Qədim Babilistanda isə asqıran zaman insan bədəninə daxil olmaq istəyən şər qüvvələrin qarşısının alındığı düşünülürdü və insan asqırandan dərhal sonra ona “sağlam ol” deyilirdi.
Hansı səbəblə olursa olsun, asqıran adama “çox yaşa”, “sağlam ol” kimi sözlər demək nəzakətdən qaynaqlanan bir haldır. Hər birinizə daim “sağlam ol”mağı diləyirik...
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

