Hidayətin “Burdan min atlı keçdi” kitabından...
02.11.2023 [10:15]
Tapdıq Əmiraslanov
(1918-1976)
Basarkeçər bölgəsinin Zod kəndində anadan olmuşdu. Zodlular qətiyyətli, zülmə qarşı sərt, barışmaz, irticayla üzləşəndə amansız adamlardı, tarixən erməni ekstremizminə, şovinizminə qarşı ardıcıl mübarizə aparanlardır. Tapdıq müəllim də belə dəyərlər beşiyində böyümüşdü, formalaşmışdı, tanınmışdı və Göyçədə nüfuz sahibi olmuşdu.
Gənc yaşlarında məktəb direktoru işləmişdi, sonra partiya işinə irəli çəkilmişdi, 1951-ci ildə Basarkeçər Rayon Partiya Komitəsinin katibi seçilmişdi. 1940-cı illərin sonu - 50-ci illərin əvvəlləri Qərbi Azərbaycanda məsul vəzifələrdə olan soydaşlarımızın əsl sınaq illəri - yeni, bu dəfə “könüllü” deportasiya siyasətinə qarşı mübarizə imtahanı idi. O dövrdə cavan yaşlarında olan Tapdıq Əmiraslanov bu ciddi sınaqdan - imtahandan mərdliklə, başıuca çıxdı. Əvvəlcə, o illərdə Basarkeçər Rayon Partiya Komitəsinə rəhbərlik edən tanınmış təşkilatçı, respublikada böyük nüfuz sahibi olan Talıb Musayevlə birlikdə elatın öz yer-yurdundan tərpədilməməsi üçün, imkan daxilində olan bütün tədbirlər həyata keçirildi, bu istiqamətdə bütün imkanlar tükəndikdən sonra basarkeçərlilərin SSRİ Nazirlər Sovetinin 23 dekabr 1948-ci il məlum qərarında göstərildiyi kimi, Kür-Araz ovalığına deyil, relyefi, ab-havası Göyçəyə müəyyən qədər yaxın olan Xanlar-Şəmkir bölgəsinə köçürülməsinə dair tələblər qoyuldu, danışıqlar aparıldı və razılıq əldə olundu.
Mən İrəvana işləməyə gələndə Tapdıq müəllim Basarkeçərin təhsil şöbəsinin müdiri idi və onun fəaliyyət dairəsi, nüfuzu rayonun və bölgənin əhatəsinə sığışıb qalmırdı. O, İrəvanda, Ermənistanın Azərbaycan dünyasında tanınır və sevilirdi. Ermənistan SSR-nin Əməkdar müəllimiydi, dövlət mükafatları ilə təltif edilmişdi, SSRİ Müəllimlər Qurultayına nümayəndə seçilmişdi.
Tapdıq məllimi İrəvana işləməyə dəvət edirdilər. Amma o, doğma Basarkeçəri heç yerə, ən yüksək vəzifəyə də dəyişmək fikrində deyildi. Bilirdi ki, onun İrəvana yüksək vəzifəyə aparılması, əslində ermənilərin soydaşlarımıza qarşı mənfur siyasətinə uyğundur. Yunis Rzayev Basarkeçərdən uzaqlaşdırılandan və yerinə erməni təyin olunandan sonra onun da bölgədən getməsi yalnız basarkeçərlilərə deyil, Göyçədəki bütün soydaşlarımıza ciddi problemlər yaradardı. O, Bakıya, Gəncəyə, Azərbaycanın başqa bölgələrinə yüksək vəzifəyə gələ bilərdi, lakin bu barədə sadəcə düşünmək istəmirdi.
Basarkeçərdə təhsilin inkişafında, rayonda böyüməkdə olan nəsillərimizin vətənpərvərlik ruhunda, əsl azərbaycanlı, bilikli vətəndaş təkin böyümələrində və formalaşmalarında böyük xidmətlər göstərdi. Maarif Nazirliyində nüfuzundan istifadə edərək, yeri gəldikcə, respublikanın başqa rayonlarının Azərbaycan məktəblərinə də yardımını əsirgəmirdi.
Azərbaycanın görkəmli ziyalıları ilə dostluq əlaqələri saxlayırdı. Hüseyn Arif, Xəlil Rza, Məmməd Aslan və başqaları mənimlə görüşəndə Tapdıq müəllimi soruşar, haqqında xoş söhbətlər edərdik.
Azərbaycan tarixini, mədəniyyətini, ədəbiyyatını dərindən bilirdi. Ermənicə elə danışırdı - sanki təhsili bu dildə almışdı və bu, Tapdıq Əmiraslanova qarşı olan qrupların, onun maarif şöbəsindən uzaqlaşdırılmasına çalışan qüvvələrin uğursuzluğa düçar olmalarında əsas arqumentlərdən idi. Daha bəhanə edə bilmirdilər ki, Basarkeçərdə erməni məktəbləri də var, şöbəsinin müdiri isə...
Rus dilində sərbəst danışırdı.
Basarkeçərin adının dəyişdirilməsi məsələsi hələ əllinci illərdən hazırlanmışdı, ortaya atılmışdı. Talıb Musayev, Yunis Rzayev, Tapdıq Əmiraslanov, Qəşəm Aslanov və başqaları addəyişməyə qarşı çıxmış, erməni planının uzun müddət yerinə yetirilməməsinə nail olmuşlar. Tapdıq Əmiraslanovun Rayon Partiya Komitəsinin plenumunda - bu mövzuda əsaslı faktlara və arqumentlərə söykənən çıxışı indiyəcən yaddaşlardan silinməyib.
Tapdıq müəllim əvvəllər tutduğu vəzifələrdə olduğu kimi, maarif şöbəsinin müdiri işləyərkən soydaşlarımız üçün, doğma məktəblərimiz üçün çox işlər gördü. O, vəfat eləyən kimi yerinə erməni təyin etdilər.
Xəbər lenti
Hamısına baxSosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24

