İcmadan etiraz...
24.10.2023 [11:29]
Nardar BAYRAMLI
Qərbi Azərbaycan İcması müəyyən beynəlxalq dairələrin ölkəmizə qarşı qərəzinə və Ermənistan verilən dəstəyə görə etiraz bəyanatı yayıb. İcmadan bildirilib ki, Fransanın müdafiə nazirinin Ermənistanla ən yaxın zamanda silah sazişinin imzalanacağı barədə açıqlaması ciddi narahatlıq doğurur. Qərbi Azərbaycan İcması hesab edir ki, Fransanın Ermənistana silah satması, ilk növbədə, Azərbaycana qarşı düşmənçilikdir. Bundan başqa, Fransa müxtəlif beynəlxalq təşkilatlarda da Azərbaycana qarşı çirkin fəaliyyətini davam etdirir.
Vurğulanıb ki, Fransa tərəfindən Ermənistana silah verilməsi bu ölkədə revanşizmin güclənməsinə, regionda gərginliyin artmasına xidmət edir. Açıq-aşkar görünür ki, regionda sülhün bərqərar olması rəsmi Parisə heç cür sərf etmir. Fransa Cənubi Qafqaz regionuna geosiyasi rəqabət gətirməyə çalışır və bunun üçün Ermənistanı Azərbaycana qarşı yeni müharibəyə təhrik edir. Bu ölkə XXI əsrdə belə hələ də müstəmləkə təfəkküründən, “Şərq xristianlığına dəstək” kimi irqçi yanaşmadan əl çəkə bilmir. “Əminik ki, Fransa “vasitəçilik” səylərində tam məğlubiyyətə uğradığı kimi, Ermənistanın silahlandırılması siyasətində də uğursuzluğa düçar olacaq. Cənubi Qafqaz regionu Fransasız daha gözəl görünür”, - deyə bəyanatda qeyd olunur.
Qərbi Azərbaycan İcması Amerika Birləşmiş Ştatları (ABŞ) və Avropa İttifaqının (Aİ) oktyabrın 20-də keçirdikləri zirvə görüşünün Birgə Bəyanatında Ermənistandan qovulmuş azərbaycanlılara münasibətdə yol verilmiş ayrı-seçkilikdən də dərindən təəssüflənib. Bununla bağlı İcmanın bəyanatında bildirilib ki, sənəddə Azərbaycanın Qarabağ bölgəsinin ermənilərinin “hüquq və təhlükəsizliyi”, o cümlədən onların geri qayıtmasına dəstək ifadə edilsə də, Ermənistandan qovulmuş azərbaycanlılarla bağlı oxşar dəstəyin ifadə edilməməsi etnik əsasda ayrı-seçkilikdir və bölgədə sülhün bərqərar olmasına əngəl törətmək məqsədi daşıyır. Keçmiş münaqişənin təsirinə məruz qalmış insanların əhatə dairəsinin daha geniş olmasına baxmayaraq, ancaq Qarabağ ermənilərinin hallandırılması, həmin bölgədə olmuş separatizmi yenidən dirçəltmək məqsədi daşıyır.
Bəyanatda suverenlik, sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması əsasında Azərbaycan və Ermənistan arasında sülhün təşviq olunmasına ifadə olunan dəstəyi ilk baxışda müsbət hesab etmək olar. Lakin Azərbaycan ərazilərinin 30 il işğal altında saxlandığı dövrdə niyə bu cür birmənalı dəstək ifadə edilməməsi Azərbaycan ictimaiyyətində haqlı olaraq sual doğurur. Qərbi Azərbaycan İcması ABŞ və Aİ-nin Ermənistanla Azərbaycan arasında münaqişənin 30 il ərzində həll edilməmiş qalması ilə bağlı məsuliyyətini xatırladır və onları münaqişənin nəhayət Azərbaycanın səyləri sayəsində həll edilməsindən sonra bölgədə davamlı sülh üçün yaranmış unikal imkanı məhv etməməyə, insan hüquqları məsələsində ayrı-seçkiliyə yol verməməyə və Ermənistandan qovulmuş azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıtmasına dəstək verməyə çağırıb.
Qərbi Azərbaycan İcması, həmçinin Ermənistanın sabiq ombudsmanının azərbaycanofob açıqlamalarına münasibət bildirib. Bu barədə İcmadan məlumat verilib. Məlumatda qeyd olunub: “Ermənistanın keçmiş ombudsmanı Arman Tatoyan yenə də bir sıra azərbaycanofob və gülünc açıqlamalar verib. Hiss olunur ki, A.Tatoyan və onun təfəkkürdə olanlar Azərbaycanın Qarabağ bölgəsində erməni sakinlərə qarşı heç bir zorakılığın, mənfi rəftarın olmamasından yaman pəjmürdə olublar. Onlar heç cür özlərinin yalançı “soyqırımı”, “etnik təmizləmə” iddialarını sübut edə bilmir, hiddətlənir və bir-birinin ardınca mənasız fikirlər səsləndirirlər. A.Tatoyan və onun kimi daşnak düşüncəli şəxslərin Qərbi Azərbaycan İcmasının fəaliyyətini təhrif edən fikirləri də tamamilə əsassızdır. Qərbi Azərbaycan İcmasının Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur. İcmanın işi sırf insan hüquqları və humanitar mahiyyətli olmaqla, qərbi azərbaycanlıların dinc şəkildə öz dədə-baba yurdlarına qayıtmasından və Azərbaycan xalqının Ermənistandakı tarixi və mədəni irsinin məhv edilməsinin qarşısını almaqdan ibarətdir”.
Xəbər lenti
Hamısına baxSosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24

