Neokolonializmə qarşı mübarizədə uğurlu tərəfdaş
24.10.2023 [11:06]
Bakı Təşəbbüs Qrupunun Ofisi açılıb
Ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilib. Müasir dövrdə Azərbaycanda həyata keçirilən multikulturalizm siyasəti dövlətin tolerantlıq prinsiplərinə sadiq qalmasının bariz nümunəsidir. XXI əsr insan hüquqlarının qorunması əsridir. Dünya xalqları sülh və əmin-amanlıq şəraitində yaşamaq istəyir. Bu tendensiyanı gələcək nəsillərə ötürmək prioritet istiqamətlərdən biridir. İnsan hüquq və azadlıqlarının qorunması, dünya ölkələrində multikultural dəyərlərin daha da geniş yayılması istiqamətində Azərbaycanın fəaliyyəti danılmazdır.
Bunun bir nümunəsi kimi, ötən günlərdə paytaxtda Bakı Təşəbbüs Qrupunun Ofisinin açılış mərasiminin keçirilməsini qeyd edə bilərik. Açılış mərasimində rəsmi şəxslər, o cümlədən Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov iştirak edib. Açılış mərasiminə yerli və xarici qonaqlar da qatılıblar.
Neokolonializmə qarşı mübarizəmiz davam edəcək
Bakı Təşəbbüs Qrupunun Bakıdakı ofisinin açılış mərasimində Qrupun icraçı direktoru Abbas Abbasov bildirib ki, Bakı Təşəbbüs Qrupu artıq rəsmi fəaliyyətə başlayıb. Bizim neokolonializmə qarşı mübarizəmiz davam edəcək.
O bildirib ki, Qrupun fəaliyyəti beynəlxalq hüquq çərçivəsində davam etdiriləcək: “Bildiyiniz kimi, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi yekunlaşır. Amma neokolonializmlə mübarizəmiz davam edəcək”.
Kolonializmlə mübarizədə Azərbaycan bizə kömək edir
Bakı Təşəbbüs Qrupunun Bakıdakı ofisinin açılışı mərasimində Martinikanın Azadlığı Partiyasının sədri Lyuk Frensis Karolenin sözlərinə görə, bir neçə aydır, Azərbaycanla birgə işlər görülür: “Məqsədimiz azadlıqdır, kolonializmə qarşı mübarizədir. Azərbaycanla ortaq layihələr davam edir. Müstəmləkə altında əzilən digər ölkələrlə də sıx əlaqədəyik. Birgə addımlar atırıq. Azərbaycan bizə kömək edir və edəcək. Buna görə Azərbaycana təşəkkür edirik”, - o vurğulayıb.
Qeyd edək ki, Bakı Təşəbbüs Qrupu Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb. Bakı Təşəbbüs Qrupu XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.
Bu xüsusda, Bakı Təşəbbüs Qrupu cari il sentyabrın 22-də BMT-də “Dekolonizasiya: Sakit inqilab” mövzusunda konfrans da keçirib.
Oktyabrın 20-də isə Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” adlı beynəlxalq konfrans keçirilib. Konfransda 14 ölkənin, eləcə də Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərin, həmçinin Korsikanın təmsilçiləri iştirak ediblər.
Növbəti tədbir oktyabrın 21-də Azərbaycan Dillər Universitetində (ADU) Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Neokolonializm və ədalətsizlik: iki dünyəvi təhlükəli tendensiya” mövzusunda keçirilib.
Tədbirdə qeyd olunub ki, həmçinin təhsil və mədəniyyət sahələrində də dominantlıq var. Dərslər Fransa dərslikləri vasitəsilə keçilir. Qonaqlar Fransanın müstəmləkəçilik siyasətini və dil sahəsindəki zorakılıqlarını pisləyib, dövrü nəşrlərin ana dilində dərc olunmasının zəruriliyini diqqətə çatdırıblar.
Çıxış edən qonaqlar bəzi Avropa ölkələrinin müstəmləkəçilik siyasətinin ağır fəsadlara yol açdığını qeyd ediblər. Onlar bildirib ki, ana dillərinin istifadəsi məhdudlaşır, bunun yerinə fransız dili hökmranlıq edir. Qvadelupa əhalisinin dörd əsrdir Fransanın əsarəti altında yaşadığını vurğulayan Jan-Jakob Bisep deyib ki, Qvadelupanın təbii sərvətləri illərdir Fransa tərəfindən mənimsənilir. Onlar öz kitablarında bizim dilimizi, tariximizi, mədəniyyətimizi təhrif edir, gənclərimizə Fransa tarixini və dilini öyrədirlər.
Günel ABBAS
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

