Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “Sıfır Emissiya” sağlam gələcək deməkdir

“Sıfır Emissiya” sağlam gələcək deməkdir

23.09.2023 [16:12]

M.BAYRAMLI

Daha təmiz dünya istəyiriksə, həyatımıza yeni anlayışı - karbon ayaq izi”ni daxil etməliyik. Əvvəlcə, “karbon ayaq izi nədir və karbon ayaq izini necə azalda bilərik?” suallarına cavab axtarmağa çalışacağıq. Karbon izi fərdin, ailənin, qurumun və ya ölkənin fəaliyyəti nəticəsində atmosferə buraxılan istixana qazlarının karbon qazına ekvivalentidir. Daha sadə dillə desək, karbon ayaq izi insan fəaliyyətinin ətraf mühitə vurduğu zərərin ölçüsüdür.

Dünyanın təbii tarazlığını pozmaq üçün atdığımız hər addım, yəni təbiətə vurduğumuz zərər, karbon ayaq izi olaraq təyin olunur. Karbon ayaq izini meydana gətirən elementlər dedikdə, ilk ağıla sənaye fəaliyyətləri və enerji istehlakı gəlir. Adambaşına düşən karbon izi təxminən 4 tondur. Çin, Amerika və Hindistan kimi ölkələr ən böyük karbon ayaq izlərinə malik ölkələr sırasında yer alır. Azərbaycan (Bakı) isə 260-cı yerdə qərarlaşıb. Ətraf mühitə dəyən ziyanı minimuma endirmək üçün karbon emissiyalarının miqdarı müəyyən səviyyədən aşağı saxlanılmalıdır. 21 sentyabr dünyanın bir çox ölkəsində Sıfır Emissiya Günü kimi qeyd olunur. Bu tarix ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunması problemlərinə həsr olunan beynəlxalq günlər arasında xüsusi yer tutur.

Bəs hansı tədbirlər görülməlidir? Şəxsi nəqliyyat vasitələrinin istifadəsini azaltmaqla, gündəlik həyatda ictimai nəqliyyatdan və ya velosipeddən istifadə karbon ayaq izinin azaldılmasında təsirli olacaq. Eyni zamanda, sudan qənaətlə istifadə etməklə, qablaşdırılmış məhsulların istehlakını azaltmaqla daha az zibil “istehsal” edə bilərik. Təbii qazdan istifadə etmək yerinə bioenerji kimi alternativ bərpa olunan enerji mənbələrindən istifadə etmək məsləhət görülür. Bu yolla təbii qaz ödənişlərinin məbləği ildə 70 faiz azaldıla bilər. Bundan başqa, elektrik istifadəsini külək, Günəş və ya hidroelektrik kimi bərpa olunan mənbələrlə əvəz etmək lazımdır. Təkrar emal edilə bilən məhsullara üstünlük verin. Təkrar emal karbon izlərini azaltmağın ən praktik yollarından biridir. Kağız, plastik və şüşə tullantılarının bir-birindən ayrılaraq müxtəlif ərazilərdə saxlanılması da ətraf mühitin mühafizəsinə mühüm töhfə verir. Geyim və ya tekstil məhsulları alarkən təkrar emal olunmuş məhsullara üstünlük vermək davamlılıq baxımından da çox əhəmiyyətlidir. Bir sözlə, qlobal istiləşmənin yaratdığı iqlim dəyişikliyinə son qoymaq üçün ətraf mühiti təmiz saxlamaq, xüsusilə böyük şəhərlərdə yaşıllıq sahələri qorumaq, onların sayını artırmaq lazımdır. Gələcək nəsillərə daha təmiz və yaşana bilən dünya miras buraxmaq üçün ətraf mühitə daha həssas yanaşmalıyıq.

Paylaş:
Baxılıb: 739 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31