“Bir dünya, bir ailə, bir gələcək”
09.09.2023 [11:00]
Hindistanda G20-nin ikigünlük sammiti keçirilir
N.BAYRAMLI
Sentyabrın 9-da Hindistanın Yeni Dehli şəhərində “Böyük İyirmilik” (G20) sammiti öz işinə başlayıb. İki gün davam edəcək sammit “Bir dünya, bir ailə, bir gələcək” mövzusuna həsr olunub. Nəzərə alaq ki, G20-nin sammitlərində əsasən iqlim dəyişikliyindən, dayanıqlı enerjiyə, beynəlxalq borc amnistiyasından tutmuş, transmilli şirkətlərin vergilərinə qədər daha geniş məsələlər müzakirə olunur. Lakin son illər geosiyasi məsələlər də bu platformada əsas müzakirə mövzusuna çevrilib. Bu baxımdan, Hindistanın rəsmi Moskva ilə isti münasibətlərinə rəğmən Yeni Dehli şəhərində keçirilən sammitdə də Ukrayna məsələsinin xüsusi olaraq gündəmə gətiriləcəyi istisna deyil.
Yeri gəlmişkən, Rusiya Prezidenti Vladimir Putin sammitdə iştirak etmir. Bir müddət əvvəl Hindistan hökuməti Vladimir Putinin Yeni Dehlidə keçiriləcək G20 sammitində iştirak etməyəcəyini təsdiqləmişdi. Hindistanın Baş naziri Narendra Modinin ofisi V.Putinin G20 sammitinə qatılmayacağını və onu xarici işlər naziri Sergey Lavrovun əvəzləyəcəyini açıqlamışdı. Bildirilib ki, Hindistan Baş naziri V.Putinlə telefonla danışıb. Hökumət başçısı deyib ki, Rusiya liderinin sammitdə iştirak etməmək qərarı anlaşılandır. Hazırda sammitdə Rusiyanı XİN rəhbəri S.Lavrovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.
Qeyd edək ki, 2023-cü ilin martında Beynəlxalq Cinayət Məhkəməsi Vladimir Putinin həbsinə order verib. Bu baxımdan Hindistan Rusiya liderini ölkəyə gələn kimi dərhal həbs etməlidir. Bundan əvvəl Kremlin sözçüsü Dmitri Peskov da bildirmişdi ki, V.Putin Yeni Dehlidə keçiriləcək sammitdə şəxsən iştirak etməyi planlaşdırmır. Xatırladaq ki, daha əvvəl Rusiya Prezidenti CAR-da keçirilən BRİKS sammitində şəxsən iştirakdan imtina etmişdi.
Rusiya Prezidenti ilə yanaşı, Çin Xalq Respublikasının lideri Si Cinpin də G20 sammitində iştirak etmir. Sammitdə bu ölkəni Çin Dövlət Şurasının Baş naziri Li Cyan təmsil edir. Bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin məlumat verib. ABŞ Prezidenti Cozef Bayden isə Çin lideri Si Cinpinin budəfəki G20 sammitində iştirak etməməsindən məyusluğunu bildirib.
Onu da qeyd edək ki, Hindistan Ukrayna Prezidenti Volodimir Zelenskini G20 sammitinə dəvət etməyib. Bu barədə Hindistanın xarici işlər naziri Subramanyam Cayşankara bildirib. “Bizim fikrimizcə, sammitdə G20-yə üzv dövlətlər və dəvət etdiyimiz ölkələr və təşkilatlar iştirak edir”, - deyən nazir vurğulayıb ki, Hindistan dəvətlilərin siyahısını hələ dekabr ayında G20-nin sədri olanda açıqlayıb və məsələni yenidən nəzərdən keçirməyib.
Xatırladaq ki, G20-nin ötən ilin noyabrında İndoneziyanın Bali adasında keçirilən sonuncu sammitində də V.Zelenski iştirak etməmişdi, amma o sammitdə videoformatda çıxış etmişdi. Həmin sammitdə əsas müzakirə mövzusu məhz Rusiya-Ukrayna münaqişəsi olmuşdu. Ukrayna prezidenti Volodimir Zelenski sammit çərçivəsində videoçıxışı zamanı demişdi ki, Rusiyanın Ukraynada apardığı müharibə dayandırılmalıdır. “Biz Rusiyaya imkan verməyəcəyik ki, öz hərbi gücünü artırsın”, - deyən Zelenski, həmçinin qeyd edib ki, müharibənin dayandırılması üçün Rusiya öz işğalçı hərbi qüvvələrini ərazilərdən çıxarmalı, Ukrayna dövlətinə dəymiş ziyana görə təzminat ödəməli və Ukraynanın ərazi bütövlüyünü tanımalıdır.
İndoneziyada keçirilən G20 sammiti iştirakçı ölkələrin liderləri tərəfindən bəyannamənin qəbulu ilə başa çatmışdı. Sənəddə üzv ölkələrin əksəriyyətinin Ukraynadakı müharibəni kəskin şəkildə pislədiyi əksini tapıb. Bununla yanaşı, o da qeyd olunub ki, yaranmış vəziyyət və sanksiyalarla bağlı başqa fikirlər və müxtəlif qiymətləndirmələr də olub. Bəyannamədə vurğulanıb ki, Ukraynadakı müharibə insanların ölçüyəgəlməz iztirablarına səbəb olub və qlobal iqtisadiyyatda mövcud problemləri daha da gücləndirib. Sənəddə Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq etməyən bir sıra ölkələrin mövqeyi də qeyd olunub. Eyni zamanda, bəyannamədə Rusiyaya qarşı çıxan ölkələrin istəyi ilə qeyd edilib ki, nüvə silahından istifadə və ya istifadə hədəsi qəbuledilməzdir. Sənəddə, həmçinin bildirilib ki, münaqişələrin sülh yolu ilə həlli, böhranların aradan qaldırılması üçün səylər, o cümlədən diplomatiya və dialoq həyati əhəmiyyət kəsb edir.
Yeri gəlmişkən, qeyd edək ki, Yeni Dehlidə keçirilən sammitdə də Ukrayna mövzusu gündəm olacaq. Bu baxımdan, Rusiyanın “Taxıl sazişi”ndə fəaliyyətini dayandırması da müzakirə mövzudur. Türkiyə mediasının yazdığına görə, sammitdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu məsələ ilə bağlı Soçidə Rusiya Prezidenti Vladimir Putinlə apardığı müzakirələr barədə məlumat verəcək. Sammtin yekun sənədində də problemlə bağlı müddəaların əksini tapacağı gözlənilir.
Xəbər lenti
Hamısına baxDünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19

