AŞPA-da “Laçın dəhlizi” müzakirələri
25.01.2023 [10:26]
Bu mövzu yanvarın 26-da cari məsələlər sırasında müzakirə ediləcək
NARDAR
Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası davam edir. Sessiyada Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti iştirak edir. Sessiyanın gündəliyinə “Suriyadan və digər ölkələrdən Avropa Şurasına üzv dövlətlərə qayıdan İŞİD döyüşçüləri və onların ailələri ilə bağlı problemlər”, “Silahlı münaqişələrin ətraf mühitə təsiri, münaqişə ilə əlaqəli cinsi zorakılıq”, AŞPA-nın monitorinq prosedurları kimi məsələlər daxildir. Bundan əlavə, sessiyada cari məsələlər də müzakirə olunacaq.
Cari məsələlər sırasına Laçın-Xankəndi yolundakı hadisələr də daxildir. Sessiyada erməni deputat Ruben Rubinyan mövzu ilə bağlı yalan və qərəzli məlumatlar verməyə çalışıb. Amma Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çıxış edərək onun yalanlarını ifşa edib. “Erməni deputatın verdiyi məlumat tamamilə yalandır və gündəlikdən kənar olan məsələdən danışdı. İki il əvvəl biz ədaləti bərpa etdik və torpaqlarımızı işğaldan azad etdik”, -deyən S.Seyidov xatırladıb ki, 30 il Azərbaycan torpaqlarının 20 faizi Ermənistanın işğalı altında qalmışdı. Bu işğal nəticəsində bir milyon qaçqın və məcburi köçkünümüz oldu və onlar hələ də öz yurdlarına qayıda bilməyiblər. Onlar doğma torpaqlarına dönməyi gözləyirlər, çünki azad etdiyimiz torpaqlarımız onların doğma yurdu erməni silahlı qüvvələri tərəfindən tamamilə minalanıb. Keçmiş məcburi köçkünlər doğma yurdlarının erməni minalarından təmizlənməsini gözləyirlər. Bu yaxınlarda da bir neçə azərbaycanlı bu minaların qurbanı oldu.
Səməd Seyidov: Beynəlxalq təşkilatlara yalvarmağa son qoyun
Yanvarın 26-da AŞPA-da ermənilərin mina terroru ilə bağlı tədbir keçiriləcəyini deyən S.Seyidov avropalı deputatları erməni minalarının işğaldan azad edilmiş torpaqlarımızda yaratdığı fəsadlarla tanış olmaq üçün Azərbaycanın təşkil etdiyi tədbirə dəvət edib: “Son 2 il ərzində sülhün bərpası uğrunda Azərbaycanın səylərini, eləcə də bu istiqamətdə gördüyü böyük işləri erməni həmkarımızın hələ də başa düşməməsinə təəssüflənirəm. Ermənistan sülh danışıqlarını dayandırıb və beynəlxalq ictimaiyyəti yanlış məlumatlarla çaşdırmağa cəhd edir. Laçın dəhlizinin “blokadası” barədə deyilənlər də bunun tərkib hissəsidir. Belə uydurma provokasiyalar əslində erməni deputatların qorxusunu əks etdirir. Onlar hakimiyyətlərini itirməkdən qorxurlar, xalqa sülhü bərpa etməyi vəd edirlər, ancaq əslində, onlar bu vədi yerinə yetirməyə qadir deyillər. Onlar azərbaycanlılarla masa arxasında oturub danışmağa, regionun gələcəyini müzakirə etməyə qadir deyillər. Bütün bu işlərlə məşğul olmaq əvəzinə, Qarabağda yaşayışla bağlı provokasiya ilə məşğul olurlar. Qarabağda indi Avropa İttifaqının, eləcə də ABŞ-ın sanksiyaları altında olan rusiyalı oliqarx Vardanyan peyda olub. Onlar bu Vardanyandan da qorxurlar. Bəli, çünki bu Vardanyan hakimiyyətə gəlmək istəyir, ancaq Qarabağda yox, Ermənistanda hakimiyyətə gəlir. Ona görə erməni deputatlar belə təlaşdadırlar”. “Buradakı erməni həmkarlarımıza üz tutub deyirəm ki, əgər siz sülh istəyirsinizsə, millətinizin gələcəyini düşünürsünüzsə, beynəlxalq təşkilatlara yalvarmağa son qoyun. Bəsdir! Artıq hər kəs sizin yalvarışlardan cana doyub. Azərbaycanla birlikdə regionda davamlı sülh haqqında düşünün”, - deyə S.Seyidov erməni deputatlara beynəlxalq təşkilatları da cana doydurduqlarını xatırladıb.
Sevinc Fətəliyeva: Müzakirələrdə erməni yalanları ifşa olunacaq
Bəs Laçın dəhlizi ilə bağlı məsələ AŞPA-da nə vaxt müzakirə olunacaq? Bu barədə Azərbaycanın təşkilatdakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva qəzetimizə açıqlamasında bildirib ki, məsələ yanvarın 26-da müzakirə ediləcək. Onun sözlərinə görə, sessiyanın ilk günündə Ermənistan deputatları çıxış edib, yalan məlumatlar səsləndirərək guya Laçın yolunun bağlı olduğunu, Qarabağda yaşayan ermənilərin blokadada olduqlarını iddia etdilər:
“AŞPA-da iki formada müzakirələr aparıla bilər: təcili və cari müzakirələr. Fərq ondan ibarətdir ki, təcili müzakirələrdə yekun sənəd qəbul olunur. Cari müzakirələrdə isə heç bir sənəd qəbul edilmir. AŞPA Bürosunun qərarı ilə Laçın dəhlizi ilə bağlı cari müzakirələr aparılacaq və heç bir sənəd qəbul olunmayacaq. Bu müzakirələr yanvarın 26-da günün ikinci yarısında, ən son məsələlər sırasında olacaq. Həmin müzakirələrdə Azərbaycan nümayəndə heyəti fəal iştirak edəcək, öz mövqeyini bildirəcək. Biz erməni yalanlarını ifşa edərək əsl həqiqətləri Avropa ictimaiyyətinə çatdıracağıq”.
Nümayəndə heyətinin üzvü qeyd edib ki, Laçın dəhlizi bağlı deyil, açıqdır. Nəqliyyat vasitələrinin bu yolla hər gün gedib-gəlməsinə dair kifayət qədər
faktlar var. Amma Qarabağdakı separatçı rejim əhalinin bu yoldan istifadəsinə əngəl törədir. Bununla da, “blokada” görüntüsü yaratmağa çalışırlar. Dinc etiraz aksiyası keçirən ekoloqlarımız yolda gediş-gəlişə mane olmur. “Erməni tərəfinin bütün cəhdlərinə baxmayaraq, Azərbaycanın prinsipial mövqeyi dəyişməzdir. Qarabağda təbii sərvətlərimizin qanunsuz istismarına son qoyulmalıdır. Həmçinin, Laçın yolu ilə ermənilərin qeyri-humanitar məqsədlər üçün istifadəsinin qarşısı birdəfəlik alınmalıdır”, -deyə S.Fətəliyeva vurğulayıb.
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31

